Məhkəmə qərarları › İş №3(001)-4028/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4028/2022

28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4028/2022 28.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi X1 iclas katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 496.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-2452/22 saylı, 22 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Gürcüstan Respublikasından idxal olunan dərman vasitələri olan mallar müvafiq icra hakimiyyəti oqranın idxala rəyinin çatışmaması səbəbilə xx.xx.2022-ci il tarixli, **********7361 sorğu nömrəli gömrük bəyannaməsi ilə 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişir.Lakin malların öhdəlik müdəti xx.xx.2022-ci il tarixində bitsə də, şəxs tərəfindən bu malların digər gömrük proseduru altında yerləşdirilməsi barədə gömrük orqanına heç bir müraciət daxil olmuşdur.Araşdırma zamanı Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatı alınmış, o, izahatında şirkətin ünvanına 99VP264/99ZH264 nömrəli nəqliyyat vasitəsilə gətirilmiş “dərman vasitələri” yükləri **********7361 sorğu nömrəli gömrük bəyannaməsi ilə saxlanca qoyulduğunu, saxlanca qoyma səbəbinin yüklərin rəsmiləşdirilməsi zamanı statistik dəfər qalxdığına görə maliyyə imkanlarının kifayət etməməsi olduğunu, sonra isə malların xx.xx.2022-ci il tarixdə **********6609 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyini bildirmişdir. Şəxs tərəfindən **********7361 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə mallarınn saxlanc müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, malların digər prosedur altında yerləşdirilməsi xx.xx.2022-ci il tarixdə həyata keçirildiyindən, saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinin tələbləri pozulmuşdur.Ona görə də, xx.xx.2022-ci il tarixli, 00100-2452/2022 saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə kİ, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 00100-2452/2022 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Gürcüstan Respublikasından idxal olunan dərman vasitələri olan mallar müvafiq icra hakimiyyəti oqranın idxala rəyinin çatışmaması səbəbilə xx.xx.2022-ci il tarixli, **********7361 sorğu nömrəli gömrük bəyannaməsi ilə 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişir.Lakin malların öhdəlik müdəti xx.xx.2022-ci il tarixində bitsə də, şəxs tərəfindən bu malların digər gömrük proseduru altında yerləşdirilməsi barədə gömrük orqanına heç bir müraciət daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən **********7361 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə mallarınn saxlanc müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, malların digər prosedur altında yerləşdirilməsi xx.xx.2022-ci il tarixdə həyata keçirildiyindən, saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir.Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar