Məhkəmə qərarları › İş №3(001)-3926/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3926/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3926/2021 19.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1 iştirakı ilə, 24.02.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, 62M7SD0 fərdi identifikasiya nömrəsinə malik olan, X1 Binəqədi RPİ-in DYPŞ tərəfindən qəbul edilmiş 18.10.2021-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Binəqədi RPİ-in DYPŞ tərəfindən 18.10.2021-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. X2 həmin qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi və X3 yolnəqliyyat hadisəsində təqsirli olması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, qeyd edilən qərar qanunsuz və əsassızdır. Belə ki, "Opel Astra" markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 12 oktyabr 2021-ci il tarixdə, saat 13.55-də Bakı şəhəri Binəqədi rayonu, M.Aslanov küçəsi ilə düzünə hərəkət edərkən qəfildən birləşən yoldan qarşısına "Hyundai Accent" markalı, 90-DZ0-26 dövlət qeydiyyat nişanlı avtomobil çıxaraq onunla toqquşmuş, nəticədə avtomobilinə zərər dəymişdir. O, baş yolda olmuş, dönmək istəyən avtomobil isə birləşən yoldan qarşısına çıxmışdır. Bundan başqa "Hyundai Accent" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 dönmə əməliyyatını da qanun pozuntusu ilə həyata keçirmişdir. Belə ki, o, qarşı yola çıxmaqla dönmə əməliyyatını həyata keçirmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsində təqsirkar birmənalı olaraq "Hyundai Accent" markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4r. Lakin X9 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Yol hərəkəti haqqında Qanununu pozmasına baxmayaraq, DYP əməkdaşı onu Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilmişdir. Binəqədi RPİ-in DYPŞ-yə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Binəqədi RPİ-in DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi X7 ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq ona lazımi qaydada məlumat verilmədən qəbul edilmiş 18.10.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi və X3 yol-nəqliyyat hadisəsində təqsirli olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət qismən təmin olunmalıdır. Belə ki, Binəqədi RPİ-in DYPŞ tərəfindən qəbul edilmiş 18.10.2021-ci il tarixli, TP ******* saylı qərarından məlum olur ki, X7 barəsində 18.10.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X7 barəsində Binəqədi RPİ-in DYPŞ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Eyni zamanda qanuni qərar qəbul edilməsi üçün kifayət qədər sübutlar toplanılmalı olduğu halda işə baxmış inspektor tərəfindən bununla bağlı tədbirlər görülməmiş və kifayət etməyən əsaslarla sözügedən qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki Binəqədi Rayon RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 18.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli Binəqədi RPİ-in DYPŞ tərəfindən qəbul edilmiş 18.10.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Binəqədi RPİ-in DYPŞ-yə göndərilməlidir. Eyni zamanda şikayətin inzibati icraata xitam verilməsinə və X3 yol-nəqliyyat hadisəsində təqsirli olmasına dair hissədə isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 18.10.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar