Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3978/2024 17.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X5 katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə təsadüfən AsanPay-də şəxsi kabinetinə daxil olan zaman ona məxsus həmin tarixdən heç bir əlavə sənəd olmadan cərimə yazılması barədə məlumata rast gəlmişdir. Protoolun nə səbəbə yazıldığını aydınlaşdırmaq üçün dərhal 102 xidmətinə zəng vurmuş, lakin cavab almamışdır. xx.xx.2024-cü il tarixdə yenidən 102 xidmətinə zəng vurmuş, bu zaman onlar məlumatın rəhbərliyə ötürüləcəyini və gözləməli olduğunu bildirmişlər. Aradan az vaxt keçdikdən sonra Binəqədi rayon İcra Şöbəsindən zəng gəlmiş və o, şöbəyə dəvət olunmuşdur. Orada protokolla tanış olan zaman tərtib olunmuş protokolun 2023-cü ilin sentyabr ayında baş vermiş insidentlə əlaqəli olduğunu bilmişdir. O vaxt onu Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə dəvət etmiş və mağazada mübahisə etdiyini bildirmişlər. O baş vermiş mübahisə barədə məlumat verib, izahat yazmışdır. Polisə verdiyi məlumatdan sonra onlar “məsələni burda bitirək, ya da istintaqa verək” dedikləri zaman, o, kamera görüntüsünə baxılmalı, obyektiv araşdırma aparılmalı, sonra qərar çıxarılmalı olduğunu bildirmişdir. Daha sonra şöbədən sağollaşıb ayrılmışdır. Lakin hadisədən aylar keçdikdən sonra onun iştirakı və xəbəri olmadan, kifayət qədər araşdırma aparılmadan sahə inspketoru Camal Quliyev tərəfindən 300 manat məbləğində cərimə yazılmışdır. Bu barədə DİN rəhbərliyinə şikayət etmiş, həmin protokolun ləğv edilməsini xahiş etmişdir. 12 iyun 2024-cü il tarixdə həmin şöbədən 3/2-5306 saylı məktubla məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Bununla əlaqədar məhkəmə araşdırmasının aparılıb, həmin protokolun və cərimənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat vermiş və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində başlanan inzibati xəta haqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai Rayon Polis İdarəsinin 36cı Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati təbeh vermə haqqında qərardan görünür ki, X3 AR İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 AR İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin inzibati tənbeh vermə haqqında protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxsin məlumatlandırılmasına, həmçinin inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxsə təqdim edilməsinə dair iş materiallarında hər hansı sübuta rast gəlinmir, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs də əksini təsdiq edəcək sübutu məhkəmə iclasında təqdim etməmişdir. Bundan əlavə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayaraq inzibati xəta haqqında protokolu imza etməkdən imtina etməsinə baxmayaraq, şəxsin həqiqətən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri sübuta yetirilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3978/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3978/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver