Məhkəmə qərarları › İş №3(001)-4038/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4038/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4038/2023 20.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun, Müdafəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1937/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 1000 manat cəriməni (qanunla müəyyən edilmiş əsaslar olmadan) ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1937/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Hazırda protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İcra sənədindən xəbəri olmuş, bir neçə dəfə icra məmurunun yanında olmuşdur. Lakin həmin cərimə məbləğini maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda cərimənin 500 manat məbləği hissəsini ödəmiş, işə yeni düzəlmişdir. Əgər məhkəmə tərəfindən vaxt verilərsə işləyib cəriməninin qalan hissəsini də ödəyəcəkdir. Protokolun təmin edilməməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili borclunun izahatını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borclu tərəfindən ilkin icra sənədi uzun müddətdir ki icra edilmir, bu səbəbdən inzibati xəta haqqında protokolun təmin edilməsini barəsində inzibati həbs tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 1937/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1937/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən şikayət təmin edilməmiş və qərar xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə MİU LOVE BAKU adlı qadın geyimlərinin satışı mağazasında satıcı kimi əmək fəaliyyətinə başlamışdır. Əmək haqqısı 350 manat təşkil edir. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, borclu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1937/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar üzrə təyin olunmuş cərimənin 500 manat məbləğində hissəsi ödənilmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanılmış inzibati icraata onun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Şəxs maddi imkanı olmadığından məhkəmə qərarını icra edə bilməmiş, əmək münasibətlərinə daxil olduqdan sonra cərimə məbləğindən 500 manat ödəniş etməklə qərarın icrasından yayınmadığını göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Vəkil müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 05 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53, 104.1, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Müdafiəçi Vəkil məhkəmə baxışı zamanı 05 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod-200156, VÖEN-**********, m/h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB********************, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar