Məhkəmə qərarları › İş №3(001)-4034/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4034/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4034/2025 03.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin 1-ci X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətin və müddət bərpasına dair vəsatətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin 1-ci X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət və müddət bərpasına dair vəsatət daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş vəsatəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət və vəsatət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, şikayət X2 tərəfindən imzalanmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132 maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin 1-ci X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Sədrlik edən Elçin Ağayev “Düzdür”: Hakim: Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar