Məhkəmə qərarları › İş №3(001)-4007/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4007/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4007/2023 04.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, X1, Müdafiəçi Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Şəmkir rayonu Dəllər- Cəyir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə işləməyən, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru X7 tərəfindən 04 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-363/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs “Subaru İmpreza” minik markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 3980 (üç min doqquz yüz səksən) manat məbləğində pul alınıb tələbkar X6 ödənilməlidir. Bundan başqa borclu Şəxs 111 (yüz on bir) manat dövlət rüsumu və 250 (iki yüz əlli) manat xidmət haqqı alınıb tələbkar X6 verilməlidir. İcra vərəqəsi 11 aprel 2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və icraata qəbul edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada verilmişdir. Borclu Şəxs icra sənədini lazımınca icra etməmiş, 3841 (üç min səkkiz yüz qırx bir) manat borcu qalmışdır. Məcburi icra tədbirlərinin görülməsi üçün müvafiq orqanlara və banklara sorğular göndərilmiş, lakin borclunun adına hər hansı əmlak və pul vəsaiti aşkar edilməmişdir. Borcluya barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunacağı barədə xəbərdarlıq edilmiş, lakin nəticəsi olmamışdır. Borclunun təkrar izahatı alınmış, borcu tam şəkildə ödəyə bilməyəcəyini bildirdiyindən barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-363/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən ondan “Subaru İmpreza” minik markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 3980 (üç min doqquz yüz səksən) manat məbləğində pul alınıb tələbkar X6 ödənilməlidir. Bundan əlavə ondan 111 (yüz on bir) manat dövlət rüsumu və 250 (iki yüz əlli) manat xidmət haqqı alınıb tələbkar X6 verilməlidir. İcra sənədi üzrə icraata başlama haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. Borcu birdəfəyə və tam şəkildə ödəmək iqtidarında olmadığından xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 100 manat və xx.xx.2023-cü ildə 200 manat olmaqla, ümumilikdə 500 manat ödəniş etmişdir. Bundan əlavə qalan borcun hissə-hissə icra edilməsinə icazə verilməsi üçün Şəmkir Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Çünki, tələbkar hissə-hissə icranı qəbul etməmişdir. İcra sənədinin icrasından yayınmır, qalan borcun hər ay 200 manat olmaqla ödənilməsini həyata keçirəcəkdir. Göstərilənləri nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tələbkar X8 izahatında bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-363/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs “Subaru İmpreza” minik markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 3980 (üç min doqquz yüz səksən) manat məbləğində pul alınıb tələbkar X6 ödənilməlidir. Bundan başqa borclu Şəxs 111 (yüz on bir) manat dövlət rüsumu və 250 (iki yüz əlli) manat xidmət haqqı alınıb tələbkar X6 verilməlidir. Uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədini lazımınca icra etməmişdir. O, hissə-hissə icranı qəbul etmir. Borclu məhkəmədə maddi imkanı olmadığını bildirsə də, bu doğru deyil. Belə ki, borclu kifayət qədər bahalı “Range Rover” minik markalı avtomobil idarə edir, bir neçə ay öncə həmin avtomobili kasko sığorta etdirərək buna görə 4000 manata yaxın vəsait ödəmişdir. Borclunun borcunu tam ödəməyə maddi imkanı çatır, lakin qərəzli olaraq qətnaməni icra etmir. Əmlak mənafelərinin pozulduğunu nəzərə alıb borclunun ciddi tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon icra şöbəsinin icra məmurunun, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəmkir Rayon Məhkəməsinin 2(076)-363/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs “Subaru İmpreza” minik markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 3980 (üç min doqquz yüz səksən) manat məbləğində pul alınıb tələbkar X6 ödənilməlidir. Borclu Şəxs 111 (yüz on bir) manat dövlət rüsumu və 250 (iki yüz əlli) manat xidmət haqqı alınıb tələbkar X6 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-363/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-363/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(001)-639/2023 nömrəli qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-363/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası təmin edilənədək borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Ödəniş qəbzlərinin surətindən görünür ki, borclu Şəxs xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 100 manat və xx.xx.2023-cü ildə 200 manat olmaqla, ümumilikdə 500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu Şəxs sözügedən icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Borclu hissə-hissə icranı təklif etsə də, tələbkar hissə-hissə icranı qəbul etmir və tələbkarın hissə-hissə icradan imtina etməsi qanuna zidd deyil. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-363/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən göründüyü kimi borclu Şəxs maddi zərərə görə 3980 manat, dövlət rüsumuna görə 111 manat, xidmət haqqına görə 250 manat alınıb tələbkar X6 verilməlidir. Başqa, sözlə qətnamənin icra üsulu hissə-hissə ödəniş şəklində deyil. Borclu qətnamənin icrasız qalmasının səbəbini maddi vəziyyətinin aşağı olması ilə əlaqələndirsə də, məhkəmə bunu inandırıcı hesab etmir. Belə ki, Elektron Məhkəmə Sistemi vasitəsilə borclu Şəxs sorğu edilmiş əmlak məlumatlarından görünür ki, onun istifadəsində 2016-cı il buraxılışlı “X12 Rover HSE” minik markalı avtomobil vardır. Həmin avtomobilin mülkiyyətçisi anası X2r. Açıq internet resurslarındakı məlumatlardan görünür ki, 2016-cı il buraxılışlı həmin avtomobillərin dəyəri komplektasiyasından asılı olaraq 55000-70000 ABŞ dolları arasında dəyişir. Verilmiş suallara cavab olaraq borclu Şəxs bildirmişdir ki, sözügedən avtomobili nişanlısı almış və anasının adına rəsmiləşdirmişdir. Təcrübədə borclu şəxslərin icradan yayındırmaq üçün nəqliyyat vasitələrini yaxın qohumlarının adlarına rəsmiləşdirməklə etibarnamə əsasında idarə etmələri, yəni faktiki sahibliyi bu üsulla həyata keçirmələri hallarına sıx rast gəlinir və bu mənada məhkəmə hesab edir ki, sözügedən avtomobili idarə edən şəxsin maddi imkanı olmaması ilə bağlı bildirdikləri inandırıcı deyil. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, “X12 Rover HSE” minik markalı avtomobil bir neçə ay öncə "xxxx" ASC Sığorta Şirkətində kasko sığorta ilə sığortalanmış, müqavilənin tərəfi kimi məhz Şəxs çıxış etmiş, buna görə 4000 manata yaxın vəsait ödənilmişdir. Məhkəmədə tələbkarın bu haqda bildirdikləri borclu Şəxs tərəfindən qismən etiraf edilmişdir (borclu avtomobili idarə etdiyi üçün müqavilənin onun adına rəsmiləşdirildiyini bildirmişdir). Bundan əlavə Elektron Məhkəmə Sistemi vasitəsilə borclu Şəxs sorğu edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, o, 2021-ci ildən 2023-cü ilədək 4 dəfə ölkə sərhəddini keçərək xarici ölkələrə gedişi qeydə alınmış, onlardan biri 2023-cü ilin avqust ayına, yəni sözügedən icra işindən xəbərdar olduğu dövrə təsadüf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-363/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin bugünə kimi icrasız qalması borclu Şəxs ağır maddi vəziyyəti ilə əlaqədar deyil, qərəzindən irəli gəlmişdir. Ona görə də borclunun barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə borclunun xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023cü ildə 100 manat və xx.xx.2023-cü ildə 200 manat olmaqla, ümumilikdə 500 manat ödəniş etməsinin icradan boyun qaçırmadığının göstəricisi olması barədə mövqeyini də əsaslı hesab etmir və qeyd edir ki, həmin ödənişlər tənbeh təhdidi altında (inzibati cərimə və həbsə məruz qalmamaq üçün) icra edilmişdir. Bu mənada borclunun inzibati xəta haqqında protokol tərtibi öncəsi bir günə 200 manat ödəniş etməsi əksinə Şəmkir Rayon Məhkəməsinin 2(076)-363/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinin bugünə kimi icrasız qalmasının məhz borclu Şəxs qərəzli münasibətindən irəli gəldiyini göstərir. Əks yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrində təsbit olunmuş məhkəmənin qəbul etdiyi qərarların icrasının məcburiliyi və icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğu müddəasının pozulması ilə nəticələ bilər. Başqa sözlə, yüksək məbləğdə borcu olan borclunun qətnamənin icra üsulu dəyişdirilmədiyi halda müxtəlif vaxtlarda kiçik məbləğli ödənişlər edərək, bununlada icra sənədinin icrasından boyun qaçırmadığını bildirməsi qərarın təsviri hissəsində sadalanmış məhkəmənin qəbul etdiyi qərarların icrasının məcburiliyindən bəhs edən qanunların məqsədi və təyinatına cavab vermir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs qadın olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, işin halları borclu Şəxs inzibati həbs növündə tənbeh təyin edilməsinə yol verir, lakin onun qadın olması nəzərə alınaraq ona cərimə növündə tənbeh yuxarı həddə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar