Məhkəmə qərarları › İş №3(001)-3922/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3922/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3922/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə İmişli rayonu, Nurulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonu, Muradalılı ərazi dairəsi, Nurulu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:45 radələrində Daş bazarı dairəsi yaxınlığında “Howo” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü yük daşıma qaydasını pozduğu üçün yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən saxlanılmışdır. Sürücü Şəxs sənədlərini təqdim etməsi tələb olunsa da, o, sənədləri təqdim etməkdən imtina etmiş, polis əməkdaşına qarşı itaətsizlik göstərmişdir. Bundan sonra Şəxs bölməyə gətirilməsi təmin edilmiş, izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o, 1 ildən çoxdur ki, Zamin adlı şəxsə məxsus “Howo” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə qum daşıyıraq qazanc əldə edir. xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən daş bazarı istiqamətində hərəkətdə olarkən yol polisi maşını ona idarə etdiyi yük avtomobilini saxlaması üçün işarə vermişdir. Polis əməkdaşı ondan sənədlərini təqdim etməsini tələb etdikdə, o, da sənədlərin üzərində olmadığını bildirmiş və idarə etdiyi avtomobilin sahibi ilə əlaqə saxlamağa çalışmışdır. Avtomobilin sahibi ilə danışdığı zaman yol polisi əməkdaşı onu kəmərindən tutaraq, öz maşınına tərəf çəkməyə başlamışdır. Bu zaman polis əməkdaşına onu buraxmasını, özü hara desə ora da gedəcəyini bildirməsinə baxmayaraq, polis əməkdaşı onu buraxmamış və digər polis inspektorunu çağıraraq onu bölməyə gətirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq yol patrul xidməti inspektoru, polis serjantı X3 qarşı tabesizlik və müqavimət göstərmədiyini, əskinə yol polisinin əməkdaşının ona qarşı kobud davrandığını, heç bir əsas olmadan onun şalvarının kəmərindən tutaraq post patrul xidmətinin avtomobilinə mindirdiyini, bunun nəticəsində şalvarının kəmərinin də sındığını bildirərək qeyd olunanları nəzərə alınaraq, barəsindən olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyü yol patrul xidməti inspektoru, polis serjantı X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:45 radələrində Daş bazarı dairəsi yaxınlığında “Howo” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü yük daşıma qaydalarını pozduğu üçün tərəfindən saxlanılmış və sənədləri təqdim etməsi tələb edilmişdir. Sürücü sənədləri təqdim etməkdən imtina etmişdi, onu mobil telefonla video görüntüyə alaraq hədələyici sözlər işlətmişdir. Bu zaman sürücünü nizam-intizama dəvət etsə də, sürücü onu hədələyərək ərazidən uzaqlaşmaq istəmişdir. Həmin an çeviklik göstərərək sürücünün oradan qaçmasına imkan verməmiş və ərazi üzrə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirilməsinə nail olmuşdur. Şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyü yol patrul xidməti inspektoru, polis serjantı X5 ona verilən suallara cavab olaraq Şəxs yük maşınının yanında dayanaraq yük maşının sahibinə zəng etdiyini, ondan yük maşınının sahibini gözləməsini xahiş etməsini, onun da təxminən 20-25 dəqiqə yük maşınının sahibini gözləməsini,daha sonra isə Şəxs yük maşınını tərəziyə gətirməkdən imtina edərək yük maşınının sahibini gözləməkdə yenə də təkid etməsini gördükdən sonra post patrul xidmətinin əməkdaşlarının çağırdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, AZA 018929 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2022-ci il tarixli, AZA 007460 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərində hər hansı əşya aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını, dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında isə Şəxs polis əməkdaşına vəzifələrini icra edəkən müqavimət göstərməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən polis serjantı X1 RPİ-nin 6cı PB-nə ünvanlandığı raportda ilk öncə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən video-görüntü çəkilərək, hədələndiyini bildirmiş, daha sonra isə sürücünün ərazidən uzaqlaşmaq istədiyini, lakin bunun qarşısını alaraq onun Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirilməsinə dair ziddiyyətli ifadələr vermişdir. Eyni zamanda məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şəxs yük maşınının yanında dayanaraq yük maşının sahibinə zəng etdiyini, ondan yük maşınının sahibini gözləməsini xahiş etməsini, onun da təxminən 20-25 dəqiqə yük maşınının sahibini gözləməsini,daha sonra isə Şəxs yk maşınını tərəziyə gətirməkdən imtina edərək yük maşınının sahibini gözləməkdə yenə də təkid etməsini gördüksən sonra post patrul xidmətinin əməkdaşlarının çağırdığını bildirmişdir. Göründüyü kimi, Şəxs polis əməkdaşına vəzifələrini icra edəkən müqavimət göstərməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda Şəxs məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar