Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-395/2023 31.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixi, 001000-00020/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixi, 001000- 00020/23 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Azərbaycan Respublikasına gətirilən mallarla bağlı təqdim edilən **********7613 nömrəli idxal bəyannaməsi ilə nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl təqdim edilən **********6976 nömrəli qısa idxal bəyannaməsi arasında uyğunsuzluq olmuşdur. Ona görə də Şəxs barəsində İXM-in 485.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki Şəxs İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan Gömrük Xidmətinin “VAİS” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən təqdim edilmiş **********7613 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin verilibverilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə 31AFJ074/31AFJ075 nömrəli yük nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********6976 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilmədən əvvəl gömrük orqanına təqdim edilmiş, lakin həmin qısa idxal bəyannaməsinin 22-ci qrafasında yükün invoice dəyəri skan olunmuş invoice əsasən 17971.20 ABŞ dolları qeyd edildiyi halda **********7613 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında yükün invoice dəyəri 17771.52 avro göstərilmiş və bununla da uyğunsuzluq yaranmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, **********6976 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən ünvanına Niderland Respublikasından gələn mallar Azərbaycan Respublikası ərazisinə çatmamış, qısa idxal bəyannaməsi verilmiş və bəyannamədə həmin malların ümumi invoice dəyəri 17971,20 ABŞ dolları olaraq göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, **********7613 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanına Niderland Respublikasından gələn mallara dair gömrük bəyannaməsi verilmiş və bəyannamədə həmin malların ümumi invoice dəyəri 17771.52 Avro olaraq göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixi, 001000-00020/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvanına Niderland Respublikasından 31AFJ074/31AFJ075 nömrəli yük nəqliyyat vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 19:46-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********7613 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə **********6976 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Belə ki, qısa idxal bəyannaməsinin 22-ci qrafasında yükün invoice dəyəri 17971.20 ABŞ dolları qeyd edildiyi halda **********7613 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 22-ci qrafasında yükün invoice dəyəri 17771.52 AVRO qeyd edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmçinin həmin protokoldan görünür ki Şəxs nümayəndəsi X2 izahatında göstərmişdir ki, qısa idxal bəyannaməsini hazırlayan zaman yükə aid invoice sənədində həmin yükün dəyəri 17971.20 ABŞ dolları qeyd edildiyindən, həmin sənədə uyğun olaraq **********6976 sorğu nömrəli qısa idxal bəyannaməsində yükün dəyəri 17971.20 ABŞ dolları qeyd olunmuşdur. **********7613 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş armud yükü üçün təqdim edilən sənədlərdə **********7613 saylı gömrük bəyannaməsində və xx.xx.2022-ci il tarixli 222140 nömrəli invoice-da yükün invoice dəyəri 17771.52 EUR və malların çatdırılma şərti FCA STRİJEN kimi göstərilmiş **********6976 saylı qisa idxal bəyannaməsi və ona aid digər sənədlərdə invoice-da xx.xx.2022-ci il tarixli 222140 nömrəli göstərilən yükün invoice qiyməti 17971.20 ABŞ dolları kimi və malların çatdırılma şərti CİP BAKİ kimi göstərildiyindən Gömrük bəyannaməsi ilə Qısa idxal bəyannaməsi arasında uyğunsuzluq olmuşdur. Bu səbəbdən **********6976 sorğu nömrəli qısa idxal bəyannaməsində yükün dəyəri 17971.20 ABŞ dolları göstərilmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalananlardan göründüyü kimi, hazırda baxılan iş üzrə məhkəmədə Şəxs İXM-in 485.1-ci maddəsi ilə təqsirli olduğu müəyyən edilir. Çünki İş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən onun ünvanına göndərilən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə **********6976 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmiş, lakin verilmiş həmin qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri düzgün göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki Şəxs tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə müəyyən edilmiş qaydada verilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs nin İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs nin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-395/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-395/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver