Məhkəmə qərarları › İş №3(001)-3945/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3945/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3945/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X3 nümayəndəsi X8 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X7 barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X3 nümayəndəsi X10 bildirmişdir ki, onlar qısa idxal bəyannaməsini vermişlər. Sadəcə gec xəbərləri olduğu üçün bir qədər gec olmuşdur. Burada cəmiyyətin hər hansı bir təqsiri yoxdur. Cəmiyyət o zaman təqsirli hesab edilə bilərdi ki, onlar ümumiyyətlə qısa idxal bəyannaməsini verməsin. Bundan başqa qeyd etməlidir ki, hüquqi şəxs tərəfindən inzibati xəta törədilmiş olsa belə xətanın törədilmə tarixi xx.xx.2025-ci il tarixə təsadüf edir. Həmin tarixdən də 1 il müddət ötmüşdür. Odur ki, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün nəzərdə tutulmuş müddət də ötmüşdür. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib etmiş quruma məlumat verilmiş, lakin nümayəndə məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X3 ünvanına 20DZ335 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixli **********2263 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar Azərbaycan Respublikası gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Gömrük Xidmətinin "X2 Sistemi" informasiya resursundan “Avtomobil nəqliyyatı”na dair çıxarışdan görünür ki, 20DZ335 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin "xxxx" X3 ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 17:15-də “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. X2 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20DZ335 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X3 ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 17:15-də “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********3326 sorğu nömrəli qısa idxal bəyannaməsi 1 saat əvvəl verilməli olduğu halda gec verilmişdir, yəni xx.xx.2024-cü il tarixdə saat 17:09 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. xx.xx.2024-cü il tarixli, **********2263 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X3 ünvanına Rusiya Federasiyasından 20DZ335 nömrəli nəqliyyat vasitəsi ilə mallar göndərilmişdir. xx.xx.2024-cü il tarixli, **********3326 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X3 ünvanına Rusiya Federasiyasından 20DZ335 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallara dair qısa idxal bəyannaməsi verilmişdir. X1 olaraq qeyd edilmişdir. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Əjdər İsmayılov tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 16:53-də sorğu nömrəsi yazılmış, 17:09-da rəsmiləşdirilməsi üçün göndərilmişdir. Zamin Cəfərov tərəfindən yük xx.xx.2024-cü il tarixdə, saat 17:04-də buraxılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X7 tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 485.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, 20DZ335 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X3 ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 17:15-də “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, həmin mallara dair qısa idxal bəyannaməsi isə xx.xx.2024-cü il tarixdə saat 17:09-də verilmişdir. Halbuki, qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir və bu proses malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olmalıdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Eyni zamanda, həmin Fərmanın 4.1.1-ci bəndinə əsasən, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl bu Qaydaların 2.2-ci bəndində müəyyən olunmuş müddətdə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X5 istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X5 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir və cəmiyyətin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdirt ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X3 inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X7 tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmiş, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən iclas təyin edilərək işə baxılan zaman artıq Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X3 hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 485.2-ci maddəsi həmin Məcəllənin “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə (Fəsil 37) aiddir və həmin fəsil üzrə müəyyən edilmiş inzibati xətalar üzrə təyin ediləcək inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, inzibati xətanın törədildiyi 03 iyun 2024-cü il tarixdən sözügedən materiala məhkəmədə baxıldığı 10 iyun 2025-ci il tarixədək 1 (bir) ildən artıq müddət keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X7 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə İXM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X5 İXM-in 485.2-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh tətbiq edilməsin. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X7 barəsində xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə İXM-nin 485.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar