Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4021/2021 25.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X2 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 26.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə müraciət edərək, İXP ******* saylı, 26.10.2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında materialın X9 barəsində inzibati tənbeh tədbiri görülməsi üçün yenidən Binəqədi RPİ-nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, 24.10.2021-ci il tarixdə Binəqədi rayonu ərazisində “X13” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “London Taxi” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, daha sonra Binəqədi Neft şirkətinə məxsus dəmir hasarı aşırdaraq maddi zərər vurmuşdur. Hadisə zamanı şahidləri akt tərtib etmişlər. Hadisədən bir neçə gün sonra "xxxx" ASC-yə məlumat verilmişdir. Şahidlər və "xxxx" ASC-nin əməkdaşı Sığorta Hadisələri Xidmətinin qəza komissarı Şahid iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, hadisəni törədən şəxs kimi X6 şəxsiyyəti müəyyənləşdirilmişdir. O, hadisə yerindən yayınmaq istəyərkən yaxınlıqda işləyən mağaza işçiləri onu görmüş və hadisə yerindən yayınmasının qarşısını almışlar. Bu zaman yoldan keçən DYP avtomobilinə məlumat verərək hadisəni törətmiş şəxsi DYP inspektoruna təqdim etmişlər. Lakin inzibati xəta haqqında iş üzrə icraat aparan Binəqədi rayon DYPŞ Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X11 “X13” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi X5 rəsmiləşdirmişdir. Halbuki həmin vaxt avtomobili idarə edən şəxs X9 olmuşdur. Qeyd olunan fakt növbə rəisi Kərimov Elşən, sürücü Quluzadə Şəhriyar və mərkəzi post mühafizəçisi Babayev Anarın tərtib etdiyi aktla təsdiq olunur. Belə ki, akta əsasən 24.10.2021-ci il tarixdə gecə növbəsində olduqları zaman təxminən saat 01:20 radələrində “X13” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək ofisin dayanacağındakı 2 ədəd dəmir hasarı qırıb dağıtmış və ofisin ərazisinə girərək digər hasarı əzmişdir. Hadisə yerinə DYP avtomobili gəlmiş və hadisəni törədən X1 vəsiqəsi olmadığına görə şəxsiyyət vəsiqəsinin şəklini çəkib götürmüşdür. Qəza törədən avtomobil DYP əməkdaşları tərəfindən Binəqədi cərimə meydançasına aparılmışdır. Həmçinin hadisə şahidi X10 öz izahatında bildirmişdir ki, 24.10.2021-ci il tarixdə Binəqədi rayon ərazisində “X13" markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzaya şahid olmuş və hadisəni törədən şəxsin hadisə yerindən uzaqlaşmaq istədiyini görərək onu saxlamış və yoldan keçən DYP əməkdaşlarına məlumat vermişdir. Hadisəni törədən şəxsin vizual görünüşü arıq, qarayanız, cavan oğlan olmuşdur. Özünü hadisə iştirakçısı kimi qələmə verən X7 izahatında bildirmişdir ki, 24.10.2021-ci il tarixdə Binəqədi rayon ərazisində etibarnamə ilə idarə etdiyi “X13” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ilk öncə “London Taxi” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, daha sonra Binəqədi Neft şirkətinə məxsus dəmir hasarı aşırdaraq maddi zərər vurmuşdur. Hadisə zamanı avtomobildə tək olduğunu və avtomobili 60-70 sürətlə idarə etdiyini bildirmişdir. Avtomobilin hansı sığorta şirkətində sığortalandığını bilmədiyi üçün həmin vaxt məlumat verə bilməmişlər. Hadisədən sonra DYP əməkdaşlarının hadisə yerinə gəldiyini bildirmişdir. “London Taxi” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 izahatında bildirmişdir ki, 24.10.2021-ci il tarixdə təxminən saat 02:00 radələrində Binəqədi rayonu ərazisində “X13” markalı **-VZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun etibarnamə ilə idarə etdiyi “London Taxi” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dayandığı vəziyyətdə arxadan toqquşmuş, daha sonra Binəqədi Neft şirkətinə məxsus dəmir hasarı aşırdaraq maddi zərər vurmuşdur. Bu zaman yoldan keçən DYP əməkdaşları hadisə yerinə yaxınlaşmış və daha sonra mağaza işçiləri ona zəng edərək avtomobilin vurulduğunu xəbər vermişlər. Hadisə yerində olmadığı üçün hadisəni törədən avtomobildə neçə nəfərin olduğunu bilməmişdir. Beləliklə yuxarıda göstərilən sübutlardan belə görünür ki, 24.10.2021-ci il tarixdə Binəqədi rayon ərazisində yol nəqliyyat hadisəsini sürücülük hüququ olmayan X9 törətmişdir. Lakin polis inspektoru qanunsuz və əsasız olaraq bu halı gizlədərək X5 inzibati məsuliyyətə cəlb etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək, məhkəmədən 26.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26.10.2021-ci il tarixli qərarın əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında materialın X9 barəsində inzibati tənbeh tədbiri görülməsi üçün yenidən Binəqədi RPİ-nə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 24.10.2021-ci il tarixli aktdan görünür ki, 24 oktyabr 2021-ci il tarixdə saat 01:20 radələrində **-VZ-*** dövlət qeydiyyat nişanlı “Reno Scenia” markalı avtomobil idarəetməni itirərək ofisin dayanacağındakı 2 ədəd dəmir hasarı qıraraq dağıtmış və ofisin ərazisinə girərək digər hasarı əzmişdir. Hadisə yerinə **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Hadisəni törədən X1 vəsiqəsi olmadığına görə şəxsiyyət vəsiqəsinin şəklini çəkmişlər. 26.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 24.10.2021-ci il tarixdə Binəqədi-Novxanı yolu ərazisində “X13” markalı, **- VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə” görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 26.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 26.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Çünki iş materiallarında olan aktdan və ona əlavə edilmiş fotoşəkildən 24 oktyabr 2021-ci il tarixdə saat 01:20 radələrində **-VZ-*** dövlət qeydiyyat nişanlı “Reno Scenia” markalı avtomobili idarə edərək hadisəni törətmiş şəxsin X6 olması, habelə hadisə zamanı şirkətin əməkdaşları tərəfindən həmin şəxsin saxlanılaraq, DYP əməkdaşına təhvil verilməsi və onun sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir. Lakin aparılmış inzibati xəta haqqında iş üzrə icraat X9 barəsində deyil, X7 barəsində olmuşdur. Qeyd olunan hallar, şikayətdə göstərilən xüsusatlarla, aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyətlərin və şübhələrin olmasına dəlalət edir. Çünki hadisə baş verən zaman hadisəni törəmiş şəxsin X9 olması, lakin səlahiyyətli orqan tərəfindən X4 inzibati qaydada tənbeh olunması habelə tərtib olunmuş həmin aktın nəzərə alınmadan və buna uyğun olaraq hər hansı bir hərəkətlər aparılmadan inzibati tənbeh tədbirinin tətbiq edilməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 26.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 26.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4021/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4021/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver