Məhkəmə qərarları › İş №3(001)-4007/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4007/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4007/2020 15.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılmağa hazırlayarkən müəyyən etdim: Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar düzgün tərtib olunmamışdır. Ona görə də, həmin protokollar və onlara əlavə edilmiş iş materialları geri qaytarılmalıdır. Belə ki, Binəqədi RPİ-nin 43-cü PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollarda Şəxs inzibati xətanı törətdiyi yer və vaxt göstərilməmişdir. Qanunvericiliyin tələblərinə görə inzibati xətanın törədilmə vaxtı və yerinin müəyyən edilməsi araşdırılmalı və dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki işin aidiyyəti üzrə göndərilməsi və ya baxılması, eləcə də şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amillərin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:... 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;... Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bununla belə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolların İXM-in tələblərinə uyğun tərtib olunmaması və iş üzrə zəruri araşdırmanın aparılmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar