Məhkəmə qərarları › İş №3(001)-4036/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4036/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4036/2023 24.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rünhan qızının iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rünhan qızı barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rünhan qızı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, 6-cı mkr., Qərb hissə ünvanda yerləşən “Sun Kids” uşaq bağçasında lisenziya tələb olunduğu halda, belə lisenziya olmadan məktəbəqədər təhsil fəaliyyəti ilə məşğul olması müəyyən edildi. Aparılan araşdırma zamanı fərdi sahibkarın əldə etdiyi gəlirin 150 manat təşkil etdiyi müəyyən edildi. Bu əməli ilə o, İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən hüquqi şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Rünhan qızının İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Rünhan qızı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, 6-cı mkr., Qərb hissə ünvanda yerləşən “Sun Kids” uşaq bağçasında lisenziya tələb olunduğu halda, belə lisenziya olmadan məktəbəqədər təhsil fəaliyyəti ilə məşğul olması müəyyən edildi. Aparılan araşdırma zamanı fərdi sahibkarın əldə etdiyi gəlirin 150 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 000696 seriya nömrəli aktın surətindən görünür ki, Şəxs Rünhan qızı məktəbəqədər təhsil fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Həmin aktda vergi ödəyicisinə fəaliyyət növü ilə əlaqədar xüsusi razılığın alınması üçün aidiyyatı orqana müraciət etməsinin təklif edildiyi göstərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halalrın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Rünhan qızı İXM-nin 398-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində əldə etdiyi gəlirin iki misli miqdarında cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Rünhan qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinsin və vurulmuş ziyanın iki misli, yəni 300 (üç) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar