Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4000/2020 15.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, X1, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, Bakı şəhəri İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6019/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 462 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Alimentin ödənilməsi ilə bağlı borclunun hal-hazırda 4614 manat borc yaranmışdır və o, həmin borcu ödəməkdən yayınır. Qeyd olunanlara əsasən icra məmuru X3 Zaur Azadoviç barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon icra və probasiyası şöbəsinin icra məmuru X9 məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə ödəniş etdiyini, Bakı şəhəri İcra Hakimiyyətində məişət tullantılarını daşıyan maşında sürücü vəzifəsində işlədiyini, hər ay maaşından 70%, yəni 345 manat aliment pulu tutularaq tələbkara ödənildiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 məhkəməyə verdiyi izahatında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6019/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 3 uşağın saxlanılması üçün hər ay 462 manat aliment pulu tutulmalı olduğunu, lakin Şəxs hazırki tarixə 4614 manat ödənilməmiş aliment borcunun qaldığını, onun borcunu ödəməkdən yayındığını bildirmişdir. O, Şəxs ödənilməyən aliment borcunu ödəməsini tələb edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil borclunun qərəzli olaraq borcundan yayınmamasını və müvafiq ödənişlər etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6019/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 462 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İş materiallarında olan 2018 və 2019-cu illərə aid qəbzlərdən görünür ki, Şəxs X2 hesabına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6019/2018 saylı, xx.xx.2018ci il tarixli icra vərəqəsinə əsasən 1105 manat ödəniş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Ə.Hüseynov xx.xx.2018-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. Məhkəmə borclu Şəxs borcundan hər ay əmək haqqısının 70% miqdarında alimentin tutulduğunu, bundan başqa özünün də müəyyən miqdarda ödənişlər etməsini nəzərə alaraq hesab edir ki, hazırkı məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN №0468539 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-4000/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4000/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver