Məhkəmə qərarları › İş №3(001)-3922/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3922/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3922/2021 03.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXMin 192.1-ci maddəsi ilə tərtib edilmiş 02.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, vətəndaş X5 09.09.2021-ci il tarixdə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək bir ildən artıq müddətə “Azland Plaza”da əmək müqaviləsi olmadan 57 saylı marşrut üzrə sürücü vəzifəsində işlədiyini, əmək haqqını ala bilmədiyini bildirmişdir. Həmin müraciət üzrə müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Eldar Məmmədov Şəxsndə sürücü vəzifəsində işləsə də, onunla yazılı əmək müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49.2ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Eldar Məmmədov müfəttişliyə verdiyi izahatında Şəxsndə 2020-ci ilin avqust ayının 1-dən işlədiyini bildirmişdir. Lakin elektron sənəd dövriyyəsi alt sistemində əmək müqaviləsi bildirişindən də göründüyü kimi Şəxs tərəfindən “sözdə” əmək müqaviləsi sistemə 27.10.2020-ci ildə daxil edilmişdir ki, həmin bildirişin özündə belə sözdə bağlanmış olan əmək müqaviləsinin tarixi 01.10.2020-ci il kimi göstərilmişdir. Lakin Şəxs tərəfindən təqdim edilmiş əmək müqaviləsinə baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən əmək müqaviləsi 01.10.2021-ci ildə bağlanmışdır. Halbuki işəgötürən Şəxs 09.09.2021-ci il tarixdə artıq əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam vermişdir. Eyni zamanda işəgötürən Şəxs 11.10.2021-ci il tarixdə təkrarən heç bir müraciət olunmadan özbaşına olaraq Eldar Məmmədov barəsində elektron sənəd dövriyyəsi alt sisteminə əmək müqaviləsi bildirişi daxil etmişdir. Bununla da sənəd saxtalaşdırılması həyata keçirmişlər. Belə ki, Eldar Məmmədov özü izahatında bildirmişdir ki, Şəxsndə işə qəbul olarkən heç bir sənədə imza etməmiş, hətta işə qəbul üçün və işdən azad edilməsi ərizə yazmamışdır. Göstərilənlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X11 bildirmişdir ki, X3 Şəxsndə işləməsinə dair toplanmış sənədlərdə texniki səhvlər vardır. Bunu şirkət olaraq qəbul edirlər. Lakin bu texniki səhvlər qanun pozuntusu kimi qəbul edilməməlidir. Bundan başqa, X3 işə qəbulu və işdən azad edilməsi sonuncunun müraciəti əsasında həyata keçirilmiş və buna müvafiq əmək haqqı hesablanaraq ödənilmişdir. Cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız olduğundan məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X5 bildirmişdir ki, 2020-ci ilin təxminən avqust ayının birindən Şəxsndə sürücü kimi işləməyə başlamış və həmin şirkətə məxsus 57 saylı şəhər avtobusunu idarə etmişdir. Həmin şirkətdə bir ildən artıq müddətdə işləməsinə baxmayaraq, işlədiyi dövr ərzində ona əmək haqqı ödənilməmişdir. Şirkətə işə düzəldikdən sonra dəfələrlə rəsmi işə götürülməsini bildirmiş və nəhayət 2020-ci ilin oktyabr ayının 1-də işə götürülməsi barədə adı sistemə daxil edilmişdir. İşə götürülən zaman ona hər hansı bir müqaviləyə imza etdirməmişlər. Şirkətdən əmək haqqını isə tələb edə bilməmişdir. Hər dəfə onlardan əmək haqqı tələb etdikdə onu maddə ilə işdən çıxaracaqları barədə hədə-qorxu gəlirdilər ki, əgər onu hər hansı bir maddə ilə işdən azad etsələr heç bir yerdə işə götürən olmayacaqdır. Ümumiyyətlə işdə olan digər iş yoldaşlarından maraqlanan zaman ona məlum oldu ki, şirkət işçilərin maaşını 250 manat olaraq qeyd etmiş, həmin pulları isə özləri götürərək istifadə edirlər. Onlar isə işə daxil olanda günlük plan tərtib edilirdi. Həmin plana görə işçilər 115-120 manat şirkətə hər gün pul verməli və idarə etdikləri avtobusu qaraja təhvil verən zaman onun benzin çənini tam doldurmalı idi. Həmin benzin çəninin tam doldurulması üçün isə 50-60 manat arası pul verməli idilər. Bundan başqa, əgər pul qalmış olsa bu onların günlük zəhmət haqqı kimi özlərində qalırdı. Həmçinin, iş vaxtı da düzgün müəyyən edilməmişdir. Belə ki, işçilər səhər saat 5 radələrində qarajda olmalı və avtobusu götürüb dayanmadan, eləcə də avtobusu tərk etmədən 17-18 saat dayanmadan idarə etməli idilər. Hətta yolda olan zaman öz yeməklərini də yeməli idilər. Ay ərzində təxminən 15 gün həmin qaydada işləmişdir. Sonradan məlum olmuşdur ki, onu işdən azad ediblər. Hansı ki, işdən azad olunması barədə o, heç bir ərizə təqdim etməmişdir. İşlədiyi müddət ərzində əmək haqqını tələb etsə də hər dəfə əmək haqqının veriləcəyi bildirmişdir. Bundan başqa, nümayəndənin qeyd etdiyi kimi işdən azad olunan zaman ona birbaşa ödəniş olaraq 98.4 manat pul ödənilməmişdir. Həmin imzalar da məxsus deyildir. Ümumiyyətlə şirkət tərəfindən təqdim edilmiş bütün sənədlərdə göstərilən imzalar ona məxsus deyildir. Həmçinin məhkəmə iclasında ona təqdim edilmiş sənədləri nəzərdən keçirərək 01 oktyabr 2020-ci il tarixli ərizədə, 09 sentyabr 2021-ci il tarixli ərizədə, 09 sentyabr 2021-ci il tarixli kassa məxaric orderdə və 01 oktyabr 2021-ci il tarixli əmək müqaviləsində olan imzaların ona məxsus olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08.09.2021-ci il tarixli ərizədən görünür ki, X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə ərizə ilə müraciət edərək Şəxs 57 saylı marşrut avtobusunda sürücü işlədiyini, 1 ildir ki əmək haqqı ala bilmədiyini, əmək müqaviləsinə özlərinin qol çəkdiyini, maaş tələb etdikdə hədə-qorxu gəldiklərini bildirərək ona köməklik edilməsi xahiş etmişdir. 01.10.2020-ci il tarixli ərizədən görünür ki, X5 Şəxsnə müraciət edərək 01.10.2020ci il tarixdən etibarən cəmiyyətdə sürücü vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Şəxs 01.10.2020-ci il tarixli, 240 nömrəli Əmrindən görünür ki, cəmiyyətin rəhbəri tərəfindən X5 01.10.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə təsisçi vəzifəsinə işə qəbul edilməsi ilə bağlı əmr verilmişdir. 27.10.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X1 vəzifəsinə işə götürülməsi ilə bağlı sonuncu ilə Şəxs arasında 01 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin bitmə müddəti 01 oktyabr 2021-ci il olaraq müəyyən edilmişdir. 09.09.2021-ci il tarixli ərizədən görünür ki, X5 Şəxsnə ərizə ilə müraciət edərək öz xahişi ilə 09.09.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Şəxs 09.09.2021-ci il tarixli, 214 nömrəli Əmrindən görünür ki, cəmiyyətin rəhbəri tərəfindən X3 17.08.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilmişdir. 09.09.2021-ci il tarixli Kassa Məxaric orderindən görünür ki, X3 işlədiyi aylar üçün ona 98,64 manat məbləğində pul verilmiş və sonuncu həmin məbləği 09.09.2021-ci il tarixdə qəbul etmişdir. 01.10.2021-ci il tarixli “Əmək müqaviləsi”ndən görünür ki, X5 01 oktyabr 2021-ci il tarixdən hər ay 250 manat əmək haqqı ödənilməklə Şəxsndə sürücü vəzifəsinə işə götürülmüşdür. 11.10.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X1 vəzifəsinə işə götürülməsi ilə bağlı sonuncu ilə Şəxs arasında 01 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin bitmə müddəti 11 oktyabr 2021-ci il olaraq müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında toplanmış iş materialını tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmədə toplanmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından və toplanmış sübutlardan müəyyən edilmişdir ki, X5 2020-ci ilin avqust ayının 1-dən Şəxsndə əmək müqaviləsi olmadan sürücü kimi 09 sentyabr 2021-ci il tarixədək işləmişdir. Həmin fakt X3 məhkəmə iclasında verdiyi izahat və inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmış, lakin cəmiyyət tərəfindən qeyd olunan halı təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Digər tərifdən qeyd edilməlidir ki, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir, işəgötürən isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Göründüyü kimi, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin mövcud olması və bu münasibətlərdən irəli gələn hüquq və vəzifələrin yaranması üçün əmək müqaviləsinin bağlanması mühüm şərtdir. Məhkəmə iş materiallarına əlavə edilmiş 27.10.2020-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə münasibətdə qeyd edir ki, əmək müqaviləsi bildirişi əmək müqaviləsi hesab edilməməklə əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Yəni əmək müqaviləsi bildirişi işə götürən tərəfindən qanunvericiliyin tələblərinin pozulmasının və qanunvericilikdən sui-istifadə hallarının qarşısını almaq üçün nəzərdə tutulmuş sənəddir. Bundan başqa iş materiallarında olan 01.10.2020-ci il tarixli, 240 nömrəli əmrdə X5 cəmiyyətdə təsisçisi vəzifəsinə işə qəbul edilməsi qeyd edilsə də, məhkəmə iclasında sonuncu əmək müqaviləsi olmadan 01.08.2020-ci il tarixdən 09.09.2021-ci il tarixədək kimi sürücü kimi işləməsi müəyyən edilmişdir. Digər tərəfdən, iş materiallarında olan 09.09.2021-ci il tarixli, 214 nömrəli əmrlə X3 Şəxsndə işlədiyi sürücü vəzifəsindən azad edilməsi qeyd edilsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 həmin tarixədək cəmiyyət ilə arasında əmək müqaviləsinin olmamasına baxmayaraq cəmiyyət mövcud olmayan əmək müqaviləsinə 09.09.2021-ci il tarixli, 214 nömrəli əmrlə xitam verib həmin tarixdə əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişini müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Bundan başqa iş materiallarında olan 11.10.2021-ci il tarixdə sistemə daxil edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində X3 Şəxsnə sürücü vəzifəsinə işə götürülməsi, 01 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinin 11 oktyabr 2021-ci il tarixdə bitməsi qeyd edilsə də, faktiki olaraq X5 ilə Şəxs arasında 01.10.2020-ci il tarixli əmək müqaviləsinin olması müəyyən edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan 01.10.2020-ci il tarixli ərizədə X3 Şəxsnə müraciət edərək 01.10.2020-ci il tarixdən etibarən sürücü vəzifəsinə işə qəbul edilməsini xahiş etməsi, 09.09.2021-ci il tarixli ərizədə X3 öz xahişi ilə 09.09.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etməsi, eləcə də 09.09.2021-ci il tarixli Kassa Məxaric orderində X3 işlədiyi aylar üçün ona 98,64 manat məbləğində pulu 09.09.2021-ci il tarixdə qəbul etməsi və 01.10.2021-ci il tarixli Əmək müqaviləsi ilə 01 oktyabr 2021-ci il tarixdən hər ay 250 manat əmək haqqı ödənilməklə Şəxsndə sürücü vəzifəsinə işə götürülməsi qeyd edilsə də, X5 məhkəmə iclasında eləcə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsində verdiyi izahatında qeyd olunan sənədlərdə adının qarşısındakı imzaların onun tərəfindən icra edilmədiyini bildirmişdir. Qeyd olunan xüsusatlar iş üzrə ziddiyyətli halların olmasına və Şəxs əməlində Əmək qanunvericiliyinin pozulmasına mövcudluğuna dəlalət edir. Ona görə də məhkəmə, Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar