Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3931/2021 24.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) "xxxx" MMC-nin rəhbəri İrmak Kadirin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Binəqədi rayon İcra şöbəsinin icra məmuru Nəbi Allahverdiyev borclu "xxxx" MMC-nin rəhbəri İrmak Kadirin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 04.11.2021 -ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2019-cu il tarixli, 2-2(81)-851/2019 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 20857,67 manat borc alınaraq iddiaçı "xxxx" MMCyə ödənilməsi müəyyən edilmişdir Tələbkar, borclu və icra məmuruna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Məhkəmə inzibati protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin rəhbəri İrmak Kadirin İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədləri üzürsüz səbəbdən icra olunmadığından və icra sənədlərinin icra edilməməsində "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs İrmak Kadirin təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin ELİF Construction” MMC-nin rəhbəri İrmak Kadirin şəxsiyyəti və ailə vəziyyəti nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs İrmak Kadirin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vəya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3931/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3931/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver