Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3923/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar düzgün tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3914/2022 nömrəli qərardadından müəyyən edilir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar İXM-in tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmış, lakin həmin qərardadda göstərilmiş nöqsanlar aradan qaldırılmadan eyni tarixli və nömrəli nöqsanlı inzibati xəta haqqında protokolun üzərində düzəlişlər edilməklə baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bundan başqa iş materialları təhlil edilərək müəyyən etdim ki, X1 RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə yaşadığı evin hamam otağından 170 manat dəyərində su qızdırıcısı oğurlamışdır. Araşdırma nəticəsində xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və həmin qərarda oğurlanmış əmlakın 500 manatdan aşağı olması və bu səbəbdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qeyd edilmişdir. Göründüyü kimi, araşdırma zamanı təhqiqatçı tərəfindən toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətlərinin, yəni yaşayış sahəsinə qanunsuz daxil olma əlamətlərinin olub-olmaması müəyyən edilməmiş və bununla da natamam araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Sadalanan halların araşdırılmaması, Şəxs hərəkətlərində yalnız inzibati xətanın olmasına şübhə doğurduğundan işə mahiyyəti üzrə baxılmasını istisna edir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə hesab edirəm ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43cü Polis Bölməsinə geri qaytarılsın. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3923/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3923/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver