Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3916/2023 01.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 67 nömrəli avtobusda sürücü vəzifəsində çalışan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333-1.4cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natavan və Yəhya Hüseynov küçələrinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq o, sərxoşluq və narkoloji müayinədən keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs THC (marixuana), MTD (metadon) və MOD (heroin) maddələrinin təsiri altında avtonəqliyyat vasitəsini (avtobusu) idarə etdiyi və digər nəqliyyat vasitəsinin sürücüsünə yüngül xəsarət yetirdiyi və avtomobilinə isə maddi zərər vurduğu aşkar edilmişdir. Həmin əmələ görə Şəxs barəsində İXM-nin 333-1.4-cü maddəsi ilə 18 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həmin hadisə ilə bağlı artıq onun barəsində İXM-nin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* seriyalı protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.Həmin protokola baxaraq, məhkəmənin qərarına əsasən o, İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir.O, hesab edir ki, faktiki olaraq eyni əmələ görə onun barəsində ikinci dəfə inzibati xəta haqqında protokol tərtib edilməsi qanunsuzdur.Buna görə də, o, hesab edir ki, İXM-nin 333-1.4-cü maddəsi ilə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materillarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar həmin protokolu tərtib edən inzibati orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* seriyalı protokol əsasən məlum olur ki, Şəxs narkotik vasitə olan marixuana qəbul etdiyi üçün onun barəsində AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinməsi barədə protokol tərtib edilmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-2976/2023 saylı qərarına əsasən məlum olur ki, Şəxs İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Həmçinin, Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/667 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, «DAEVVOO BS090» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta müəyyən edildiyindən inzibati məsuliyyət məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1/4144 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki. Şəxs narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 333-1.4-cü maddəsinə ümumi istifadə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim işə baxılmağa hazırlanması zamanı qərardad qəbul edir. Beləliklə, hesab edirəm ki, hüququn ümumi prinsiplərinə və qanunvericiliyin tələbinə görə heç bir şəxs törətdiyi bir əmələ görə iki dəfə cəzalandırıla bilməz.İş materiallarına əsasən isə müəyyən edilir ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə törətdiyi bir inzibati xətaya görə müxtəlif tarixlərdə iki müxtəlif inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin inzibati xəta haqqında protokollardan biri AR İXM-nin 206-cı maddəsi ilə tərtib edilərək artıq baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, həmin protokola əsasən artıq O. D.Salayev 300 manat cərimə edilmişdir.Bundan sonra, həmin hadisə ilə bağlı təhqiqat aparılmış və nəhayət xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilərək inzibati tədbir görülməsi üçün həmin material yenidən məhkəməyə göndərilmişdir.Hər iki inzibati xəta haqqında protolda şəxsin narkotik vasitədən istifadə etməsi göstərilmiş, lakin şəxs barəsində İXM-nin müxtəlif maddəli ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.Beləliklə, məhkəmə araşdırması zamanı aydın olur ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs eyni hadisə ilə bağlı narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməsi ilə əlaqədar artıq bir dəfə cəzalanmışdır, lakin inzibati orqan tərəfindən inzibati xəta haqqında ikinci protokol tərtib olunarkən bu fakt nəzərə alınmamışdır.Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı “narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməsi ilə” bağlı hissədə artıq şəxs cəzalandırıldığı üçün Şəxs barəsində İXM-nin 333-1.4-cü maddəsi ilə protokol tərtib edilməsi düzgün olmamışdır.Buna görə də, hesab edirəm ki, inzibati xəta haqqında protokol natamam tərtib edildiyindən və məhkəmə baxışı zamanı həmin natamamlığı aradan qaldırmaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar onu tərtib edən inzibati orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333-1.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Binəqədi rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında 18 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş inzibati orqana geri qaytarılsın. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3916/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3916/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver