Məhkəmə qərarları › İş №3(001)-4043/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4043/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4043/2024 08.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞin polis sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bərdə rayonu Meşəçilik qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu Mehdiabad qəsəbəsi fərdi yaşayaış evində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində Binəqədi RPİ-in DYPŞ-in yol patrul xidməti inspektoru polis serjantı X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in polis sahə inspektoru, polis mayoru X3 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in polis sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində Binəqədi RPİ-in DYPŞ-in yol patrul xidməti inspektoru polis serjantı X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, o, həmin tarixdə, saatda və yerdə “Chevrolet” markalı avtomobillə hərəkətdə olarakən inspektor X4 tərəfindən dayandırılmışdır. Sürücüyə yaxınlaşan inspektor ona qayda pozuntusu, yəni avtomobilin konstruksiya quruluşunda dəyişilklik edildiyi barədə məlumat vermiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Bundan sonra Şəxs özünə məxsus mobil telefonu çıxararaq çəkiliş etməyə başlamışdır. Ona çəkiliş aparmasının qanunsuz olduğu bildirilsə də, o buna məhəl qoymamış, yüksək səslə inspektorla mübahisə etməyə başlamışdır. İnspektor onu intizama dəvət edib, avtomobilin duracağa aparılmalı olduğunu bildirsə də, nəticəsi olmamış, Şəxs idarə etdiyi avtomobili duracağa aparmaqdan imtina etmişdir. Bundan sonra əraziyə post patrul xidməti çağırılmış və polisin qanuni tələbinə tabesizlik göstərməyə davam edən Şəxs 4-cü PŞ-yə aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində “Chevrolet” markalı avtomobili idarə edərkən yol patrul xidməti inspektoru tərəfindən dayandırılmışdır. Ona yaxınlaşan inspektor qayda pozuntusu barədə, yəni avtomobilin konstruksiya quruluşunda dəyişilklik edildiyi barədə məlumat vermişdir. İnzibati xətanın mövcudluğu ilə razılaşmayıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini tələb etmişdir. Lakin inspektor avtomobili duracağa apardıqdan sonra protokol tərtib ediləcəyini deyərək, dərhal protokol tərtib etməmişdir. Bu səbəbdən avtomobili duracağa aparmaqdan imtina etmişdir. Bundan sonra özünə məxsus mobil telefonu çıxararaq çəkiliş etməyə başlamışdır. Bundan sonra əraziyə post patrul xidməti çağırılmış və 4-cü PŞ-yə aparılmışdır. Heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Binəqədi RPİ-in DYPŞ-in yol patrul xidməti inspektoru polis serjantı X4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində inspektor X5 ilə birlikdə xidmət aparmışlar. Avtomobil yolunu müşahidə edərkən hərəkətdə olan “Chevrolet” markalı avtomobilin konstruksiya quruluşunda dəyişiklik edildiyini görüb sürücüyə saxla işarəsi vermişdir. Sürücüyə yaxınlaşıb qayda pozuntusu, yəni avtomobilin konstruksiya quruluşunda dəyişilklik edildiyi barədə məlumat vermiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Bundan sonra Şəxs qayda pozuntusu ilə razılaşmayıb onunla mübahisə etməyə başlamışdır. Ona avtomobilin cərimə meydançasına aparılacağı deyilsə də, bununla da razılaşmamış, avtomobili cərimə meydançasına aparmayacağını bildirmişdir. Sonra sürücü özünə məxsus mobil telefonu çıxararaq çəkiliş etməyə başlamışdır. Ona çəkiliş aparmasının qanunsuz olduğu bildirilsə də, buna da məhəl qoymamış, yüksək səslə mübahisə etməyə davam etmişdir. Onu intizama dəvət edib, avtomobilin duracağa aparılmalı olduğunu təkrarən bildirsə də, nəticəsi olmamış, Şəxs idarə etdiyi avtomobili duracağa aparmaqdan imtina etmişdir. Bundan sonra əraziyə post patrul xidməti çağırılmış və polisin qanuni tələbinə tabesizlik göstərməyə davam edən Şəxs 4-cü PŞ-yə aparılmışdır. Şəxs guya inzibati xəta haqqında protokol tərtib edilmədiyi üçün avtomobili cərimə meydançasına aparmadığını bildirsə də, bu doğru deyil. Belə ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə məhz Şəxs intizamsız davranışı mane olmuşdur. O, əsassız yerə mübahisə yaratmasaydı, dərhal inzibati xəta haqqında protokol tərtib edəcək və inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün baxılması üçün yuxarı səlahiyyətli şəxsə göndərəcəkdi. Lakin Şəxs uzun müddət buna mane olmuşdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş Binəqədi RPİ-in DYPŞ-in yol patrul xidməti inspektoru polis serjantı X5 eyni məzmunlu izahat verərək X4 bildirdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ-in yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində “Chevrolet” markalı avtomobili konstruksiya quruluşunda dəyişiklik edərək idarə etdiyi üçün ona saxla işarəsi verilmiş, sürücüyə yaxınlaşıb qayda pozuntusu, yəni avtomobilin konstruksiya quruluşunda dəyişilklik edildiyi barədə məlumat vermiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Bundan sonra Şəxs qayda pozuntusu ilə razılaşmayıb onunla mübahisə etməyə başlamışdır. Ona avtomobilin cərimə meydançasına aparılacağı deyilsə də, bununla da razılaşmamış, avtomobili cərimə meydançasına aparmayacağını bildirmişdir. Sonra sürücü özünə məxsus mobil telefonu çıxararaq çəkiliş etməyə başlamışdır. Ona çəkiliş aparmasının qanunsuz olduğu bildirilsə də, buna da məhəl qoymamış, yüksək səslə mübahisə etməyə davam etmişdir. Onu intizama dəvət edib, avtomobilin duracağa aparılmalı olduğunu təkrarən bildirsə də, nəticəsi olmamış, Şəxs idarə etdiyi avtomobili duracağa aparmaqdan imtina etmişdir. Bundan sonra əraziyə post patrul xidməti çağırılmış və polisin qanuni tələbinə tabesizlik göstərməyə davam edən Şəxs 4-cü PŞ-yə aparılmışdır. Bakı şəhəri Binəqədi RPİ-in PPXB-ün polis nəfərləri H.Məmmədov və Z.Məmmədov tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü ildə saat 16:20-də radio rabitə vasitəsilə Binəqədi rayonu Binəqədi şossesində 249 nömrəli yol patrul xidmətinə kömək lazım olduğuna dair çağırış daxil olmuşdur. Çağırış əsasında dərhal həmin yerə yaxınlanmış və polisin tələbinə qəsdən tabe olmayan Şəxs 4-cü PŞ-yə aparılmasını təmin etmişlər. xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi qismən özünün izahatı ilə yanaşı, Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ-in yol patrul xidməti inspektoru polis serjantı X4 və Binəqədi RPİ-in PPXB-ün polis nəfərləri H.Məmmədov və Z.Məmmədov tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2024cü il tarixli raportlar, YPX inspektorlarının məhkəmədə verdikdləri şahid izahatları, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyi onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar