Məhkəmə qərarları › İş №3(001)-3940/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3940/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3940/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs direktoru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Dövlət X8 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 inzibati xəta haqqında protokolla razı olmayaraq izahatında bildirmişdir ki, o, həm Şəxs, həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Cəmiyyət barəsində tərtib tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan **- TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2024-cü il tarixdə törədilmiş inzibati xəta ilə əlaqədar Yasamal rayon DYP-nin şirkətə göndərdiyi sorğuya elektron poçt və rəsmi poçt vasitəsilə 13 may 2024-cü il tarixdə cavab verilmişdir. Həmin avtomobili idarə edən sürücü haqqında Yasamal rayon DYP-nin məlumatı olmuşdur. Ona görə də, məhkəmədən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobili idarə sürücü barəsində onlara 07 may 2024-cü il tarixdə sorğu daxil olmuş və son gün bazar gününə düşdüyü üçün onlar 13 may 2024-cü il tarixdə sorğuya cavab vermişlər. 06 iyun 2024-cü il tarixdə onlar heç bir soru qbul etməmişlər. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Dövlət X8 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilsə də, məhkəməyə ünvanladığı material Şəxs inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, “Otoyol M24.9” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Dövlət X6 müvafiq məlumat olmuşdur. Bununla yanaşı həmin avtomobilin sürücüsü ilə bağlı sorğu 2024-cü ilin may ayında cəmiyyətə daxil olsa da, iş materiallarında olan sorğunun iyun ayında cəmiyyət tərəfindən alınması təsdiq olunmur. Hər iki cəmiyyətin direktoru olan X2 izahatında “Otoyol M24.9” markalı **- TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Dövlət X8 tərəfindən verilmiş sorğunun 07 may 2024-cü il tarixdə onlara daxil olmasını bildirib, həmin halı təsdiq edən sübutu, yəni arxasında poçt şöbəsinin xx.xx.2024-cü il tarixi göstərən möhürü əks olunmuş zərfin surətini məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Dövlət X7 müvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmədə iştirak etmədiyindən həmin ziddiyyətli halların məhkəmədə araşdırılması mümkün olmamışdır. Bununla yanaşı qeyd edilməlidir “Otoyol M24.9” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs balansında deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındadır. Göründüyü kimi, inzibati xəta haqqında protokolun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilərək səlahiyyətli orqanın məhkəmədən Şəxs məsuliyyətə cəlb edilməsi ilə bağlı müraciətinə əlavə edilməsi, həmin müraciətdə “Otoyol M24.9” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şəxsnə məxsus olması, eləcə də qeyd olunan nəqliyyat vasitəsinin sürücü ilə bağlı məlumatın Bakı şəhəri Yasamal rayon Polis İdarəsi X3ması məhkəmə işə baxılan zaman aradan qaldırılması mümkün olmayan ziddiyyətli halların olmasına dəlalət edir və həmin hallar barəsində iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətlərinin olmasına şübhə yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Dövlət X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair əməldə İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Dövlət X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar