Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4006/2024 25.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, X5 protokol tərtib etmiş Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Şahid iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tərtib olunmuş X5 protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqdim edilmiş materiallar əsasında müəyyən olunur ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Şahid tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 12 iyun 2024-cü il tarixli EP № ******* saylı X5 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 3(001)-4006/2024 nömrəli qərarı ilə hüquqi şəxs «X2” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi miqdarında – 3053,3 ABŞ dolları – məzənnə üzrə manatla 5190 (beş min yüz doxsan) manat məbləğdə cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan Şəxs apellyasiya şikayəti verərək, “X2» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2904/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərarının ləğv edilərək X5 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.009.2024-cü il tarixli 3(103)-1870/2024 saylı qərarına əsasən Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 3(001)-4006/2024 nömrəli qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilən X5 protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi təmin edilməmişdir. Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli **********0903 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğ 10177,98 ABŞ dolları təşkil edir. Belə ki, Şəxs MMC (satıcı) ilə Rusiya Federasiyası OOO “Aqentstvo pojaronoqo audita” (alıcı) tərəfindən qaytarılmamış xarici valyuta vəsaitlərinin (10177,98 ABŞ dolları) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günlərdə olan ABŞ dollarının rəsmi məzənnəsinə (1 ABŞ = 1.7000 AZN) uyğun olaraq dəyəri 17302,57 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Beləliklə, Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. xx.xx.2024-cü il tarixə saat 16:00-a, xx.xx.2024-cü il tarixə saat 16:50-yə, xx.xx.2024-cü il tarixə saat 16:00-a, xx.xx.2024-cü il tarixə saat 16:00-a təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində icraat aparılan hüquqi şəxs «X2” MMC nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə X5 Protokola barəsində icraat aparılan hüquqi şəxs «X2” MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Şahid izaharında bildirmişdir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 12 iyun 2024-cü il tarixli EP № ******* saylı X5 protokol onun tərəfindən tərtib edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Gömrük Komitəsinin informasiya sistemi mərkəzi bankın informasiya sisteminə inteqrasiya olunmuşdur. Konsiqnasiya əməliyyatları üzrə hesabat blankını və xx.xx.2023cü il tarixdə cəmiyyətin hesabına 1441,03 və 1108.03 avro olmaqla 2549,06 avro vəsaitin ödənilməsini təsdiq edən sistemdən çıxarışları məhkəməyə təqdim edərək həmin blankın və çıxarışların 24 oktyabr 2024-cü il tarixdə çap etdiyini və həmin tarixə cəmiyyət tərəfindən ixrac edilmiş mallara görə 2549,06 avronun qaytarıldığını, 10177,98 ABŞ dolları məbləğində vəsaitin isə ölkəyə qaytarılmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, müəssisə tərəfindən buraxılış tarixi xx.xx.2023-cü il olan xx.xx.2023-cü il tarixli **********0903 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli 989 saylı müqaviləyə əsasən ümumi dəyəri 11841,10 AVRO olan mallar ixrac edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin 22-ci qrafasında valyuta kodu olaraq 978 və malın ümumi invoys dəyəri 11841,10 olaraq göstərilmişdir. Həmin qrafada 978 kodu ixrac edilmiş malın invoys dəyərinin avro olmasını bildirir. Yəni cəmiyyətin apardığı əməliyyatlar avro ilə aparılmışdır. Bundan başqa bəyannamənin 20-ci qrafasında 004 kodu göstərilmişdir. Umumiyyətlə konsinqasiya əməliyyatlarında 3 cür hesablaşma kodu, yəni 002, 003 və 004 kodları olur. 004 kodu onu göstərir ki, ixrac edilmiş malın dəyərinin bir hissəsi əvvəlcədən, bir hissəsi isə mal ixrac edildikdən sonra ödənilir. 002 kodu isə onu göstərir ki, malların dəyəri ixracdan sonra tam şəkildə ödənilir. 003 kodu isə malın tam dəyəri mallar ixrac edilməmişdən əvvəl tam olaraq ödənilmişdir. Şəxs MMC trəfindən təqdim edilmiş buraxılış tarixi xx.xx.2023-cü il, tərtib edilmə tarixi xx.xx.2023-cü il olan olan **********0903 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasında həmin kod 004 olaraq göstərilmişdir. Yəni ixrac edilmiş malların dəyərinin bir hissəsi ixracdan əvvəl ödənilir, bir hissəsi isə mallar ixrac edildikdən sonra ödənilir. Bəyannamənin 28-ci qrafasında cəmiyyətin bank hesablarının olduğu "xxxx" ASC-nin rekviziti göstərilmişdir. Cəmiyyət barəsində qeyd edilən protokolu tərtib edərkən cəmiyyətin yalnız "xxxx" ASC-də olan bank hesabına malların ixracından sonra gəlmiş ümumilikdə 2549,06 avro vəsait nəzərə alınmışdır. Cəmiyyətin "xxxx" ASC-də olan bank hesabında aparılan əməliyyatlar onların sistemində görsənmədiyi üçün nəzərə alınmamışdır. Ola blər ki "xxxx" ASC tərəfindən həmin məlumatlar X3 yerləşdirilməmişdir. Belə ki cəmiyyətin "xxxx" ASC-də olan bank hesabına qeyd edilən bəyannaməyə əsasən ixrac edilmiş mallara göə xx.xx.2023-cü il tarixdə 111151,63 rus rubulu (həmin tarixə məzənnə nəzərə alınmaqla 1441,03 avro) və 144556,93 rus rublu (həmin tarixə məzənnə nəzərə alınmaqla 1108.03 avro) olmaqla ümumilikdə 155708,6 rus rublu, yəni həmin günün məzənnəsinə uyğun olaraq 2549,06 avro vəsait ödənilmişdir. Həmin bəyannamə üzrə ixrac edilmiş mallara görə gömrük orqanının sistemində yalnız "xxxx" ASC-də olan bank hesabına gəlmiş ümumilikdə 2549,06 avro vəsait əksini tapmış, malların ixracından əvvəl olan ödənişlər və cəmiyyətin "xxxx" ASC-də olan hesablarına gəlmiş ödənişlər barəsində onlarda hər hansı məlumat olmadığından həmin hesablar üzrə olan ödəmələr nəzərə alınmamışdır. Məhkəməyə cəmiyyət tərəfindən malların ixracından əvvəl edilmiş ödənişlər barədə sənədlər təqdim edilsə də, həmin ödənişlər barədə onların sistemində hər hansı məlumat olmadığından həmin ödənişlər nəzərə alınmamış və cəmiyyət barəsində qeyd edilən protokol tərtib edilmişdir. Həmin məlumatlar Mərkəzi Bankın sistemində sıfırlanmayanadək cəmiyyət tərəfindən qeyd edilən vəsaitin qaytarılmaması əks etdiriləcək və həmin vəsait sıfırlanmayacaqdır. Bundan başqa verilmiş suallara cavab olaraq bildirmişdir ki, cəmiyyətin bağladığı müqavilədə və invoyslarda valyuta olaraq avro göstərildiyini, **********0903 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında ixrac edilmiş malların ümumi invoys dəyərinin 11841,10 avro olması (həmin qrafada 978 kodu qeyd edilmişdir) göstərildiyini qeyd etmişdir. Bəyannamədə aparılmış əməliyyatların real məzənnəsi ilə bərabər həmin malların statistik dəyəri avtomatik olaraq ABŞ dolları ilə göstərilir. Belə ki, cəmiyyət tərəfindən əməliyyatlar avro ilə aparılsa da avtomatik olaraq bəyannamənin 46-cı qrafasında malların statistik dəyəri 7292,92 ABŞ dolları, həmin bəyannamənin əlavə vərəqinin 46-cı qrafasında statistik dəyəri 5607,61 ABŞ dolları olmaqla ümumi statistik dəyəri 12900,53 ABŞ dolları kimi göstərildiyindən və buna görə də tərtib etdiyi protokolda qaytarılmamış valyuta vəsaitini həmin statistik dəyərə uyğun olaraq ABŞ dolları ilə göstərmişdir. Bundan başqa rəhbərlik tərəfindən digər valyuta vəsaitləri ilə ixrac edilmiş mallara görə bu qəbildən olan işlər üzrə protokol tərtib edilərəkən məbləğin ABŞ dolları ilə göstərilməsi barədə şifahi tapşırıq verildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli EP ******* (0008000-0441/24) saylı inzibati X4 görünür ki, Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi təmin edilməmişdir. Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli **********0903 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğ 10177,98 ABŞ dolları təşkil edir. Belə ki, Şəxs MMC (satıcı) ilə Rusiya Federasiyası OOO “Aqentstvo pojaronoqo audita” (alıcı) tərəfindən qaytarılmamış xarici valyuta vəsaitlərinin (10177,98 ABŞ dolları) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günlərdə olan ABŞ dollarının rəsmi məzənnəsinə (1 ABŞ = 1.7000 AZN) uyğun olaraq dəyəri 17302,57 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Beləliklə, Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. (iş v.29-31) xx.xx.2023-cü il tarixli (buraxılış tarixi xx.xx.2023-cü il olan) **********0903 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ixraçatçı Şəxs MMC tərəfindən idxalatçı Rusiya Federasiyası OOO “Aqentstvo pojaronoqo audita” şirkətinə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 989 saylı müqaviləyə, xx.xx.2023-cü il tarixli invoysa əsasən 6694,00 avro və xx.xx.2023-cü il tarixli invoysa əsasən 5147,10 avro olmaqla (42-ci və 44-cü qrafalar) ümumilikdə invoys dəyəri 11841,10 avro (22-ci qrafa) olan, pulverizatorlar, analoji qurğular, çarx qolu irəli-geri prinsipi ilə işləyən digər həcmli nasoslar (31-ci qrafalar) ixrac etmiş, həmin malların statistik dəyəri 7292,92 və 5607,61 ABŞ dolları olmaqla (46-cı qrafalar) ümumilikdə 12900,53 ABŞ dolları təşkil etmişdir. (iş v.8-9) İş materiallarında olan xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, xx.xx.2022-ci il tarixli 989 saylı müqaviləyə, xx.xx.2023-cü il tarixli 2 nömrəli spesifikasiyaya uyğun olaraq Şəxs MMC tərəfindən Rusiya Federasiyası OOO “Aqentstvo pojaronoqo audita” şirkətinə ümumi dəyəri 6694,00 avro olan mallar təqdim edilmişdir. (iş v.11) İş materiallarında olan xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, xx.xx.2022-ci il tarixli 989 saylı müqaviləyə, xx.xx.2023-cü il tarixli 3 nömrəli spesifikasiyaya uyğun olaraq Şəxs MMC tərəfindən Rusiya Federasiyası OOO “Aqentstvo pojaronoqo audita” şirkətinə ümumi dəyəri 5147,10 avro olan mallar təqdim edilmişdir. (iş v.10) İş materiallarında olan xx.xx.2022-ci il tarixli 989 saylı müqaviləyə əsasən tədarük olmuş mallara dair xx.xx.2023-cü il tarixli 2 nömrəli spesifikasiyadan görünür ki, X2” MMC tərəfindən təqdim ediləcək 6694,00 avro dəyərində malların dəyərinin 80%-i malların ixracından əvvəl, 20%-i isə ixracdan sonra ödənilməlidir. (iş v.15) İş materiallarında olan xx.xx.2022-ci il tarixli 989 saylı müqaviləyə əsasən tədarük olmuş mallara dair xx.xx.2023-cü il tarixli 3 nömrəli spesifikasiyadan görünür ki, Şəxs MMC tərəfindən təqdim ediləcək 5147,00 avro dəyərində malların dəyərinin 80%-i malların ixracından əvvəl, 20%-i isə ixracdan sonra ödənilməlidir. (iş v.16) İş materiallarında olan Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsindən çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyası OOO “Aqentstvo pojaronoqo audita” şirkətinə satdığı, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş buraxılış tarixi xx.xx.2023-cü il olan **********0903 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların ümumi invoys dəyəri 11841,10 avro təşkil etmiş, malların statistik dəyəri 12900,53 ABŞ dolları olmuş, həmin ixrac edilmiş mallara görə alıcı tərəfindən 2549,06 avro vəsait ödənilmiş, qalıq məbləğ avro məzənnəsi ilə 9242,04 avro, dollar məzənnəsi ilə isə 10177,98 ABŞ dolları təşkil etmişdir. (iş v.25, 83) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 3(001)- 4006/2024 nömrəli qərarı ilə hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi miqdarında – 3053,3 ABŞ dolları – məzənnə üzrə manatla 5190 (beş min yüz doxsan) manat məbləğdə cərimə edilməsi qərara alınmışdır. (iş v.48-50) Şəxs MMC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 3(001)-4006/2024 nömrəli qərarından xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək şikayətdə **********0903 sorğu nömrəli gömrük bəyannaməsinin xx.xx.2023-cü ilə aid olması, həmin bəyannamə üzrə ixrac etdikləri malların qarşılığında müvəkkil bankdakı hesaba köçürülmüş olan məbləğin 11841.10 avro təşkil etməsi, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli hesab fakturalara əsasən mallara görə müqavilə üzrə əvvəlcədən ödəniş qismində ödənilməli olan 80% pul vəsaiti təşkil edən 5355,20 AVRO (6694 x 80%) və 4117,6 AVRO (5147x 80%) müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə köçürüldüyü, digər qalan 20% pul vəsaiti isə cəmiyyətin "xxxx" ASC-də olan hesabına 180 gün ərzində köçürüldüyü, **********0903 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əməliyyatlar avro üzərindən həyata keçirilsə də, X5 protokol dollar üzrə əməliyyatlara dair tərtib edildiyi göstərərək həmin qərarın ləğv edilərək X5 iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. (iş v.58-60) Apellyasiya şikayətinə əlavə edilmiş bank hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə ödənilmiş 5355,20 avro vəsaitin təyinatı qrafasında xx.xx.2022-ci il tarixli 989 saylı müqavilə, xx.xx.2023-ci il tarixli 2 saylı spesifikasiyaya, xx.xx.2023-cü il tarixdə ödənilmiş 4117,68 avro vəsaitin təyinatında isə xx.xx.2022-ci il tarixli 989 saylı müqavilə, xx.xx.2023-ci il tarixli 3 saylı spesifikasiyaya göstərilmişdir. (iş v.68-69) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1870/2024 saylı qərarı ilə Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 3(001)-4006/2024 nömrəli qərarı ləğv edilərək iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir.(iş v.91-96) Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş, cəmiyyətin "xxxx" ASC-də olan avro hesabı üzrə xx.xx.2023-xx.xx.2023 tarixləri arasında aparılmış əməliyyatlara dair bank hesabından çıxarışdan görünür ki, cəmiyyətin hesabına xx.xx.2023-cü il tarixdə 5355,20 avro vəsait ödənilmiş, həmin ödənişin təyinatı qrafasında xx.xx.2022-ci il tarixli 989 saylı müqavilə, xx.xx.2023-ci il tarixli 2 saylı spesifikasiyaya qeyd edilmişdir. Eyni zamanda cəmiyyətin hesabına xx.xx.2023-cü il tarixdə 4117,68 avro vəsaiti ödənilmiş, həmin ödənişin təyinatı qrafasında isə xx.xx.2022-ci il tarixli 989 saylı müqavilə, xx.xx.2023-ci il tarixli 3 saylı spesifikasiyaya göstərilmişdir. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş, cəmiyyətin "xxxx" ASC-də olan rubl hesabı üzrə xx.xx.2023-xx.xx.2023 tarixləri arasında aparılmış əməliyyatlara dair bank hesabından çıxarışdan görünür ki, cəmiyyətin hesabına xx.xx.2023-cü il tarixdə 111151,63 rus rublu (həmin günə mənənnə 0,0181 olmaqla 2011,84 manat) və 144556,93 rus rublu (həmin günə mənənnə 0,0181 olmaqla 2161,84 manat) vəsait ödənilmişdir. Məhkəmə, X5 protokol tərtib etmiş şəxsin izahatını dinləyib, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış X5 iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin qərarda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsi xahiş olunan və müxtəlif yanaşmalara səbəb olan “əldə edilmiş” müddəası ilə bağlı göstərilməlidir ki, “Valyuta tənzimi haqqında” Qanunun və Qaydaların müvafiq normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan “əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq müvəkkil olunmuş bankların hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Göründüyü kimi İXM-in 483-cü maddəsində nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs ola bilər. Həmçinin həmin maddədə nəzərdə tutulmuş inzibati xəta xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitləri köçürülmədiyi halda yaranır. Belə ki, qeyd edilən maddə üzrə inzibati xəta tərkibinin yaranmasının əsası kimi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xarici valyuta vəsaitinin əldə edilməsi və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan həmin vəsaitin xaricdən qaytarılmaması çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmədə tədqiq edilmiş iş materiallarından və alınmış izahadan müəyyən edilmişdir ki, satıcı Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən alıcı OOO “Aqentstvo pojaronoqo audita” arasında xx.xx.2022-ci il tarixdə 989 saylı malların alqısatqısına dair müqavilə imzalanmış, həmin müqavilə çərçivəsində iki şirkət arasında aparılacaq alqı-satqı əməliyyatları tərtib edilmiş spesifikasiyaya və həmin spesifikasiyaya uyğun verilən invoyslara əsasən satıcı tərəfindən alıcıya müxtəlif mallar satılmış və həmin satılmış mallar ölkədən ixrac edilmişdir. Belə ki xx.xx.2023-cü il tarixli 2 nömrəli spesifikasiya əsasən Şəxs MMC tərəfindən təqdim ediləcək 6694,00 avro dəyərində malların dəyərinin 80%-i malların ixracından əvvəl, 20%-i isə ixracdan sonra ödənilməsi göstərilmiş, həmin spesifikasiyaya uyğun olaraq cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli invoys təqdim edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli 3 nömrəli spesifikasiyaya əsasən Şəxs MMC tərəfindən təqdim ediləcək 5147,10 avro dəyərində malların dəyərinin 80%-i malların ixracından əvvəl, 20%-i isə ixracdan sonra ödənilməsi göstərilmiş, həmin spesifikasiyaya əsasən cəmiyyət tərəfindən 20 fevral 2023-cü il tarixdə invoys təqdim edilmişdir. İki invoys üzrə təqdim ediləcək malların dəyəri ümumilikdə 11841,10 avro təşkil etmişdir. Alıcı şirkət tərəfindən malların ölkədən ixracından əvvəl xx.xx.2023-cü il tarixli 2 nömrəli spesifikasiya əsasən Şəxs MMC tərəfindən təqdim ediləcək 6694,00 avro dəyərində malların dəyərinin 80%-i olan 5355,20 avro vəsait xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli 3 nömrəli spesifikasiya əsasən Şəxs MMC tərəfindən təqdim ediləcək 5147,10 avro dəyərində malların dəyərinin 80%-i olan 4117,68 avro vəsait isə xx.xx.2023-cü il tarixdə cəmiyyətin (satıcının) "xxxx" ASC-də olan bank hesabına köçürülmüşdür. Ümumilikdə 11841,10 avro dəyərində malların 80%-i yəni, 9472,88 avro vəsait malların ixracından əvvəl satıcının bank hesabına köçürülmüşdür. Bundan sonra cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə **********0903 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmiş, həmin bəyannamə ilə təqdim edilmiş mallar xx.xx.2023-cü il tarixdə ölkə ərazsindən buraxılmışdır. Qeyd edilən bəyannamənin 22-ci qrafsında aparılan əməliyyatların valyuta kodu 978 olaraq, yəni avronun kodu göstərilmiş, malların ümumi invoys dəyəri buna uyğun olaraq 11841 avro göstərilmişdir. Eyni zamanda bəyannamənin 20-ci qrafasında 004 kodu, yəni ixrac edilmiş malların dəyərinin bir qisminin əvvəlcədən, digər qsiminin isə sonradan ödəniləcəyi qeyd edilmiş, bəyannamənin 28-ci qrafasında isə cəmiyyətin bank hesabının olduğu bank kimi "xxxx" ASC qeyd edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi cəmiyyət tərəfindən xx.xx.2023-ci il tarixlli **********0903 sorğu nömrəli gömrük bəyannaməsi (buraxılış tarixi xx.xx.2023) ilə ixrac edilmiş 11841,10 avro dəyərində malların 9472,88 avrosu malların ixracından əvvəl cəmiyyətin "xxxx" ASC-də olan hesabına köçürülmşüdür. Bundan başqa protokolu tərtib etmiş əməkdaş məhkəmə iclasında ixracdan sonra həmin mallara görə xx.xx.2023-cü il tarixdə cəmiyyətin "xxxx" ASC-də olan hesabına ümumilikdə 2549,06 avro vəsaitin köçürlməsini təsdiq edərək həmin ödənişi təsdiq edən elektron sistemdən çıxarışları məhkəməyə təqdim etmişdir. Eyni zamanda protokolu tərtib etmiş əməkdaş cəmiyyətin "xxxx" ASC-də olan bank hesabına ixacdan əvvəl köçürülmüş vəsaitlərin onların sistemində gösrsənmədiyini əsası gətirərək nəzərə alınmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 483-cü maddəsi ilə inzibati məsuliyyət xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin gömrük orqanının elektron informasiya sistemində görsənməməsinə görə deyil, həmin xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə yaranır. Qeyd edilənlərdən göründüyü kimi cəmiyyət tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində ixrac edilmiş 11841 avro dəyərində mallara görə 5355,20 avro xx.xx.2023-cü il tarixdə, 4117,68 avro xx.xx.2023-cü il tarixdə, yəni malların ixracından əvvəl cəmiyyətin "xxxx" ASC-də olan hesabına, 2549,06 avro isə həmin malların ixracından sonra cəmiyyətin "xxxx" ASC-də olan hesabına köçürülməklə, ümumilikdə 12021,28 avro vəsait müvəkkil edilmiş bankın hesabına köçürülmüşdür. Bundan başqa 12 iyun 2024-cü il tarixli EP № ******* saylı X5 Protokolda Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli **********0903 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin 10177,98 ABŞ dolları təşkil etməsi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, protokol tərtib edilərəkən səhvliyə yol verilmiş, protokolda cəmiyyətin müvəkkil edilmiş bank hesabına köçürməli olduğu məbləğin valyutasının ABŞ dolları ilə göstərilməsi düzgün olmamışdır. Belə ki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Şəxs MMC (satıcı) ilə Rusiya Federasiyası OOO “Aqentstvo pojaronoqo audita” şirkəti (alıcı) arasında rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixdə 989 saylı müqavilədə, xx.xx.2023-cü il tarixli 2 nömrəli və xx.xx.2023-cü il tarixli 3 nömrəli spesifikasiyalarda, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli invoyslarda, habelə xx.xx.2023-cü il tarixli (buraxılış tarixi xx.xx.2023-cü il olan) **********0903 sorğu nömrəli gömrük bəyannaməsində satılan (ixrac edilən) malların dəyəri avro valyutası ilə göstərilmişdir. İki şirkət arasında rəsmiləşdirilmiş sənədlərdə və aparılmış əməliyyatlarda malların dəyəri avro ilə göstərildiyindən protokol tərtib edilərkən də qaytarılmadığı ehtimal edilən xarici valyuta vəsaiti də avro məzənnəsi ilə göstərilməli idi. Belə ki, protokolu tərtib etmiş əməkdaş tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında cəmiyyətin "xxxx" ASC-də olan bank hesabına vəsaitin köçürülməsini təsdiq edən sənədlər təqdim edilmişdir ki, həmin sənədlərdən xx.xx.2023-cü il tarixdə həmin hesabına köçürülmüş 111151,63 rus rubulu və 144556,93 rus rubulu vəsaitin ilkin olaraq azərbaycan manatına, daha sonra avroya konvertasiya edilərək ((111151,63 RUB x 0,0181/1,8157=1108,03 avro) + (144556,93 RUB x0,0181/57=1441,03 avro)), ümumilikdə 2549,06 avro vəsatin qaytarılması kimi nəzərə alındığı müəyyən olunur. Gömrük orqanı tərəfindən rus rubullu ilə köçürülmüş vəsait qeyd edildiyi kimi ilk öncə azərbaycan manatına, daha sonra avroya konvertasiya edilərək nəzərə alınmasına baxmayayaraq tərtib edilmiş protokolda qayarılmadığı (qalıq qaldığı) göstərilən digər vəsaitin məzənnəsi ABŞ dolları ilə göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən **********0903 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi, yəni xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi vəsait tam şəkildə müvəkkil edilmiş bank hesablarına köçürüldüyündən X5 protokol tərtib edilərəkən həmin səhvə yol verilməsi cəmiyyət barəsində başlanılmış X5 icraata xitam verilməsinə maneə deyildir. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə başlanmış X5 iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X5 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X5 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X5 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X5 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə X5 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli X5 protokola dair inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə başlanmış X5 iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli X5 protokola dair inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə başlanmış X5 iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4006/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4006/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver