Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3977/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində Binəqədi RPİ-in DYPŞ-in yol patrul xidməti inspektoru polis serjantı X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in polis sahə rəisi, polis mayoru X3 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in polis sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində avtomobil idarə edərkən qayda pozuntusuna yol verdiyi üçün Binəqədi RPİ-in DYPŞ-in yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən dayandırılmışdır. Sürücüyə yaxınlaşan inspektor ona qayda pozuntusu barədə məlumat vermiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Bundan sonra Şəxs özünə məxsus mobil telefonu çıxararaq çəkiliş etməyə başlamışdır. Ona çəkiliş aparmasının qanunsuz olduğu bildirilsə də, buna məhəl qoymamış, ətrafdakı insanların diqqətini öz üzərinə çəkib yüksək səslə inspektorla mübahisə etməyə başlamışdır. İnspektor onu inzizama dəvət etsə də, nəticəsi olmamışdır. Bundan sonra əraziyə post patrul xidməti çağırılmış və polisin qanuni tələbinə tabesizlik göstərməyə davam edən Şəxs 4-cü PŞ-yə aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində avtomobil idarə edərkən yol patrul xidməti inspektoru tərəfindən dayandırılmışdır. Ona yaxınlaşan inspektor qayda pozuntusu barədə məlumat vermiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Lakin o, qayda pozuntusu ilə razılaşmamışdır. Bundan sonra özünə məxsus mobil telefonu çıxararaq çəkiliş etməyə başlamışdır. Çəkiliş aparmasının səbəbi baş verənləri idarə etdiyi avtomobilin sahibinə göndərmək olmuşdur. Çünki avtomobilə cərimə yazılmışdır. Buna görə onunla inspektor arasında mübahisə yaranmışdır. İnspektor onu sakitləşməyə dəvət etsə də, əsəbi olduğu üçün ona əhəmiyyət verməmişdir. Bundan sonra əraziyə post patrul xidməti çağırılmış və 4-cü PŞ-yə aparılmışdır. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ-in yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində Binəqədi RPİ-in DYPŞ-in yol patrul xidməti inspektoru polis serjantı X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün qismən izahatı ilə yanaşı, xx.xx.2024-cü il tarixli raport, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla, tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyi onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3977/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3977/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver