Məhkəmə qərarları › İş №3(001)-4036/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4036/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4036/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin böyük məsləhətçisi X9 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 30 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsasında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 30 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Prokurorunun 24-1-2-2/310- 1121 İXM-24-24 nömrəli material üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və toplanmış materialın qərarla birlikdə vəzifəli şəxsin əarəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə göndərilməsi qərara alınmışdır. Eyni zamanda Binəqədi Rayon Prokurorunun 24-1-2-2/310-1121 İXM-24-24 nömrəli material üzrə qəbul etdiyi xx.xx.2024cıı il tarixli qərarı ilə hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibti xəta haqqında iş üzrə icraat başlanılmış, daha sonra həmin material baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qərar olunla əsaslandırılmışdır ki, vəzifəli şəxs "xxxx" MTK-nın sədri X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X3nu 2024-cü ilədək 10 il müddətində MTK-da mühafizəçi kimi işlədərək İXM-nin 192.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4159/2024 saylı qərarı ilə Binəqədi rayon Prokurorluğu tərəfindən "Qızıl Açar” MTK barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara dair "xxxx" MTK-nın əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəsini almışdır. Məhkəmə qərarını bununla əsaslandırmışdır ki, "xxxx" MTK-nın sədri X6 tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış arayışda "xxxx" MTK-nın 2005-ci ildən fəaliyyətini dayandırdığı bildirilmişdir. "xxxx" MTK-nın fəaliyyəti olmadığına görə bank hesabları da aktiv və mövcud deyil. "Qızıl Açar” MTK-nın 2005-ci ildən hal-hazıradək heç bir işçisi, o cümlədən X3 adlı işçisi olmamışdır və hazırda da yoxdur. Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən "Qızıl Açar” MTK-ya ünvanlanmış 3-21-2-4/2-10564/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "Qızıl Açar” MTK-nın bank hesabının olması barədə məlumat müəyyən edilməmişdir. X3 tərəfindən hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar, onun xeyrinə işlərin görülməsinə, xidmətlərin göstərilməsinə cəlb edilməsi sübuta yetirilməmiş, bu faktı təsdiq edən hallar inzibati orqan tərəfindən araşdırılmamış və adı çəkilən şəxslərin əmək müqaviləsi bağlanmadan əməyə cəlb edilməsini təsdiq edən sübutlar sonuncu tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki. baxılan iş üzrə "Qızıl Açar” MTK-nın əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin gəldiyi nəticə şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə X2 "Qızıl Açar” MTK-da işləmədiyi "Qızıl Açar” MTK və onun direktoru X6 tərəfindən inzibati xəta hadisəsi törədilmədiyi öz təsdiqini tapmışdır. Lakin X10 tərəfindən xx.xx.2025-ci il tarixli məktubu xx.xx.2025-ci ildə poçt vasitəsilə ona göndərilərkən barəsində xx.xx.2024cü il tarixli inzibati tənbehvermə haqqında qərar çıxarıldığını bildirmişdir. Məktubun qoşmasında qərar göstərilsə də, qərar ona rəsmi təqdim olunmamışdır. İcra məmurundan o qərarı qeyri-rəsmi "Whatsapp” vasitəsilə xx.xx.2025- ci ildə əldə etmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarla X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X6 barəsində eyni hadisəyə görə əsassız olaraq AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar onunla əsaslandılmışdır ki, "xxxx" MTK-nın qanuni təmsilçisi X6 tərəfindən X3 AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2014-cü il tarixindən xx.xx.2024-cü il tarixədək mühafizəçi peşəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd edir ki, sözügedən qərar ona rəsmi qaydada təqdim edilməmiş, belə bir qərarın qəbul edilməsindən bugünədək xəbəri olmamış, yalnız icra məmurunun sözügedən qərarın mövcudluğu barədə telefon zəngi ilə xx.xx.2025-ci il tarixdə məlumat verməsindən sonra xəbəri olmuşdur. Hesab edir ki, yuxarıda qeyd olunanlar əsassızdır, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilkin olaraq bildirir ki, barəsində ilkin olaraq inzibati xəta haqqında iş başlanmış "xxxx" MTK və MTKnın Nizamnaməsi 20 oktyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində dövlət qeydiyyatına alınmışdır. "xxxx" MTK-nın təsis edilməsi və dövət qeydiyyatına alınmasında məqsəd MTK-nın çoxmənzilli yaşayış binalarının inşa edilməsi olmuşdur. MTK-nın Nizamnaməsinin 2.1-ci maddəsində də Kooperativin fəaliyyətinin məzmunu - Kooperativ üzvlərinin səy və resurslarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsində tələbatını dəməkdən ibarətdir. Bildirir ki, "xxxx" MTK, özünün Nizamnaməsində nəzərdə tutulan məqsədinə çatmışdır. Kooperativ Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 34 ünvanında inşasını başladığı çoxmənzilli yaşayış binasının tikintisin 2000-ci ildə başa çatdırmışdır. Bundan sonra MTK-nın inşa etdiyi həmin yaşayış binasındakı mənzillər və qeyri-yaşayış sahələri Kooperativin payçıları olan üzvlərinə müqavilələr əsasında təhvil verilmişdir. 2005-ci ildən sonra "xxxx" MTK öz fəaliyyətini dayandırmış, bu barədə yazılı ərizə ilə Vergi Xidmətinə müraciət etmişdir. Həmin vaxtdan bu günədək "xxxx" MTK fəaliyyət göstərmədiyinə, hər hansı tikinti işləri aparmadığına görə, təbii ki, işçisi də olmamışdır. "xxxx" MTK-nın əsas fəaliyyət sahəsi - çoxmənzilli yaşayış binalarının inşa olunmasıdır ki, o da 2000-ci ildə Nizamnaməsində göstərilən həmin məqsədə çatmış, tikinti işlərini yekunlaşdırmışdır. 2005-ci ildən isə ümumiyyətlə isə hətta bank əməliyyatlarını da dayandırmış və fəaliyyətinin dayandırılması barədə ərizə ilə Vergi Xidmətinə məlumat da vermişdir. "xxxx" MTK-nın Bakı şəhəri, Binəqədi rayou. Cəfər Xəndan 34 ünvanda inşa etdiyi çoxmənzilli yaşayış binasında Kooperativə məxsus hər hansı əmlak (mənzil, qeyri-yaşayış sahəsi) yoxdur. Belə olan halda Kooperativin və Kooperativin qanuni təmsilçisi X4 hər hansı bir şəxslə, o cümlədən X3 ilə əmək müqaviləsi bağlanmadan belə, əmək münasibətlərinə daxil olması barədə X10 Xidmətinin Bakı Şəhər İdarəsinin gəldiyi nəticə əsassızdır. 2005-ci ildən fəaliyyətini dayandırmış, ünvan 4 ünvanda inşasını başa çatdırmış binada hər hansı əmlakı olmayan "Qızıl Açar” MTK-nın nəyin və kimdən qorunması üçün mühafizəçi işə götürməsi, ona əmək haqqı ödəməsi absurd olardı. Qızıl Açar” MTK-nın fəaliyyətinin dayandırıldığı 2005-ci ildən bu günədək Kooperativin heç bir işçisi, o cümlədən X3 adlı işçisi olmamış, heç bir şəxsə əmək haqqı ödənilməmişdir. Bu halı xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsində məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 özü də təsdiq etmişdir. Belə ki, ifadəsində bildirmişdir ki, “Sözügedən binada fəhlə kimi bina sakinlərinə və ya digər binalardakı sakinlərə kömək etməklə özünü və ailəsini saxlayır. Bina sakinlərindən birinin maşınını, birinin yükünü daşımaqla qazanc əldə edir. 71 yaşı olduğundan heç bir yerdə işləmir. Ailə üzvləri 7 nəfərdən ibarətdir. Sakinlərin ona pul verdiyini və kim ona köməklik edərsə onun da onlara köməklik etdiyini söyləmişdir. Elə zaman olur ki, yorulur və bu zaman işə getmir, qabiliyyətinə uyğun iş olduqda kiminsə yanma işləməyə gedir. Binanın "xxxx" MTK-ya aid olduğunu, orada kimin işlədiyini də bilmir. Göründüyü kimi, vəzifəli şəxs kimi X6 Azərbaycan Respublikası inzibati xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlaməti yoxdur və X6 həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbirinə məruz qalmamalıdır. Odur ki, X6 barəsində inzibati tənbeh tədbirinin görülməsi barədə X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli MN saylı1807708 nömrəli qərarın ləğv edilməsini, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin baş məsləhətçisi X13 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi ilə bağlı məhkəməyə heç bir üzrlü səbəb göstərməmişdir. Məhkəmə iclasının sözügedən şəxslərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 4159/2024 saylı qərarından görünür ki, Binəqədi rayon prokurorluğu tərəfindən "xxxx" MTK barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar "xxxx" MTK-nın əməlindı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 30 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 3000(üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan verilmiş olan şikayəti iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq verilmiş şikayətin təmin edilməsi, şikayətçi barəsində qəbul edilmiş 30 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, X4 direktoru olduğu "xxxx" MTK barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Binəqədi rayon prokurorluğu tərəfindən 11 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında iş üzrə "xxxx" MTK-nın əməlində inzibati xəta tərkibi olmadığından, "xxxx" MTK-nın əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərarına gəlinmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4159/2024 saylı qərarı qəbul edilmişdir. Məhkəmənin qərarı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1- 18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Göründüyü kimi, eyni inzibati xəta ilə bağlı inzibati orqan tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, vəzifəli şəxs barəsində isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hüquqi şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmiş, sözügedən qərardan şikayət verilməmiş və məhkəmənin qərarı qanuni qüvvəsini almışdır. Belə olduğu halda hüquqi şəxs "xxxx" MTK-nin əməlində eyni inzibati xətaya dair İXM-nin 192.1-ci maddəsinin tərkib əlaməti olmadığından, müvafiq olaraq onun vəzifəli şəxsinin də əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibinin olması istisna edilir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni inzibati xəta ilə bağlı inzibati orqan tərəfindən, həmiçinin "xxxx" MTK-nin direktoru, hazırkı iş üzrə şikayətçi X6 barəsində 30 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X6 İXM-nin 192.1-ci maddəsi ilə təqsili bilinərək vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə edilmişdir. Sözügedən inzibati tənbeh vermə haqqında qərarda da vətəndaşlar X2 və X7 AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsi, bununla da onun tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Lakin, məhkəmə iclasında "xxxx" MTK-nin direktoru X4 yuxarıda adları çəkilən şəxslərin işlərin görülməsinə,xidmətlərin göstərilməsinə cəlb edilməsinin sübuta yetirilməmiş və adı çəkilən şəxslərin əmək müqaviləsi imzalamadan əməyə cəlb edilməsinin təsdiq edən sübutların inzibati orqan tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1 və 33-cü maddələrinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan münasibətləri, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavvilə əmək müqaviləsi adlanır. Həmin Məcəllənin 7-ci maddəsinə görə; İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməli, X4 barəsində qəbul edilmiş 30 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X4 barəsində qəbul edilmiş 30 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar