Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4003/2024 05.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə, X2 AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına, X2 AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına, X2 AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, X1 İXM-in 342.6-cı maddəsində nəzərdə tutulan, inzibati xəta ünvan 1 ünvanda baş vermişdir. Bundan başqa şikayət vermiş şəxs X3 inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılmasına dair vəsatət verməmişdir. Ona görə də, məhkəmə X3 tərəfindən verilmiş şikayətin aidiyyəti üzrə göndərilməsi qərarına gəlmişdir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Belə olan halda, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına, X2 AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, İXM-in 110-cu maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməli idi. İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1) həll etməlidir. İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər həmin məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-4003/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4003/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver