Məhkəmə qərarları › İş №3(001)-3948/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3948/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3948/2024 30.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, 10 may 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ona məxsus 30,7 kv metr sahəsi olan “Təbiət” kafesinin fəaliyyəti zamanı atmofserə axıdılan zəhərli qazın (maddənin) ətraf mühit üçün yol verilən normadan artıq olması nəticəsində guya tərəfindən İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakta XKFMİ-nin xx.xx.2024-cü il tarixli 001871 nömrəli monitorinq aktı İdarənin xx.xx.2024-cü il tarixli 85163 nömrəli akt və fotoşəkillərlə təsdiq edilir. Barəsində apaarılan inzibati xəta haqqında iş üzrə icraat zamanı izahat verməkdən və monitorinqə istinad edib protokolun sürətini almaqdan, imza etməkdən guya imtina etmişdir. Buna görə də 14 may 2024-cü il tarixdə protokol tərtib edilmişdir. Barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN №2094565 nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2024-cü il tarixdə saat 10-da 11 saylı RETSİ-nə çağırılmışdır. Lakin ümumiyyətlə barəsində protokol tərtib edilməsindən və bununla əlaqədar dəvət olunmağı barədə xx.xx.2024-ci il saat 17:00-da poçt vasitəsilə məlumat almışdır. Binəqədi rabitə qovşağından protokolu rəsmi sürətdə almışdır. Protokol əsasında tərtib edilmiş 27 may 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında MN №1784928 saylı qərarı isə xx.xx.2024cü il tarixdə almışam. Aşağıda göstərilən əsaslara görə də xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında MN №1784928 saylı qərara əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. ******* saylı protokolun tərtib edilməsində və ölçü aparılmasında nə özü , nə də ki İXM-nin 63-cü maddəsinə əsasən qanuni nümayəndəsi iştirak etməmişdir. Həmçinin həmin məcəllənin 60-cı maddəsinin tələbi də pozulmuşdur. İXM-nin 100-cü maddəsində göstərilir ki, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.1 -ci maddəsində isə göstərilir ki, İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin maddənin 101-2 hissəsində göstərilən hallarda isə aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati xəta hadisəsi olmayan protokol isə Məcəllənin tələbi pozularaq dörd gün sonra yəni 14 may 2024-cü il tarixdə tərtib edilmişdir. S.S.Axundov küçəsi 3C-də yerləşən ona məxsus (mülkiyyətində olan) “Təbiət” kafesinin mətbəxinin dam hissəsinə təxminən 10 il əvvəl havalandırma (tüstü) filtiri qoyulmuşdur, hazırda o da işlək vəziyyətdədir. Həmin fıltir xx.xx.2024-cü il tarixdə qısa müddətdə yəni 2 saat müddətində qismən işlək vəziyyətdə olmuş buna görə də ətraf mühitə axıdılan maddələrin miqdarı yol verilən normativdən artıq olmamış və hava (tüstü) təmizləyici fıltir qısa müddət ərzində tam işlək vəziyyətə gətirilmiş və bu barədə 11 saylı RETSİ-nin əməkdaşları xx.xx.2024 cü il tarixdə 001974 saylı yeni akt tərtib etmişlər. 27 may 2024-cü il tarixli İnzibati təhbeh vermə haqqında MN №1784928 saylı qərarda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hal yəni əməldə inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə edilmişdir. İşdə olan 12 may 2024-cü il tarixli 001871 nömrəli aktdan görünür ki, X4 xidmətindən daxil olan xx.xx.2024-cü il tarixli 451/DETX-17 qeydiyyat nömrəli məktubun icrası ilə əlaqədar ünvan 2 ünvanında fəaliyyət göstərən “Odun” restoranının ətraf ərazisində monitorinq zamanı obyektdə toz tutucu təmizləyici qurğu quraşdırıldığı, restoran fəaliyyətdə olan zaman tüstü bacasının yaxınlığında təxminən 5-7 metr məsafədə Ankat 64M3-04 səyyar cihaz vasitəsi ilə ölçmə işləri aparıldığı, ölçmənin nəticələrinə görə həmin ərazidə CO -8.6 mq/m3 (norma 5 mq.m3) təşkil etmişdir və bu ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu, əraziyə keçirilən baxış zamanı tüstü müşahidə edildiyi qeyd edilmişdir. İş materiallarında olan məcburi göstəriş xx.xx.2024-cü il tarixdə verilmiş, inzibati xəta haqqında protokol isə xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Lakin məcburi göstəriş inzibati xəta haqqında protokoldan öncə tərtib olunmalı idi. xx.xx.2024-cü il tarixli, 001871 saylı aktda zərərli qazın ətraf mühit üçün yol verilən həddən artıq olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 001974 saylı aktda tüstü bacasının yaxınlığında ölçmə aparılmış və zərərli qazın ətraf mühit üçün yol verilən həddə olduğu müəyyən edilmişdir. Bundan başqa monitorinq aktı və protokolda inzibati xətanın aşkar edilməsi zamanı istifadə olunan texniki vasitə olan “Ankat” 64M3-03 modelli cihazın göstəricisi CO-8,6 mq/m3 (norma: 5,0 mq/m3) qeyd olunsa da buna dair cihazdan birbaşa elektron çıxarış akta və protokola əlavə olunmadığından, akt və protokola edilmiş həmin qeydlərin həqiqiliyi şübhə doğurur. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər arasında ziddiyyət olduğundan məhkəmə bu ziddiyyəti X1 xeyrinə həll etməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Bundan əlavə monitorinq aktının və protokolun tərtibi zamanı maddi hüquq normaları da pozulmuşdur. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsində ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi məsələlələri tənzimlənir. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir. «Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamədə» qeyd olunmuşdur: Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatdığını müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir: - stasionar müşahidə məntəqələri sistematik və uzunmüddətli müşahidələr aparılması üçün nəzərdə tutulur. Bu məntəqələr hava nümunələrinin götürülməsi, atmosferə atılan tullantıların fasiləsiz qeydiyyatının aparılması və meteoroloji parametrlərin müəyyənləşdirilməsi üçün zəruri olan cihaz və avadanlıqlarla təchiz olunur; - səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulur; Göründüyü kimi atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar müşahidə məntəqələri sistematik və uzunmüddətli müşahidələr aparılması üçün nəzərdə tutulmuş səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulmuşdur. Lakin iş materiallarında görünür ki, monitorinqi aparan orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 İdarəsi həmin qaydalara əməl etməyərək cəmi bir dəfə yoxlama aparmış və onun əsasında akt və protokol tərtib olunmuşdur. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Heç kim inzibati xəta hesab edilməyən əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunan Məcəllənin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X7 barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərar əsassızdır və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Göründüyü kimi X7 tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X9 və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar