Məhkəmə qərarları › İş №3(001)-3907/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3907/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3907/2020 13.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Qazax rayonu, Eynallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(001)-1306/2008 nömrəli icra vərəqəsinə əsasən Şəxs borc hesabına 70000 ABŞ dolları, dəymiş zərər hesabına 6102 ABŞ dolları olmaqla, cəmi 76102 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə və 19,8 manat ödənilmiş dövlət rüsumu tutularaq X7 verilməsi qət edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-3456/2017 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 66513 manat məbləğində pul və həmin məbləğə illik beş faiz olmaqla hesablanmış 20073,90 manat məbləğində faiz məbləği alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Hazırki günə Şəxs tərəfindən X7 12000 manat, X2 2400 manat ödəniş etmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra vərəqələri üzrə qalan borcunu hal-hazıradək icra etməmişdir İcra sənədlərinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli, 2(001)-1306/2008 nömrəli icra vərəqəsinə əsasən ondan borc hesabına 70000 ABŞ dolları, dəymiş zərər hesabına 6102 ABŞ dolları olmaqla, cəmi 76102 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə və 19,8 manat ödənilmiş dövlət rüsumu tutularaq X7 verilməsi qət edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-3456/2017 nömrəli icra vərəqəsinə əsasən ondan 66513 manat məbləğində pul və həmin məbləğə illik beş faiz olmaqla hesablanmış 20073,90 manat məbləğində faiz məbləği alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. O, hazırki günə X7 19000 manat, X2 isə 2400 manat ödəniş etmişdir. Lakin hal-hazırda maddi imkanı olamdığı və pandemiya ilə əlaqədar olaraq işləmədiyi üçün icra sənədi üzrə borcunu tam ödəyə bilməmişdir. Əməlindən peşmandır. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-3456/2017 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 66513 manat məbləğində pul və həmin məbləğə illik beş faiz olmaqla hesablanmış 20073,90 manat məbləğində faiz məbləği alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Şəxs keçən ilin mart ayınadək hüquqlarını müdafiə etdiyi şəxsə cəmi 2400 manat ödəniş etmiş və ondan sonra bu günədək heç bir ödəniş etməmişdir. Hüquqlarını müdafiə etdiyi X1 Lalə Maqsud qızından borcunu tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(001)-1306/2008 nömrəli icra vərəqəsinə əsasən Şəxs borc hesabına 70000 ABŞ dolları, dəymiş zərər hesabına 6102 ABŞ dolları olmaqla, cəmi 76102 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə və 19,8 manat ödənilmiş dövlət rüsumu tutularaq X7 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-3456/2017 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 66513 manat məbləğində pul və həmin məbləğə illik beş faiz olmaqla hesablanmış 20073,90 manat məbləğində faiz məbləği alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 xx.xx.2019-cu il tarixli qərarından görünür ki, icra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra vərəqələri üzrə borcunu icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, nümayəndənin və vəkilin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar