Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4018/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs nümayəndəsi və vəlkili Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 505-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən **********6552 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 16988,12 AZN (idxal gömrük rüsumu-7070,64 AZN, ƏDV-9757,48 AZN, gömrük yığımı-160,00 AZN) gömrük ödənişi və dəbbə pulu üzrə 1885,68 manat ödəniş ödənilməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndfəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolda göstərilən **********6552 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7070,64 manat idxal gömrük rüsumu, 9757,48 manat əlavə dəyər vergisi, 160,00 manat gömrük yığımı və 1885,68 manat dəbbə pulu cəmiyyət tərəfindən AFB Bank ASC-nin 1 saylı şöbəsində xx.xx.2023cü il tarixdə tam olaraq ödənilmişdir. Həmin ödənişləri təsdiq edən mədaxil qəbzlərinin əslini məhkəməyə təqdim edir. İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeydinə əsasən həmin maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Nümayəndəsi olduğu cəmiyyət tərəfindən protokolda göstərilən gömrük ödənişləri tam şəkildə ödənildiyindən, cəmiyyət barəsində əvvəllər qeyd edilən maddə üzrə inzibati xəta haqqında protokol tərtib edilmədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə xx.xx.2023-cü il tarixdə saat 14:15-də, xx.xx.2023-cü il tarixdə saat 14:30-da, 30.102023-cü il tarixdə saat 14:15-də, xx.xx.2023-cü il tarixdə saat 14:30-da, xx.xx.2023-cü il tarixdə saat 14:30-da baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Bakı Baş Gömrük İdarəsinə məlumat verilməyinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və vəkilinin fikirlərini dinləyib, belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin maddənin qeydinə əsasən xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən **********6552 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 16988,12 AZN (idxal gömrük rüsumu-7070,64 AZN, ƏDV-9757,48 AZN, gömrük yığımı- 160,00 AZN) gömrük ödənişi və dəbbə pulu üzrə 1885,68 manat ödəniş ödənilməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. **********6552 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “MAYAK- MEBEL" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) adına Türkiyədən 53ABK770/53ABL101 nömrəli avtomaşında PTK**********061 nömrəli xx.xx.2023-cü il tarixli invoysla daxil olmuş 150 yerdən ibarət, brutto çəkisi 5145 kq olan mallar **********6552 sorğu nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş, idxal edilmiş malların dəyəri 20500,00 ABŞ dolları olaraq göstərilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan PTK**********061 nömrəli xx.xx.2023-cü il tarixli invoysda yükün dəyərin araşdırılması üçün DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinə 1000-3-33/2-008268/2023 nömrəli xx.xx.2023-cü il tarixli sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq DGK tərəfindən 3-33/2-015153/2023 saylı xx.xx.2023cü il tarixli məktubla BBGİ-yə göndərilən "Türkiye Cumhuriyeti Ticaret X1 və X2 Müdürlüğü"dən alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən PTK**********061 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 20500 ABŞ dolları deyil, 56800 ABŞ dolları olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 1***-*******9 saylı (unikal kod) qəbzlə 9757,48 manat əlavə dəyər vergisi, 1***-*******6 saylı (unikal kod) qəbzlə 7070,64 manat idxal rüsumu, 1***- *******9 saylı (unikal kod) qəbzlə 160,00 manat gömrük yığımı, 1***-*******0 saylı (unikal kod) qəbzlə 1885,68 manat dəbbə pulu **********6552 gömrük bəyannaməsi üzrə Şəxs MMC tərəfindən AFB Bank ASC-nin 1 saylı söbəsində ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" MMC tərəfindən ödənilməkdən yayındırılmış az miqdarda gömrük ödənişləri, yəni 9757,48 manat əlavə dəyər vergisi, 7070,64 manat idxal rüsumu, 160,00 manat gömrük yığımı, olmaqla ümumilikdə 16988,12 manat və həmin məbləğə hesablanmış 1885,68 manat dəbbə pulu xx.xx.2023-cü il tarixdə tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə "az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı Baş Gömrük İdarəsi tərəfindən İXM-in 505-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs tərəfindən ödənilməkdən yayındırılmış ümumilikdə 16988,12 manat gömrük ödənişi hesablanmış 1885,68 manat dəbbə pulu ilə birilikdə tam olaraq ödənildiyindən, cəmiyyət tərəfindən bu əməlin ilk dəfə törədilməsi nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115,128-130 və 505ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4018/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4018/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver