Məhkəmə qərarları › İş №3(001)-4032/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4032/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4032/2024 08.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialı nəzərdən keçirərək müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə portalından çıxarılmış şəxsi məlumatlardan görünür ki, Şəxs Tovuz rayonu, Yuxarı Öysüzlü ərazi dairəsi, Yuxarı Öysüzlü kəndində qeydiyyatdadır. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta Şəxs qeydiyyatda olduğu Tovuz rayonu ərazisində baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Belə olan halda, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş inzibati xəta haqqında material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməli idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 110, 112 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar