Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 21 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən Şəxs Xəzər Rayon Məhkəməsinin 2(003)-1421/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən hər ay 380 manat aliment sabit pul məbləğində tutularaq tələbkar X1 verilməlidir. Şəxs həmin icra sənədlərini lazımı qaydada icra etməmiş, nəticədə onun aliment borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 3(001)- 4983/2023 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.3-cü maddəsinə əsasən gətirilmə barədə qərardad qəbul edilmiş və icrası üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Lakin Şəxs məhkəməyə gətirilməsi təmin olunmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1421/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görnür ki, Şəxs hər ay 380 manat aliment sabit pul məbləğində tutularaq tələbkar X1 verilməlidir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1421/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. İşdə olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1421/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 3(001)-4983/2023 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.3-cü maddəsinə əsasən gətirilmə barədə qərardad qəbul edilmiş və icrası üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Lakin Şəxs məhkəməyə gətirilməsi təmin olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi” isə (İXM, maddə 528.1) növünə görə idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə bu növ inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İXM-in 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə olan halda aydın olur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs sözügedən inzibati xətaya görə ən geci 21 noyabr 2024-cü il tarixə kimi məsuliyyətə cəlb edilə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış icaata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver