Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3960/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, protokolu tərtib edən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin, Təhqiqat Bölməsinin baş təhqiqatçısı X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP 0107871saylı inzibati xəta haqqında protokola əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********5838 sorğu nömrəli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilən Rusiya Federasiyasından QSC-nin ünvanına X612EX136/AT614836 nömrəli nəqliyyat vasitəsi ilə gələn 1 (bir) ədəd 24077,90 litr "Lyuks" markalı etil spirtini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 21 sentyabr 2023-cü il tarixdə "Samur" gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, 3-33-13-1-005578/2023 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, "xxxx" QSC-nin ünvanına X612EX136/AT614836 nömrəli nəqliyyat vasitəsi ilə gələn 1 (bir) ədəd 24077,90 litr "Lyuks" markalı etil spirtini **********5838 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********5838 sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "avtomobil nəqliyyatı" barədə çıxarışdan **********5838 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" QSC-nin ünvanına X612EX136/AT614836 nömrəli nəqliyyat vasitəsi ilə gələn 1 (bir) ədəd 24077,90 litr "Lyuks" markalı etil spirtini "Samur" gömrük postunu 21 sentyabr 2023-cü il tarixdə keçmişdir və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin nəqliyyat vasitələrinə dair qısa idxal bəyannaməsi verilməmişdir. Nəticədə "xxxx" QSC tərfəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, cəmiyyətdə audit olaraq işləyir və gömrük işlərinin rəsmiləşdirilməsi ilə o özü məşğul olur. Cəmiyyətin fəaliyyəti araq məhsullarının istehsalıdır. Həmin fəaliyyətlə əlaqədar xarici ölkələrdən spirt və digər məhsullar alırlar. Bu xarici şirkətlərdən biri də Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-dir. Həmin şirkətlə xx.xx.2023-cü il tarixdə rekitifikasiya edilmiş etil spirtinin alınması üçün 01- K/2023 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin dəyəri 50.000.000 (əlli milyon) Rusya rublu, milli valyuta ilə isə təxminən 900000 (doqquz yüz min ) manat olmuşdur. Bundan əvvəl həmin müqavilə çərçivəsində xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixlərdə həmin şirkət tərəfindən məhsullar göndərilmiş və göndərilməsi barədə sənədlər də onlara vaxtında təqdim edildiyindən qısa idxal bəyannamələri də vaxtında verilmişdir. Lakin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şəxs QSC-nin ünvanına 24077,90 litr “Lyuks” markalı etil spirti göndərilərkən həmin yükü daşıyan yük maşını Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduqdan sonra onlara yükün göndərilməsi və sənədlər barədə e-mail vasitəsiylə məlumat verilmişdir. Protokolda bəyannamənin ümumiyyətlə verilməməsi göstərilsə də, qısa idxal bəyannaməsini təqdim etmişlər. Lakin gec məlumatları olduğundan qısa idxal bəynannaməsini də gec təqdim etmişlər. Malların gec göndərilməsini təqsdiq edən mail yazışmaları mövcuddur. Malların göndərilməsi barədə sənədlər mail vasitəsiylə 21 sentyabr 2023-cü il tarixdə, saat 11:53 və saat 12:10-da onlara daxil olmuşdur. Sonradan bilmişlər ki, malları göndərən "xxxx" MMC-yə məxsus X612EX136/AT614836 nömrəli nəqliyyat vasitəsi 21 sentyabr 2023-cü il tarixdə, saat 10:21 radələrində gömrüyə daxil olmuşdur. Onlara mail vasitəsiylə məlumat və sənədlər daxil olduqdan dərhal sonra 12:12-də həmin sənədləri bəyannaməçiyə göndərmiş və bəyannaməçi tərəfindən qısa idxal bəyannaməsi göndərilmiş və və bu barədə həmin gün saat 12:45-də “Whatsap” vasitəsi ilə ona məlumat göndərilmişdir. Ona verilmiş suallara cavab olaraq isə qısa idxal bəyannaməsinin verilməməsi nəticəsində hüquqi şəxsin hər hansı bir xeyrinin olmadığı və mənafeyinin qorunmadığını, qısa idxal və gömrük bəyannamələrin vaxtında verilməsinə məsuliyyətlə yanaşdıqlarını, satıcı tərəfindən malların göndərilməsi ilə bağlı gec məlumat verildiyi üçün yükün gömrüyə daxil olmasından bir saat əvvələ qədər bəyannamənin vaxtında təqdim edilməsinin mümkün olmadığını, bunun nəticəsində inzibati məuliyyətə cəlb ediləcəkləri halda əksinə cəmiyyətin ziyana düşəcəyin bildirmişdir. Daha sonra inzibati xəta haqqında protokolda qeyd edilən qısa idxal bəyannaməsinin tərtib olunmaması barədə verdiyi izahatına münasibətdə isə qeyd etmişdir ki, protokol tərtib edilərəkən də sənədlərin gec təqdim edildiyini üçün qısa idxal bəyannaməsinin gec təqdim edildiyini bildirmiş, protokolu tərtib edən gömrük əməkdaşı tərəfindən qeyd edilən ifadənin yükün gəlməsindən bir saat əvvələdək qısa idxal bəyaannamənin verilməməsinin və ya gec verilməsinin ümumiyyətlə qısa idxal bəyannaməsinin verilməməsi kimi qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin, Təhqiqat Bölməsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X5 izahatında bildirmişdir ki, "xxxx" QSC tərəfindən idxal olunan 24077,90 litr "Lyuks" markalı etil spirtini daşıyan X612EX136/AT614836 nömrəli nəqliyyat vasitəsi 21 sentyabr 2023-cü il tarixdə, saat 10:21 radələrində gömrüyə daxil olmuşdur. Bunu təsdiq edən foto-görüntülər də var və həmin foto görüntülər nəqliyat vasitəsi gömrüyə daxil olarkən çəkilmişdir. Həmin foto görüntünü və qısa idxal bəyannaməsini hazırda məhkəməyə təqdim edir. Cəmiyyət tərəfindən qısa idxal bəyannaməsi 21 sentyabr 2023-cü il tarixdə, saat 12:43-də verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsi malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli və bəyannamədə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar göstərilməlidir. Qeyd edilən hərəkətlə hüquqi şəxsin xeyirinin nə olması və mənafeyinin qorunmasının nədə ifadə olunması ilə bağlı suala bəyannamənin mallar gömrüyə gətirilməzdən 1 saat əvvələdək təqdim edilməli olduğu halda "xxxx" QSC tərəfindən qısa idxal bəyannaməsinin mallar gömrüyə daxil olduqdan sonra göndərildiyi üçün hüquqi şəxs barəsində protokol tərtib etdiyini, praktikanın bu şəkildə olduğunu bildirmiş, hüquqi şəxsin xeyirin nə olması və mənafeyinin qorunmasının nədə ifadə olunmasınını izah edə bilməmişdir. Hazırda Şəxs QSC tərəfindən qısa idxal bəynnaməsinin təqdim edildiyi, lakin gec təqdim edildiyi halda tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs QSC tərəfindən ümumiyyətlə qısa idxal bəyannaməsinin verilməməsi barədə göstərdikləri ilə bağlı isə qeyd etmişdir ki, mallar gömrük orqanına gətirilməzdən 1 saat əvvələdək qısa idxal bəyannaməsinin təqdim edilməməsi və ya gec təqdim edilməsi ümumiyyətlə qısa idxal bəyannaməsinin təqdim edilmədiyi kimi qiymətləndirilməsini bildirmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin fikirlərini və protokolu tərtib etmiş gömrük orqanı əməkdaşının izahatını dinləyib, belə nəticəyə gəlir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 485.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" QSC-nin barəsində İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 17PQM26001000 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X4 "xxxx" MMC-də audit vəzifəsində çalışmaqdadır. xx.xx.2023-cü il tarixli **********7087 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən 24077,9 litr “Lyuks” markalı etil spirtin idxalı üçün qısa idxal bəyannaməsi verilmişdir. xx.xx.2023-cü il tarixli **********722 nömrəli yük gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən 14077,9 litr “Lyuks” markalı etil spirtin idxalı rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli **********5838 nömrəli yük gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən 10000,0 litr “Lyuks” markalı etil spirtin idxalı rəsmiləşdirilmişdir. Gömrük Xidmətinin “X1 sistemi”ndən əldə edilmiş çıxarışlardan görünür ki, ”Kristal Plus” QSC-nin ünvanına Rusya Federasiyasından idxal edilmiş "Lyuks" markalı etil spirtini daşıyan X612EX136/AT614836 nömrəli nəqliyyat vasitəsi 21 sentyabr 2023-cü il tarixdə, saat 10:21-də gömrük orqanına giriş etmiş, həmin mallara görə **********7087 nömrəli qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 12:43-də gömrük orqanına təqdim edilmişdir. Məhkəmə iclasında baxış keçirilərək iş materiallarına əlavə edilmiş mailto:alnaz- @mail.ruElektron ünvan 1 adlı emaildən çıxarışdan görünür ki, Elektron ünvan 2 adresindən mailto:alnaz-@mail.ruElektron ünvan 1 mail adresinə 21 sentyabr 2023-cü il tarixdə saat 11:53 və 12:10-da "xxxx" MMC tərəfindən ”Kristal Plus” QSC-yə göndərilən invoys dəyəri ümumilikdə 1396518,20 rusya rubulu olan, "Lyuks" markalı, 24077,9 litr, etil spirtinə dair ixrac bəyannaməsi, RUAZ ********** nömrəli malın mənşə sertifikatı, 588 nömrəli invoys və sair sənədlər göndərilmişdir. xx.xx.2023-cü il tarixli 01-K/2023 saylı müqavilədən görünür ki, "xxxx" MMCilə ”Kristal Plus” QSC arasında ümumi dəyəri ******* (əlli milyon) rusya rubulu olan spirt məhsullarının alıqı-satqısına dair müqavilə imzalanmışıdr. Qeyd edilən müqavilə çərçivəsində xx.xx.2023-cü il tarixli **********4462 nömrəli qısa idxal bəyannaməsi ilə 24528,7 litr, 05.062023-cü il tarixli **********6792 nömrəli qısa idxal bəyannaməsi ilə 27906,00 littr, xx.xx.2023-cü il tarixli **********8995 nömrəli qısa idxal bəyannaməsi ilə 23990,6 litr, xx.xx.2023-cü il tarixli **********4920 nömrəli qısa idxal bəyannaməsi ilə 24020,2 litr, xx.xx.2023-cü il tarixli **********9056 nömrəli qısa idxal bəyannaməsi ilə 24584,4 litr “Lyuks” markalı etil spirtin idxal edilməsinə görə qısa idxal bəyannamələri vaxtında təqdim edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "avtomobil nəqliyyatı" barədə çıxarışın iş materiallarına əlavə edilməsi, qısa idxal bəyannaməsinin təqdim edilməməsi göstərilsə də, həmin çıxarışın iş materiallarına əlavə edilmədiyi, qısa idxal bəyannaməsinin isə təqdim edildiyi (mallar gömrüyə daxil olduqdan sonra) müəyyən edilmiş və həmin sənədlər sorğu əsasında protokolu tərtib edən gömrük əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, "xxxx" MMC tərəfindən Rusya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC ilə 50000000 (əlli milyon) rusya rubulu dəyərində etil spirtin alınması ilə əlaqədar xx.xx.2023-cü il tarixli 01-K/2023 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə çərçivəsində xx.xx.2023-cü il tarixli **********4462 nömrəli qısa idxal bəyannaməsi ilə 24528,7 litr, 05.062023-cü il tarixli **********6792 nömrəli qısa idxal bəyannaməsi ilə 27906,00 littr, xx.xx.2023-cü il tarixli **********8995 nömrəli qısa idxal bəyannaməsi ilə 23990,6 litr, xx.xx.2023-cü il tarixli **********4920 nömrəli qısa idxal bəyannaməsi ilə 24020,2 litr, xx.xx.2023-cü il tarixli **********9056 nömrəli qısa idxal bəyannaməsi ilə 24584,4 litr “Lyuks” markalı etil spirtin idxal edilməsinə görə qısa idxal bəyannamələri vaxtında təqdim etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə göndərilmiş invoys dəyəri ümumilikdə 1396518,20 rusya rubulu olan, "Lyuks" markalı, 24077,9 litr, etil spirtinə dair qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 12:43-də gömrük orqanına təqdim etmişdir. Həmin "Lyuks" markalı etil spirtini daşıyan "xxxx" MMCyə məxsus X612EX136/AT614836 qeydiyyat nömrəli nəqliyyat vasitəsi 21 sentyabr 2023cü il tarixdə, saat 10:21-də gömrük orqanına giriş etmişdir. Malları göndərən (malın satıcısı) "xxxx" MMC tərəfindən invoys dəyəri ümumilikdə 1396518,20 rusya rubulu olan, "Lyuks" markalı, 24077,9 litr, etil spirtinə dair ixrac bəyannaməsi, RUAZ ********** nömrəli malın mənşə sertifikatı, 588 nömrəli invoys və sair sənədlər Elektron ünvan 2 adresindən alıcı (malların göndərildiyi) "xxxx" QSC-nin rəhbərinin Elektron ünvan 1 mail adresinə 21 sentyabr 2023-cü il tarixdə saat 11:53 və 12:10-da göndərilmişdir. Bundan sonra həmin sənədlər bəyannaməçiyə təqdim edilmiş və bəyannaməçi tərəfindən xx.xx.2023-cü ildə saat 12:43-də qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilmişdir. Göründüyü kimi, "xxxx" QSC-nin vəzifəli şəxslərinin "xxxx" MMC tərəfindən cəmiyyətə göndərilən yükün gömrüyə daxil olmasından sonra məlumatı olmuş, bundan dərhal sonra operativ qaydada qısa idxal bəyannaməsinin verilməsi təmin edilmişdir.(tərtib edilmiş protokolda isə qısa idxal bəyannaməsinin ümumiyyətlə verilmədiyi qeyd edilmişdir) Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli olduğundan, malları göndərən təşkilat tərəfindən qısa idxal bəyannaməsində göstərilməli həmin məlumatlar barədə alıcı təşkilata verilməmiş məlumat və sənədlər əsasında qısa idxal bəyannaməsinin təqdim edilməsi də mümkün deyildir. Yəni malın nə zaman yola çıxmasından, göndərilən partiyada hansı miqdarda mal olduğundan, malın hansı tarixdə gömrüyə daxil olacağından məlumatı olmayan şəxsin qısa idxal bəyannaməsinin təqdim edilməməsində təqsirinin müəyyən edilməsi mümkünsüzdür. "xxxx" MMC tərəfindən idxal olunmuş mallara görə qısa idxal bəyannaməsi qüvvədə olan qanunvericiliyə əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda, malların gömrüyə daxil olduqdan sonra məlumatı olmuş, məlumatı olduqdan sonra da qısa idxal bəyannaməsi verilmişdir. Lakin gömrük orqanı "xxxx" QSC barəsində İXM-nin 458.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən hüquqi şəxsin həmin inzibati xətanı törətməsində təqsirini sübut etməmiş, həmin Məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş halları araşdırmamış, həmin hallarla bağlı sübutları toplamamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Eyni zamanda hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Göründüyü kimi İXM-in 18.2-ci maddəsində hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinin əsasları və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunmalarının halları göstərilmişdir. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə AR İXM-nin 485.2-ci maddəsinin dizpozisiyasında göstərilənlər formal olaraq mövcud olsa da, yəni faktiki cəhətdən qısa idxal bəyannaməsi gec təqdim edilsə də, "xxxx" QSC-nin bununla bağlı hər hansı təqsiri müəyyən olunmamaqdadır. Belə ki, İXM-nin tələblərinə əsasən hüquqi şəxs həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilir. Lakin hazırki iş üzrə AR İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulmasında "xxxx" QSC-nin vəzifəli şəxslərinin təqsirli olması və bunun da nəticəsində hüquqi şəxsin hər hansı bir xeyrinin olması və yaxud maraqlarının qorunması təsdiq edilmir, bunun tam əksi olaraq "xxxx" MMC-nin vəzifəli şəxslərinin göndərilmiş malların gömrüyə daxil olmasından sonra məlumatları olmuş, malları göndərən təşkilat tərəfindən məlumat verildikdən dərhal sonra qısa idxal bəyannaməsinin verilməsi təmin edilmişdir. Odur ki, məhkəmə "xxxx" QSC barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı protokol üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata təqsirin olmaması əsası ilə xitam verilməsi qənaətə gəlir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx" QSC barəsində İXM-nin 485.2-ci maddəsi ilə protokol tərtib edilməzdən əvvəl Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş tələblərə, yəni İXM-nin 18.2-ci maddəsinə əsasən cəmiyyətin vəzifəli şəxslərinin öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi, onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin təqsiri araşdırılmamış, hüquqi şəxsin maraqlarının qorunmasının və ya onun xeyrin nə olması müəyyən edilməmiş, bunları təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Bunları təsdiq edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməməkdədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edildiyindən, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verdiyindən, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsi olduğundan hazırkı halda hüquqi şəxsi İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilmək əsassız təqsirləndirmə halı yaratmış olar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində təqsir müəyyən olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərəfindən İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində təqsir müəyyən olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3960/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3960/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver