Məhkəmə qərarları › İş №3(001)-4033/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4033/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4033/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Şəxs nümayəndəsi “Fortiori” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Laçın rayon prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Laçın rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2025ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında Laçın rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X2 bildirmişdir ki, material üzrə Şahid3 ərizə ilə Ağstafa rayon prokurorluğuna müraciət etmişdir. Şəxs ərizəsində göstərmişdir ki, Şəxs tərəfindən işlədiyi müddət ərzində ona əmək haqqı ödənilməmişdir. Həmin material Ağstafa rayon prokurorluğundan aidiyyəti üzrə Laçın rayon prokurorluğuna göndərilmişdir. Laçın rayon prokurorluğunda araşdırma aparılan müddət ərzində Şahid3 əmək haqqısı ödənilmiş, lakin sonuncunun işlədiyi dövr ərzində şirkətlə onun arasında əmək müqaviləsinin olmaması faktı aşkar edilmişdir. Həmin fakt üzrə inzibati icraat haqqında material ayrılmış və Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, tarixi dəqiq xatırlamır, lakin səhv etmirsə şəxs Ağstafa rayon prokurorluğuna fevral ayında müraciət etmişdir. Şəxsin izahatı təxminən fevral-mart ayında alınmışdır. İlin may ayında inzibati icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar isə təxminən aprel-may ayında qəbul olunmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, adı keçən şəxslərin hamısı Laçın rayonu ərazisində işləmişlər. Həmin şəxslərin sənəd işlərindən anlayışı yoxdur. Düzdür şirkətin adı ilə bağlı ifadələrdə səhvlik getmişdir, gərək dəqiqləşdirici suallar veriləydi, ancaq dediyi kimi şahidlər nə demişlərsə onu da yazmışlar. İfadələri dəyişə bilməzlər. Çalışanlar şirkətin adını səhv demişlər, amma reallıqda onlar hamısıŞəxs işçiləri olmuşlar. Buna dair əmək müqavilələrindən portal çıxarışları da vardır. Sonda onu da bildirmişdir ki, inzibati icraat Şəxs barəsində aparılmış və xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə icraat başlanılaraq məhkəməyə təqdim edilmişdir.

3. Məhkəmə iclasında Şəxs nümayəndəsi “Fortiori” Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, materialda izahatı alınmış şəxslər təmsil etdiyi müəssisədə deyil, başqa müəssisədə çalışdıqlarını bildirmişlər. Hazırda toplanmış materiallar üzrə subyekt onlar deyil, başqa şirkətdir. Ona görə də, hesab edirlər ki, həmin hal iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Bundan əlavə, qarşı tərəfə sual verən zaman məlum olmuşdur ki, həmin fakt fevral ayında aşkarlanmış, lakin icraata başlamaq haqqında qərar may ayında qəbul olunmuşdur. Həmkarı qeyd etmişdir ki, cinayət əməlinin əlamətlərinin olub-olmaması ilə bağlı araşdırma aparılmış və rədd qərarı qəbul olunmuşdur. İXM-in 54.4-cü maddəsinə əsasən fakt aşkar edildikdən sonra nəzərdə tutulmuş müddət keçmişdir. Hesab edirlər ki, qeyd olunan pozuntulara görə və subyekt tərkibi mövcud olmadığına görə inzibati iş üzrə icraata xitam verilməlidir. Ötən məhkəmə iclasına Laçın Rayon Prokurorluğunun nümayəndəsinin icraata alınmış şəxslərin izahatlarındakı ziddiyyətlərlə bağlı məhkəmə tərəfindən nümayəndəyə haqlı suallar ünvanlanmış və Prokurorluğun nümayəndəsi həmin suallara ətraflı şəkildə cavab verə bilməmişdir. Bundan əlavə nümayəndədən məhkəmənin sadaladığı sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunmuş və həmin sənədlər nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuşdur. Onlar da həmin sənədlərlə tanış olmuşlar. Prokurorluq qərar qəbul edilməsi üçün 15 günlük müddəti ötürmüşdür. Prokurorluq 15 gün ərzində iş üzrə icraata başlamamışdır. Hesab edirik ki, şahid qismində izahatı alınmış Şahid3 bu izahatı yazmamış, nə də oxumamış, sadəcə olaraq qol çəkmişdir. Bundan əlavə qərarda şahidlərin izahatlarına istinad olunmuşdur. Bununla belə dünənki məhkəmə iclasında görünmüşdür ki, şahidlər həmin izahatları təsdiq etmirlər, əksinə inkar edirlər. İyul ayından sonra Şahid3 müəssisədə işləmədiyini bildirmişlər. Ondan əlavə qeyd ediləmlidir ki, Şahid3 cəmiyyətlə 09 iyuldan 16 iyul tarixədək əmək müqaviləsi olmuşdur. Dünən şahidlər də öz izahatlarında qeyd etmişlər ki, Şahid3 təqribən 5-10 gün müddətdə işləmişdir. Daha sonra ailəvi problem ilə əlaqədar işdən ayrılmış və işə getməmişdir. Bundan başqa, prokuroluqda alınmış şahid izahatlarının hamısı kopayalanıb yapışdırılmış, məzmunu eynidir. İnzibati xətaya dair icraat üzrə iş materiallarına nəzər yetirən zaman isə görünür ki, əslində icraat hazırda barəsində icraat aparılan şəxs deyil, AZR biznes MMC barəsində aparılır. Hadı Məmmədov da həmin müəssisənin direktorudur. Görünən odur ki, prokurorluq hansı müəssisə barəsində icraat apardığını ya tam başa düşməmiş, ya da səhv salmışdır. Bir müəssisə barəsində icraat aparmış, başqa müəssisə barəsində qərar qəbul etmişdir. Sonda nümayəndə bildirmişdir ki, prokurorluq tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli qərar əsassızdır. Qərarda istinad olunan inzibati xəta əməlinin törədilməsi iş materialları ilə sübuta yetirilmir. Bu səbəbdən də inzibati xətaya dair icraata xitam verilməlidir.

4. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid3 bildirmişdir ki, o, Laçında işləmişdir. Hansı şirkətdə işlədiyini bilməmiş, çünki 14 gün bir işləmiş, sonra qızını ilan vurmuş qayıtdıqdan sonra da ayrıca işləmişdir. Hansı ayda işləməsi yadında deyil, lakin 2024-cü ilin yay ayları olardı. Birinci dəfə işlədikdən sonra qızını ilan vurduğundan işdən çıxmış, sonradan isə işə geri qayıtmışdır. Ağstafada yaşadığına görə, Ağstafa rayon prokurorluğuna müraciətini təqdim etmiş, oradan da müraciəti Laçın rayon prokurorluğuna göndərilmişdir. İfadəsində 1500 manat əməkhaqqı qeyd etmişdir. Pulu sonradan Zamiq müəllim tərəfindən verilmişdir. Zamiq müəllim şirkətin müdiri olmuşdur. İşi müvəqqəti olmamış aylıq maaşlı iş olmuşdur. Hadı orada sahə rəisi, direktor müavini olmuş, o da onunla danışmışdır. Hazırda şikayəti yoxdur, ərizəsini götürmüşdür. Çünki prokurorluq tərəfindən pulu alınaraq ona verilmişdir. Daha sonra ifadəsinə davam edərək bildirmişdir ki, başı qarışıq olmuş, atası xəstə olmuş, sonra da qızını ilan vurmuşdur. Ona görə də, əmək haqqını almayanların neçə nəfər olmasından məlumatı yoxdur. İşlədiyi müddətdə əmək müqaviləsi olmamışdır. Cəlil müəllim onu işə düzəltmişdir. Orada işləyənlər vasitəsilə Cəlil müəllimlə tanış olmuşdur. O, qaynaqçı kimi işləmişdir. Şirkət qum, daş, çınqıl işinə baxmışdır. Qızını ilan vurmuş, Ağstafaya getmiş, sonra yenidən Laçına gəlmiş, orada işlədikdən sonra yenidən evinə qayıtmışdır. İzahatı alınmış və prokurorluqda yazılmışdır. Ümumiyyətlə hansı şirkətdə işlədiyini bilmir. Savadı olmadığı üçün, yazıboxuya bilmir. O, şikayəti Ağstafa rayon prokurorluğuna vermiş, oradan isə şikayətini Laçın rayon prokurorluğuna göndərmişlər. Savadsız olduğunu harada işlədiyini bilmədiyini bildirən Şahid3 sonda pulu ödənilmədiyi üçün şikayətçi olduğunu bildirmişdir.

5. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid2 bildirmişdir ki, həmin müddətdə Laçında AZR-R-də işləmişdir. Şirkətin adının nə olmasını tam bilmir. Halhazırda da orda işləyir. Şirkətin adının nə olması ilə maraqlanmamışdır. Şahid3 bir müddət onunla işləmiş, sonra bir gün işə gedəndə demişlər ki, Fərhad getmişdir. Fərhad onların şirkətində işə düzəlmiş, orada bir az işlədikdən sonra çıxıb getmiş, səhər olan hadisəni günorta bilmişdir. O, operator işləmiş, qaynaqçı xahiş etdiklərindən həmin vəzifəyə Fərhadı gətirmişlər. İşdən çıxdıqdan sonra nə baş verdiyini bilməmişdir. Təxminən 1 il olar ki, AZR-də operator kimi işləyir. Onlara müdiriyyət qaynaqçı lazım olduğunu demiş, onlar da bir nəfərin olduğunu deyib həmin şəxsi göndərmişlər. Xeyli vaxt keçdiyindən bunun nə vaxt olmasını xatırlamır. Fərhadın ailəsində problem olduğunu, uşağını ilan vurduğunu demişlər. Prokurorluqdakı izahatı oxumamışdır, çünki oxuya bilmir. İzahatı ucadan oxunmamış, onu Musa oxumuşdur. Çünki içərilərində ancaq yazıb-oxumağı Musa bilmişdir. Fərhadla şirkət arasında nə isə pul söhbəti olmuşdur. Prokurorluqda ondan bu barədə heç nə soruşmamışlar. İşə davamiyyət tabelinin nə olmasını bilmədiyini, ancaq təhlükəsizliyə qarşı işdə nəyə isə qol çəkdiklərini, orada da kimin imzasının olubolmadığına bilmədiyini ifadəsinə əlavə etmişdir. Onların müqaviləsi olmuş və 400 manat maaş almışlar. O, operator işləmiş, Fərthad isə qaynaqçı olmuşdur. Ona verilən suala cavab olaraq bildirmişdir ki, Fərhadla əvvəl harda işləmişdirsə hal-hazırda da eyni yerdə işləyir.

6. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid1 bildirmişdir ki, o, AZR Buisnessdə işləmişdir. Müqaviləsi də vardır. Hal-hazırda AZR Buisnessdə işçidir. Elə Fərhadla da birgə o şirkətdə işləmişlər. Sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, ola bilər ki, şirkətin adını səhv deyə bilər, bəlkə də AZR Buisness deyildir. Amma 1 ildən çoxdur ki, orada işləyir. Şirkətin adı nədir konkret deyə bilməz, ola bilər ki, səhv salır. Fərhadı kəndçiləri kimi tanımışdır. Ona belə bir iş olduğunu təklif etmişdir. Bundan sonra Fərhad özü müdiriyyətlə danışmışdır. Fərhadı öz işlədiyi yerə düzəltmişdir. Fərhad qaynaqçı kimi işə düzəlmişdir. Onun maaşını bilməmişdir. Özü fəhlə kimi 400 manat maaş almışdır. Prokurorluqda ifadəsini oxumuş, amma tələsik oxuduğundan baş çıxara bilməmişdir. Şahid3 narahatçılığı bildiyi qədəri ilə pula görə olmuş, amma nə haqqhesab olub bilməmişdir. Özünün aylığında isə heç vaxt gecikmə olmamışdır. Onu prokurorluğa çağıranın adını bilmədiyini, telefonla iki dəfə bu məsələ ilə bağlı çağırıldığını ifadəsinə əlavə etmişdir. Prokurorluq Ağcabədi rayonunda olmuş, lakin hansı prokurorluqdu onu da bilmir. Fərhad təxminən 1 həftə, 10 gün işləmişdir. Sonra Fərhadın uşağını ilan vurmuş o da işə gəlməmişdir. O, elə bilir. Fərhad orada işlədiyi dövrdə onunla əmək müqaviləsi bağlanmışdır. Fərhadın hansı ay işə girməsindən məlumatı olmamışdır. Xatırladığı qədəri ilə Fərhadın işlədiyi dövr yay ayları olmalı idi. Bağlanılan əmək müqaviləsinin müddətli və yaxud müddətsiz olmasından da məlumatlı deyildir. Sonda ona verilən suala cavab olaraq bildirmişdir ki, mübahisə yaranan vaxt Fərhadla harada işləyirdisə indi də eyni şirkətdə işləyir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

7. Laçın rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, hüquqi şəxs Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır.

8. Laçın rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şahid3 ilə Şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixədək qüvvədə qalmasına baxmayaraq, Şahid3 işəgötürən tərəfindən faktiki olaraq xx.xx.2024-cü il tarixədək qaynaqçı kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə toplanmış 06C-25 nömrəli material üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılması məsələsinə baxılması üçün material ayrılaraq prokurora təqdim edilmişdir.

9. “Elektron prokurorluq” İnformasiya Sistemindən çıxarılmış əmək müqaviləsi məlumatlarından görünür ki, Şahid3 ilə Şəxs arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixədək bağlanılmışdır. Həmçinin məlumatdan müəyyən edilmişdir ki, Şahid2 və Şahid1 ilə Şəxs arasında olan sonuncu əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə bağlanmış və hazırkı vaxtadək qüvvədədir. Məhkəmənin əsaslandırması və mövqeyi:

10. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və cəmiyyətin əməli düzgün olaraq həmin Məcəllənin 192.1-ci maddəsi ilə tövsif edilmişdir.

11. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

12. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

15. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

16. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Şahid3 izahatında əvvəlcə 14 gün, daha sonra isə əlavə olaraq eyni şirkətdə işlədiyini bildirmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş “Elektron prokurorluq” İnformasiya Sistemindən çıxarılmış əmək müqaviləsi məlumatından müəyyən edilmişdir ki, Şahid3 ilə Şəxs arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixədək, yəni 7 gün müddətində bağlanılmışdır. Belə olan halda aydın olur ki, Şahid3 sonradan Şəxs tərəfindən əmək müqaviləsi bağlanmadan qaynaqçı kimi işlərə cəlb edilmişdir. Həmin hal yalnız Şahid3 izahatı ilə deyil iş üzrə şahid qismində məhkəməyə dəvət edilmiş Şahid1 və Şahid2 izahatları ilə də öz təsdiqini tapmışdır. Belə ki, Şəxs nümayəndəsi “Fortiori” Vəkil Bürosunun vəkili Nümayəndə əsas arqument kimi onu bildirmişdir ki, izahatı alınan şahidlər, o cümlədən Şahid3 bildirmişlər ki, onlar Şəxs MMC-nin deyil “AZR-R Business” in işçiləridir. Bu səbəbdən də hesab edirlər ki, inzibati icraat səhvən maraqlarını müdafiə etdiyi hüquqi şəxsin barəsində aparılmışdır. Lakin məhkəmə qeyd edilən ziddiyyətli halın aradan qaldırılması məqsədilə öz təşəbbüsü ilə iş üzrə ifadələri alınmış şəxsləri məhkəmədə şahid qismində dindirmiş, bu zaman məlum olmuşdur ki, nə Şahid1, nə Şahid2, nə də Şahid3 işlədikləri şirkətlərin adlarını bilmirlər. Onlardan Şahid2 və Şahid3 isə ümumiyyətlə yazıb-oxumağı bilmir. Məhkəmə bildirmək istəyir ki, qeyd edilən hal məhkəmə praktikasında dəfələrlə yaşanmışdır. Belə ki, fəhlə kimi işə cəlb edilən işçilərlə əmək müqaviləsi bağlansa da, bağlanmasa da çox vaxt onlar hansı şirkətdə işlədiklərindən xəbərdar olmur, yalnız onları işə dəvət edənləri tanıyırlar. Belə olduğu halda məhkəmə ədalətli qərar qəbulu üçün tərəflərin dindirilməsini zəruri hesab etmişdir. Məhkəmə araşdırılması zamanı izahatları alınan Şahid1, Şahid2 bildirmişlər ki, Şahid3ı kəndçiləri kimi tanımış, MMC tərəfindən qaynaqçı axtarıldıqda isə onu işə cəlb etmişlər. Belə ki, çalışdıqları şirkətdə onlara qaynaqçı axtardıqlarını demişlər. Onlar da bu işi Şahid3 təklif etmişlər, Fərhad isə təkilflə razılaşmışdır. Məhkəmədə şahidlərə verilən suala cavab olaraq şahidlər bildirmişlər ki, onlar işlədikləri şirkətin adını tam bilməsələr də əvvəldən hansı şirkətdə işləyimişlərsə, elə hal-hazırda da həmin şirkətdə işləyirlər. Məhkəməyə prokurorluq tərəfindən təqdim edilmiş “Elektron prokurorluq” İnformasiya Sistemindən çıxarılmış əmək müqaviləsi məlumatlarından isə müəyyən edilmişdir ki, Şahid1, Şahid2 hər ikisi Şəxsndə işləmiş və hal-hazırda da Şəxs ilə aralarında xx.xx.2025-ci il tarixdə bağlanmış və hazırkı vaxtadək qüvvədə olan əmək müqaviləsi mövcuddur. Şikayətçi Şahid3 isə xx.xx.2024-cü il tarixdən xx.xx.20240-cü il tarixinədək Şəxsndə işləmiş, sonradan qızını ilan vurmuş işdən ayrılmış, öz ifadəsinə görə yenidən işə qayıtmış və bu zaman işlədiyi günlərə görə ona əmək haqqı verilməmişdir. Elə bu əsasla da o, şikayət etmişdir. Lakin inzibati icraat dövründə onun ödənilməyən əmək haqqısı geri qaytarılsa da prokurorluq tərəfindən müəyyən edilmişdir ki, MMC onunla əmək müqaviləsi bağlamamışdır. Şahidlər öz ifadələri ilə Fərhadın ailəsində yarandığı problemi bildiklərini təsdiqləmişlər. Lakin sonradan olan mübahisənin ancaq əmək haqqı ilə bağlı yarandığını bildiklərini, Şahid3 geri qayıdaraq nə qədər MMC-də işlədiklərindən xəbərsiz olduqlarını bildirmişlər. Məhkəmə iclas zalında MMC-nin nümayəndəsi şahidlərə sual vermişdir ki, onlar ümumiyyətlə tabel və texniki təhlükəsizlik sənədlərinə qol çəkmişlər? Şahidlər isə bu terminlərin nə olduqlarını bilmədiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, yazıboxumağı bacarmayan şəxsin bu termini bilməməsində təəccüblü bir hal yoxdur. Prokurorluq tərəfindən o terminlərdən istifadə edilməsi isə qanunauyğundur. Çünki sənədləşmələr rəsmi dildə, terminalogiyadan istifadə edilməklə tərtib edilməlidir. Məhkəmə iclas zalında şahidlərdən biri Şahid2 isə bildirmişdir ki, onlar təhlükəsizliklə bağlı hansısa sənədlərə qol çəkmişlər. Prokurorluq apardığı araşdırma zamanı bu tabelləri əldə etmiş və bu zaman müəyyən edilmişdir ki, Şahid3 həm iyul, həm də avqust ayında təhlükəsizlik qaydaları ilə tanışlıq tabelinə qol çəkmişdir. Bundan başqa Şahid3 əmək haqqı tabelində iyul, avqust, sentyabr aylarında günlər yazıldığı müəyyən edilmişdir. Burdan da belə qənaətə gəlmək olur ki, Şahid3 həm məhkəmədə, həm də prokurorluqda verdiyi ifadələr öz təsdiqini tapır. Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən icraatın “AZ-R Business” barəsində aparılmalı olmasına dair gətirdiyi bir digər arqument isə ifadəsi alınan X1 Şəxs MMC-nin deyil, “AZ-R Business”in direktoru olmasıdır. Məhkəmə bu əsasa münasibətdə isə bildirmək istəyir ki, X1 “Elektron prokurorluq” İnformasiya Sistemindən çıxarılmış əmək müqaviləsi məlumatından görünür ki, o fasilələrlə hər iki MMC-də məsul vəzifələrdə çalışmışdır. X1 zaman-zaman hər iki şirkətdə çalışması və iki şirkətin ad oxşarlığı isə onların bir-birlərinə bağlı şirkət olmasını da istisna etmir. Onu da qeyd edmək lazımdır ki, məhkəmə iclas zalında ifadə verərkən Şahid3 da X8 adlı şəxs vasitəsilə tanıdığını və Əliyev Hadının direktor müavini olduğunu bildirmişdir. Hansı ki, X1 əmək müqaviləsindən çıxarışdan da görünür ki, doğurdan da o müəyyən vaxtlarda Şəxs MMCdə direktor müavini olmuş, hal-hazırda da bu vəzifədə çalışır. Bundan başqa Şəxs MMCnin nümayəndəsi məhkəmə iclas zalında bildirmişdir ki, ifadəsi alınacaq şəxs X3 deyil, X4r, çünki X5 Şəxs MMC-nin rəhbər vəzifəli şəxsidir. Məhkəmə bildirmək istəyir ki, Laçın Rayon Prokurorluğunda aparılan araşdırma zamanı xx.xx.2025-ci il tarixində X5 ilə əlaqə saxlanılmış, lakin o prokurorluğa gəlməkdən və izahat verməkdən imtina etmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin İXM-in 54.4-cü maddəsinə əsasən fakt aşkar edildikdən sonra nəzərdə tutulmuş müddət keçməsi əsası ilə iş üzrə icaata xitam verilməlidir əsasına münasibətdə isə bildirmək istəyir ki, İXM-in 54.4-cü maddəsinin birinci cümləsinə əsasən prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Laçın Rayon Prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixində isə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. İXM-in 114.2-ci maddəsi inzibati işlər üzrə icraata xitam vermənin əsaslarını müəyyən etmiş və bu siyahı konkret olmaqla, İXM-in 54.4-cü maddəsinin tələblərinin pozulması əsası ilə iş üzrə icraata xitam verməni özündə əks etdirmir.

17. Beləliklə, məhkəmə bildirmək istəyir ki, məhkəmə iclasında izahatları alınmış Şahid3 və yuxarıda adı qeyd edilən digər şəxslərin işlədikləri şirkətin adını bilməmələri və digər amillər inzibati xəta haqqında iş üzrə ziddiyyətli hal sayıla bilməz. Çünki adı keçən şəxslər istər Laçın rayon prokurorluğunda, istərsə də məhkəmə iclasında verdikləri izahatlarında Şahid3 onlarla bir eyni şirkətdə işlədiyini bildirmələri səalhiyyətli orqan tərəfindən qəbul edilmiş qərarın əsaslılığına dəlalət edir.

18. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

19. Qeyd olunanlara əsasən məhkəmə, Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu məhz Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.

20. Qeyd edilməlidir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.

21. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir.

22. Həmçinin məhkəmə Şəxsnə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

23. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

24. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik törətmiş) şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

25. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

26. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

27. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.

28. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

29. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

30. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

31. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

32. İXM-in 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsaslarından biri də inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsidir.

33. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraatın yekununda məhkəmə tərəfindən şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıra biləcək qərar qəbul oluna bilər. Həmin qərarda hakim tərəfindən şəxsin hansı inzibati xəta törətməsi müəyyən edilməli, müvafiq inzibati tənbeh tədbiri (inzibati cəza) seçilərək, bunun hüquqi nəticələri öz əksini tapmalıdır.

34. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

35. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar