Məhkəmə qərarları › İş №3(001)-4005/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4005/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4005/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin X12 rəisi vəsifəsində işləyir. X15 "xxxx" ASC-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. Şəbəkənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə "xxxx" ASC-nə məxsusdur. Şəbəkə müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin Şəbəkə "xxxx" ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyə-təsərrüfat balansı "xxxx" ASC-nin balansına aiddir. "xxxx" ASC hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Vətəndaşların işə qəbul edilməsi və işdən azad olunması səlahiyətləri yalnız "xxxx" ASC-nə məxsusdur. Rəhbərliyini etdiyi X7 Təchiztı və Satışı idarəsinin X12 vətəndaşların işə qəbul və işdən azad edilməsi ilə bağlı hər-hansı bir səllahiyyəti yoxdur. ünvan 1 ünvanında yaşayan X9 xx.xx.2023-cü il tarixində şəbəkədə nəzarətçi-mühəndis kimi işləmək istədiyi barədə X13 müraciət etmiş, şəbəkədə nəzarətçi-mühəndis vəzifəsi üzrə vakansiya olduğu üçün xx.xx.2023-cü il tarixində sənədləri hazırlanaraq "xxxx" ASC-nin imtahan komissiyasına göndərilmişdir. Daha sonra işə qəbul qaydalarına uyğun olaraq X9 imtahan komisiyasına dəvət olunmuş, lakin o imtahan komisiyasından imtina etmişdir. X9 xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək işlə təmin edilmək məqsədilə X13 müraciət etdiyini, lakin müsabiqədən keçmədiyi üçün əsəbiləşərək şikayət etdiyini və heç bir işə cəlb olunmadığını bildirmişdir. İnzibati xəta haqqında iş üzrə onun əməlində tərkib yoxdur. Ona görə də, məhkəmədən barəsində olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin X12 rəisi X4 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinib, 3000 manat məbləğində inzibati cərimə edilmişdir. X9 tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlərindən görünür ki. işlə təmin edilmək məqsədilə X13 müraciət etmiş, lakin müsabiqədən keçmədiyi üçün əsəbiləşərək şikayət etmişdir. O, heç bir işə cəlb olunmamış və hazırda heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 nömrəli qərarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin strukturuna əsasən X7 Təchizatı və Satışı İdarəsi (Qəbələ) - Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon elektrik şəbəkələri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlardır. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri cəmiyyətin aparatının, idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin strukturunu və ştat cədvəlini təsdiq edir, Cəmiyyətin aparatının (sədr müavinləri istisna olmaqla), idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, bütün işçilər barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərini tətbiq edir. Məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin X12 rəisi X4 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmi və X1nun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində cəlb edilməsi göstərilsə də, səlahiyyətli orqan tərəfindən işə səthi yanaşılaraq, iş üzrə kifayət qədər ətraflı araşdırma aparılmamışdır. Qeyd olunanlardan göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin strukturuna əsasən X7 Təchizatı və Satışı İdarəsi (Qəbələ) - Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon elektrik şəbəkələri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlardır və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri tərəfindən Cəmiyyətin aparatının, idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin strukturunu və ştat cədvəlini təsdiq edir, Cəmiyyətin aparatının (sədr müavinləri istisna olmaqla), idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, bütün işçilər barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərini tətbiq edilməkdədir. Təsvir olunanlar belə haqlı nəticəyə gəlməyə əsas verir ki, vətəndaşların işə qəbul edilməsi və işdən azad olunması səlahiyətləri yalnız "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X7 Təchiztı və Satışı idarəsinin X12 vətəndaşların işə qəbul və işdən azad edilməsi ilə bağlı hər-hansı bir səllahiyyəti yoxdur. Belə olan halda aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X7 Təchiztı və Satışı idarəsinin X12 rəisi X3 vətəndaş X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edərək əmək qanunvericiliyi qaydalarını pozub inzibati xəta törətməsi də mümkünsüzdür. X2 da öz növbəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər ünvanlayaraq işlə təmin edilməsi məqsədi ilə X13 müraciət ediyini, lakin müsabiqədən keçmədiyi üçün əsəbiləşərək şikayət etdiyini və heç bir işə cəlb olunmadığını bildirmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X4 barəsində aparılmış inzibati icraat üzrə səlahiyyətli orqan tərəfindən toplanmış material məhkəməyə təqdim edilə bilməmişdir. Bu isə sonda iş üzrə şübhəli və ziddiyyətli məqamların ortaya çıxmasına zəmin yaradır ki, belə olan halda şəxsin təqsirili olubolmamasının müəyyən edilməsi mümkünsüz hala gəlir. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Bu səbəbdən X4 barəsində yenidən inzibati xəta haqqında iş üzrə icraat aparılmalı və sonuncunun təqdim etdiyi sübutlar inzibati icraat zamanı əldə edilmiş sübutlarla əhatəli şəkildə yoxlanıldıqdan sonra müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar