Məhkəmə qərarları › İş №3(001)-4023/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4023/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4023/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlu, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayətin məzmunundan və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdam rayonu Sarıcalı kəndi ərazisində "xxxx" MMCnin işçiləri X5 və X3 YNH-nə düşərək xəsarət almaları barədə DƏMX-ə məlumat verilməmişdir. X1 Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Hazırki iş üzrə inzibati xəta haqqında şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xətanın törədildiyi yer Nərimanov rayonudur. Çünki, vəzifəli şəxsin barəsində qərar qəbul olunmasına səbəb, onun əmək münasibətlərində qanunla nəzərdə tutulmuş öhdəliyi - istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktı barədə məlumat verilməməsi, yəni üzərinə düşən vəzifəni yerinə yetirməyərək hərəkətsizlik nümayiş etdirməsidir. Qeyd etmək lazımdır ki, əmək müqaviləsinin hüquqi şəxslə (MMC) bağlanıldığı, istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktı barədə məlumat verilməməsi məhz şirkətlə bağlı olduğu halda, vəzifəli şəxs bu funksiyanı hüquqi şəxsin məhz olduğu ünvanda yəni ünvan 1 icra etməli idi, öz şəxsi yaşadığı yer üzrə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 2, BDYP-in üst hissəsi adlanan ünvanı üzrə deyil. Lakin göstərilənlərə baxmayaraq vəzifəli şəxs X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından şikayəti öz yaşadığı ünvan üzrə Binəqədi Rayon Məhkəməsinə vermişdir. Halbuki, inzibati xəta onun hərəkətsizliyi konkret olaraq istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi halı hüquqi şəxsin fəaliyyət yerində baş vermişdir. Vəzifəli şəxsin bu funksiyanı icra etməli olduğu yer hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qısacası, inzibati xəta konkret fiziki hərəkətlə deyil, vəzifəli şəxsin qanunla üzərinə düşən öhdəliyi işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi ilə, yəni hərəkətsizlik formasında törədildiyindən, bu məsuliyyətin icra edilməli olduğu yer hüquqi şəxsin qeydiyyatda və fəaliyyətdə olduğu ünvandır. İnzibati münasibətlərin formalaşdığı və nəticələrinin ortaya çıxdığı yer məhz hüquqi şəxsin hüquqi ünvanı olduğu üçün İXM-də nəzərdə tutulan “inzibati xətanın törədildiyi yer” anlayışı bu halda vəzifəli şəxsin fiziki mövqeyi ilə deyil, hüquqi şəxsin fəaliyyət mərkəzi ilə müəyyən olunmalıdır. Bu səbəbdən, sözügedən şikayətə baxılması səlahiyyəti məhz hüquqi şəxsin qeydiyyatda olduğu məhkəməyə aiddir. Ona görə də hesab edirəm ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar