Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-398/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 24.01.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 24.01.2022ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, "xxxx" QSC-nin direktoru X15 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə xitam verilməsinə görə 1000 manat cərimə olunmasına dair MN ******* saylı, 24.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Bütün prosedurların Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq aparılmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi barəsində ilk dəfə olaraq 05.02.2021ci il tarixli, MN ******* nömrəli protokol tərtib etmiş və həmin protokola əsasən 24.01.2022ci il tarixli MN ******* nömrəli qərar qəbul etmişdir. Əlavə olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi əsassız olaraq müraciət edərək, işçi ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin ləğv edilməsini tələb etmişdir. Həm protokola, həm də qərara nəzər yetirdikdə barəsində qərarın hansı əsaslara görə tərtib edildiyini müəyyən etməyin mümkün olmadığı görünür. Belə ki, həm protokolun, həm də qərarın müəyyən edildi hissəsində “əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir” cümləsi ümumi olaraq qeyd edilmişdir. Lakin orada əmək müqaviləsinin hansı tələblərinin pozulduğu sadalanmamış, qərarda əmək qanunvericiliyinin konkret hansı tələblərinin pozulduğu qeyd edilməmişdir. Qərar 24.01.2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, protokol və qərar ona təqdim edilməmişdir. Bu əsaslara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına görə onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. X10 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 Akif Adil oğlu tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 24.01.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, "xxxx" QSC-nin direktoru X4 Elxan Saleh oğlunun əmək haqqı və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materialalrında olan əmək müqaviləsində əmək haqqının ödənilməşərtlərinə və qaydasında və işçiyə əmək haqqının ödənilmə vaxtına nəzər yetirdikdə işə götürən tərəfindən əmək qanunvericilyinin tələblərinin pozilduğu müəyyən edilir. Belə ki, əmək müqaviləsinə 16.05.2021-ci il tarixdə xitam verilmiş, əmək haqqı isə 05.01.2022-ci il tarixdə ödənimişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 24.01.2022-ci il tarixli qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 24.01.2022-ci il tarixli qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-398/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-398/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver