Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3925/2022 21.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X9 katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzalından Göyçay rayonuna yas mərasiminə gedirdi. Bu zaman Ceyhun Cümşüdov adlı polis nəfəri ona yaxınlaşaraq, heç bir sübutu olmadan qanunsuz olaraq rayona sərnişin aparılması ilə məşğul olmağını bildirərək, polis maşınına dəvət etmişdir. Polis nəfərinə etirazını bildirməsinə baxmayaraq, digər polis əməkdaşı ilə birlikdə onu Binəqədi RPİ-nin 40-cı PB-nə apararaq, İXM-in 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, polis nəfərindən cərimə yazılması üçün hər hansı sübut istəsə də, heç bir sübut göstərilməmişdir. Daha sonra yenidən vağzala qayıdaraq bilet alıb, rayona getmişdir. Əgər sərnişin daşıma fəaliyyəti ilə məşğul olsa idi, ictimai nəqliyyatdan istifadə edərək rayona getməzdi. Bu səbəbdən, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edərək, Binəqədi RPİ-nin 40cı PB-nin sahə rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat vermiş və MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inizbati təbeh vermə haqqında qərardan görünür ki, X4 AR İXM-in 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 Rayon Polis İdarəsi 40-cı Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla razı olmayaraq, onu imzalamaqdan imtina etmişdir. İnzibati xəta haqqında protokolun surətindən də göründüyü kimi X4 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmır. Belə olduğu təqdirdə onun barəsində inzibati tənbeh vermə haqqında qərar araşdırma aparılmaqla tərtib edilməli idi. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar heç bir araşdırma aparılmadan inzibati xəta haqqında protokolun tərtib edildiyi gün, yəni xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 100 və 124-cü maddələrinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3925/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3925/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver