Məhkəmə qərarları › İş №3(001)-4039/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4039/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4039/2025 18.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X9 idarəsinin nümayəndəsi X1 iştirakı ilə, X4 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/25052135 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/25052135 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi edilməsini xahiş etmişdir. X5 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ona məxsus dövlət qeydiyyat nömrəsi **-CE-*** olan, “Mersedes” markalı avtomobilinə dair EQ 25052135 saylı protokol tərtib olunmuş, avtomobilinə dair 100 (bir yüz) manat cərimə tətbiq olunmuşdur. Məsələ ilə bağlı dəfələrlə https://www.dyp.gov.az/ üzərindən tətbiq olunmuş cərimənin qərarının ona göndərilməsi barədə müraciət etmiş, lakin qərarı əldə edə bilməmişdir. Qərarın alınmasında məqsədi məhkəmədə qərarın ləğv edilməsi olmuşdur. EQ 25052135 saylı protokol xx.xx.2024-cü il tarixində X2 adına tərtib olunmuş, DYP-yə https://www.dyp.gov.az/ üzərindən müraciət edərək tərtib olunmuş protokolun onun adına keçirilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində protokol onun adına keçirilmişdir. Elə həmin tarixdə xx.xx.2025-ci il tarixində https://www.dyp.gov.az/ üzərindən tərtib olunmuş protokola dair qərarın surətini göndərilməsini xahiş etmişdir. Lakin qərar göndərilməmiş, xx.xx.2025-ci il tarixində təkrar https://www.dyp.gov.az/ üzərindən qərarın göndərilməsi barədə məlumat istəmiş, lakin bu günə kimi nəticə əldə edə bilməmişdir. Bu müraciətlər dəfələrlə təkrar olunmuş və sonuncu müraciəti xx.xx.2025-ci il tarixdə elektron müraciət olmuşdur. Bu müraciətə cavab olaraq xx.xx.2025-ci il tarixində DYP tərəfindən məktub gəlmişdir. Məktubda hansı müraciətinə cavab verilməsi barədə məlumat yoxdur. Təbii ki, bunlar hamısı çox acınacaqlı haldır. O, 2024-cü ilin dekabr ayında inzibati tənbeh olunmuş, çoxsaylı müraciətlərinə cavabı ancaq xx.xx.2025-ci il tarixdə almışdır. Digər tərəfdən ona qarşı tətbiq edilmiş inzibati tənbehlə bağlı ona sübut təqdim edilməmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli, EQ/25052135 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, hesablanmış dəbbə pulunun silinməsi xahiş edilmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edib, bildirmişdir ki, o, ümumiyyətlə hansı qayda pozuntusuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bilməmişdir. Ona inzibati tənbeh vermə haqqında qərar təqdim edilməmişdir. Onun tərəfindən hər hansı qayda pozuntusu törədilməmişdir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilmiş ünvanda onun idarə etdiyi avtomobillə hərəkət etdiyi zolağa daxil olmasını qadağan edən hər hansı bir nişan olmamışdır. Bundan yolun nişanlanma xətlərinin keyfiyyəti aşağı olduğundan yağış yağarkən yolda olan hərəkət zolaqlarını görmək mümkün olmur. O, zolağı görsəydi ora daxil olmazdı. Odur ki, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/25052135 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X9 idarəsinin nümayəndəsi X3 bildirmişdir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, X5 tərəfindən xx.xx.2024-cü il tarixdə törədilmiş qayda pozuntusu bağlı “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış görüntülər mövcuddur. Həmin görüntülərdən də aydın olur ki, sürücü qadağan olunmuş vaxtda avtobus zolağına daxil olmuş və qayda pozuntusu törətmişdir. Odur ki, sürücü X5 barəsində xx.xx.2024-cü il tarixli, EQ/25052135 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ/25052135 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Biləcəri dairəsi, Bakı Beynəlxalq Avtovağzalı istiqamətində “MERCEDES C230 minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Materiala əlavə edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sürücü X5 idarə etdiyi “MERCEDES C230 minik” markalı avtomobillə 5.9 nişanı ilə nişanlanmış ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olub hərəkət etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X4 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/25052135 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 13.01-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsi, Bakı Beynəlxalq Avtovağzalı istiqamətində “MERCEDES C230 minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, qeyd edilən qayda pozuntusu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış görüntülər əsasında öz təsdiqini tapmışdır. X5 barəsində Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/25052135 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olduğundan və qayda pozuntusu videogörüntü ilə təsdiqini tapdığına görə məhkəmə hazırda baxılan iş üzrə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/25052135 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/25052135 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ/25052135 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar