Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4017/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindənxx.xx.2022-ci il tarixli EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş qəbul edilmiş xx.xx.2022-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən məhkəməyə ünvanlanmış müddətin bərpası ilə bağlı və şikayətə yaşayış yeri üzrə baxılması ilə bağlı vəsatətlər sonuncu tərəfindən imzalanmadığından geri qaytarılmalıdır. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə əlavə edilmiş müddətin bərpası ilə bağlı və şikayətə yaşayış yeri üzrə baxılması ilə bağlı vəsatətlər imzalanmadığından geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4017/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4017/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver