Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-392/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş 09.11.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş 09.11.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27.10.2020-ci il tarixdə, saat 12:00 radələrində idarə etdiyi “Mercedes” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili 20 Yanvar dairəsində **-BB-*** nömrəli, “X6” markalı avtomobil arxa sol hissəsindən vurmuşdur. Hadisə yerinə gələn Bakı şəhər Baş Polis İdarəsinin X7 idarəsinin polis kapitanı Elvin Əsədov 28.10.2020-ci il tarixdə saat 12:00-da zirzəmidə yerləşən 16-ci otağa dəvət etmişdir. Həmin tarixdə otağa getmiş və 30 dəqiqə qanun tələb etdikdən sonra E.Əsədov ona 150 metr kənardan təsvir edilmiş videogörüntü təqdim etmiş və həmin görüntüdə onu arxadan vurmuş maşının digər maşınlardan hündür olduğu üçün yalnız üst hissəsini göstərərək sübut etməyə çalışmışdır ki, günahkar odur. Halbuki onun maşını arxadan vurulmuşdur və heç bir görüntü yoxdur. Sonra isə, “Səhv səndədir, 36 manatdırdı da ödəyərsən” deyərək, onun maşınının arxa sol hissəsindən vurulduğu halda ona hadisə yerində deyil, xidməti otaqda İXM-nin 327.1-ci maddəsini əsas gətirərək İXP ******* nömrəli protokolu qərəzli şəkildə tərtib etmişdir. Həmin protokol barədə 09.11.2020-ci il tarixdə TP ******* nömrəli qərar çıxarılmışdırdır. İnzibati Xətalar Məcəlləsinin 117-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilməli olduğu halda, qərarı 2 ay 17 gün keçdikdən sonra 26.01.2021-ci il tarixdə 102 xidmətinə müraciət edərək 27.01.2021-ci il tarixdə almışdır. Həmin qərar ilə razı deyil, hesab edir ki TP ******* nömrəli qərar qərəzli və əsassız çıxarıldığından ləğv edilməlidir. Ədalətsiz verilmiş qərara görə idarə etdiyi **-ZV-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin təmir xərcləri qanun pozuntusu törətmiş şəxsə yox, onun üzərinə yönəldilmişdir. Bununla bağlı 28.10.2020-ci il tarixdə 102 xidmətinə şikayət etdikdən sonra, Daxili işlər Naziri cənab Vilayət Eyvazova 28.10.2020-ci il tarixdə elektron müraciət və 17.11.2020-ci il tarixdə əlyazma şəklində poçt vasitəsi ilə məktub ünvanlamışdır. 28.10.2020-ci il tarixdə ünvanladığı müraciətin 001-62738E-4120 nömrəsi ilə qeydiyyata alınması barədə SMS almışdır. Müraciətinə baxılacağı barədə 01.11.2020-ci il tarixli 016-627387E-4220 məktubla ona bildirilməsinə baxmayaraq heç bir hüquqi addım atılmamışdır. Həmçinin 20.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş əlavə ərizədən müəyyən edilir ki, X2 09.11.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olmuş İXP ******* nömrəli izibati xəta haqqında protokol üzrə ödədiyi 54,40 manat məbləğində cərimə pulunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verərək, məhkəmədən Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş 09.11.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, X2 tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, inzibati xəta hadisəsi üzrə idarə tərəfindən hərtərəfli araşdırma aparılmış və hadisənin baş verdiyi dövrdə videogörüntüyə baxılaraq sonuncu manevr etmə qaydalarını pozduğu üçün müvafiq qaydada tənbeh edilmişdir. Hazırda mübahisələdirilən qərarın qəbul edildiyi vaxtdan uzun müddət keçdiyi üçün hadisənin görüntlərinin təqdim edilməsi mümkün deyildir. Lakin raşdırma zamanı polis əməkdaşı tərəfindən izahatlar alınmış bu barədə sxem hazırlanmışdır. Aparılmış araşdırma zamanı X1 idarə etdiyi Mercedes markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 Yanvar dairəsinə yolun sağ hissəsi ilə hərəkət edərək manevr etmə qaydalarını pozmaqla yolun soluna keçib X6 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabağ sağ hissəsini vurması müəyyən edilmişdir. Ona görə də, məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edlməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27.10.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 27.10.2020-ci il tarixdə, saat 11:50-də 20 yanvar dairəsində idarə etdiyi “Mercedes Benz E220” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27.10.2020-ci il tarixli sxemdən görünür ki, həmin tarixdə “Mercedes” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 20 Yanvar dairəsində yolun sağ hissəsindən sol hissəsinə manevr edərək solda hərəkətdə olan “X6” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsini vurmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş 09.11.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və ona əlavə edilmiş iş materiallarını bir-biri ilə əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müraciətdən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməməsi, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş qərar üzrə sübutların toplanmaması və “X6” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes Benz E220” markalı **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili vurması ilə bağlı xüsusatlar göstərilsə də, məhkəmədə toplanmış sübutlarla X1 göstərdiyi xüsusatlar təkzib edilmişdir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparılmış və araşdırma zamanı qanunvericiliyin tələbləri pozulmamış, videogörüntülər vasitəsilə şəxsin inzibati xəta hadisəsində təqsirli olması müəyyən edilərək barəsində müvafiq tədbir görülmüşdür. Lakin inzibati xəta hadisəsindən uzun müddət keçdiyindən hazırda məhkəmə tərəfindən hadisənin videogörüntülərinin əldə edilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə tədqiq edilmiş sxemlə X1 idarə etdiyi avtomobillə yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkət edib sola doğru manevr edərkən solunda hərəkətdə olan digər avtomobili vurması nəticəsində manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inziabti xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə Göründüyü kimi, X2 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi, eləcə də aparılmış inzibati xəta haqqında iş üzrə icraatın qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmaması barədə müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslıdır və bu barədə 09.11.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş 09.11.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş 09.11.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-392/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-392/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver