Məhkəmə qərarları › İş №3(001)-4046/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4046/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4046/2024 08.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə rəisi, polis mayoru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə rəisi, polis mayoru X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində polis əməkdaşı xidmətdə olarkən Asif Zeynallı küçəsi məhəllə 5057/68 ünvanında bir nəfər şəxsin nalayiq ifadələrdən istifadə edərək uca səslə danışdığını görmüş, həmin şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, o buna məhəl qoymayaraq kobud surətdə nalayiq ifadələrinə və hərəkətlərinə davam etmişdir. İctimai qaydanı pozduğuna və polisə tabesizlik etdiyinə görə həmin şəxs polis bölməsinə dəvət olunmuş, burada aydın olmuşdur ki, həmin şəxs Şəxsdur. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Biləcəri qəsəbəsi məhəllə 5057/68 ünvanının qarşısında keçmiş həyat yoldaşı və valideynləri ilə mübahisə etdiyi üçün əsəbləşib səs-küy salmışdır. Artıq bir neçə müddətdir ki, valideynləri ilə aralarında narazılıq var, keçmiş həyat yoldaşı və qızı rəsmi olaraq boşanmalarına baxmayaraq valideynlərinə məxsus mənzildə yaşayır. O isə keçmiş həyat yoldaşının onlarla birgə yaşamasını istəmir. Bu səbəbdən hirslənərək “mən də sizi Əhmədgilin ailəsinin vəziyyətinə salacam” ifadəsini işlətmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirir. Göstərilənlərin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, Şəxs onun oğludur, evlərində daimi dava-dalaş yaradır. Onları öldürməklə hədələyir. Bu səbəbdən polisə müraciət etmişdir. Oğlu Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 13:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və fiizki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərində heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatlarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkməsini və himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edior ki, hazırki inzibati xəta haqqında işin hallarından göründüyü kimi, Şəxs əməlində məişət zorakılığının əlaməti vardır. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən məişət zorakılığı — yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Həmin Qanunun 13.1. 1-ci maddəsinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi xarakterli tədbirlər — məişət zorakılığı hallarının araşdırılması,məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsidir. Gender identikliyi görə ayrı-seçkiliyin yolverilməzliyi prinsipi digər hüquqi sənədlərdən, ilk növbədə İnsan hüquqları haqqında Avropa Konvensiyasından (14-cü maddə: Ayrı-seçkiliyin qadağan olunması; 12 saylı Protokol) və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququndan (misal üçün bax: Oliari İtaliyaya qarşı, 2015-ci il tarixli qərar; Ratsenbök və Zaydl Avstriyaya qarşı, 2017-ci il tarixli qərar) habelə Seksual oriyentasiya və ya gender identikliyi əlamətlərinə görə ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri haqqında Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(2010)5 saylı tövsiyəsindən irəli gələn hüquqi öhdəliklərə əsaslanır. Opuz Türkiyəyə qarşı işdə məişət zorakılığına cavab verməkdə səmərəsiz dövlət tədbirləri ilə bağlı nümunədə, bu qeyd dolunan inanc (fikir), Türkiyədə qadınların qanun qarşısında bərabər qorunmasını necə inkar edə biləcəyini göstərir. (ECTHR, Opuz Türkiyəyə qarşı iş, müraciət ərizəsi No 33401/02, 9 iyun 2009-cu il tarixli hökm, paraqraf 185-191.) “Şəxsi və ya ailə məsələsinə” müdaxilə etməmək üçün səlahiyyətli orqanlar,təsdiq edilmiş ciddi məişət zorakılığı nümunəsinə baxmayaraq, ərizəçinin ərinə qarşı müvafiq tədbirlər görməkdə uğursuz olmuşdur. (Ecthr, Opuz Türkiyə qarşı iş, müraciət ərizəsi No 33401/02, 9 İyun 2009, paraqraf 96). O, nəticədə, ərizəçinin anasını ərizəçiyə ailə evindən qaçmasına kömək edərkən öldürmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsi aşkar etmişdir ki, ərizəçi prima facie iddiası nümayiş etdirir və məişət zorakılığı ilk növbədə qadınlara təsir edir və Türkiyədəki ümumi və ayrıseçkiliyə əsaslanan məhkəmə passivliyi məişət zorakılığına gətirib çıxaran şərait yaradır (ECTHR, Opuz Türkiyə yə qarşı iş, müraciət No 33401/02, 9 iyun 2009-cu il, Paraş. 198-201). Opuz- Türkiyəyə qarşı (2009) işində Məhkəmə, ərizəçi Nahide Opuz və ərizəçinin əri tərəfindən öldürülən anasının məruz qaldığı məişət zorakılığının “gender əsaslı zorakılıq olaraq qəbul edilə biləcəyini təsbit etmişdir ki, bu da qadınlara qarşı ayrıseçkilik formasıdır ”.10 Məhkəmə qeyd etmişdir ki: “[…] işlə bağlı iddia edilən ayrı-seçkilik özlüyündə qanunvericiliyə əsaslanmır, əksinə, qadınlar məişət zorakılığını bildirdikləri zaman yerli hakimiyyət orqanlarının, qadınlara polis bölmələrində necə davranıldığı kimi, ümumi münasibətindən və qurbanlara effektiv müdafiənin təmin edilməsində məhkəmənin passivliyindən qaynaqlanır.” (maddə 192) Məhkəmə daha sonra qərar verdi: “Türkiyədə bilərəkdən olmasa da, əsasən qadınlara təsir etsə də, ayrı-seçkiliyə əsaslanan və ümumi məhkəmə passivliyinin olması barədə öz çıxardığı nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi və onun anasının məruz qaldığı zorakılıq qadınlara qarşı ayrı-seçkilik forması olan gender əsaslı zorakılıq olaraq qəbul edilə bilər. Hökumət tərəfindən son illərdə aparılan islahatlara baxmayaraq, məhkəmə sisteminin ümumiyyətlə cavab verməməsi və təcavüzkarların cəzasız qalması, hazırkı işdə aşkarlandığı kimi, məişət zorakılığına qarşı müvafiq tədbirlər görmək üçün yetərli öhdəliyin olmadığını göstərmişdir [...].” (paraqraf 200) Bu aşkarlanan fakt, məişət zorakılığı qurbanının ölümü üzrə nəticəsi olmayan araşdırmalar aparılmış Durmaz Türkiyəyə qarşı işində təsdiqlənmişdir (Durmaz Türkiyəyə qarşı iş, 3621/07 nömrəsi, 13 noyabr 2014-cü il tarixli qərar, paraqraf. 65). Qadınlara qarşı zorakılığa dair məhkəmə hökmü ilə, MC-Bolqarıstan (2003) və Opuz-Türkiyəyə qarşı (2009) kimi mühüm işlər vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsi,belə bir prinsip inkişaf etdirdi ki, dövlətlər insan hüquqları pozuntularının qarşısını almaq məqsədilə tədbirlər görməlidirlər. Bu prinsip müəyyən etdi ki, bu hərəkətlərin dövlət tərəfindən və ya fərdi şəxslər tərəfindən törədilməsindən asılı olmayaraq, dövlət onların istintaqını aparmaq, mühakimə etmək və cəzalandırmaq öhdəliyinə malikdir. Bu anlayış lazımi səy göstərmə prinsipinin hazırlanmasına gətirib çıxardı. Bu prinsip ilk olaraq X və Y işində ifadə edilmişdir ki, buna əsasən də Məhkəmə qət etmişdir ki, pozitiv öhdəliklər yalnız dövlətlərin hüquqları pozmaqdan çəkinməsini tələb etmir, həm də şəxslərin hüquqlarının digər fərdi şəxslər tərəfindən pozulmamasını təmin etmək üçün təşəbbüskarlıq (fəal olma) vəzifəsini də tapşırıq kimi qarşıya qoya bilər (bənd 23). MC Bolqarıstana qarşı işində Məhkəmə təsbit etmişdir ki, 3-cü maddəyə və 8-ci maddəyə uyğun olaraq hüquqların qorunmasına dair öhdəliklər rəsmi araşdırmalar aparmaq və zorlamanın effektiv şəkildə cəzalandırılması ilə bağlı vəzifələri şərtləndirir (maddə 149-53). Maslova-Rusiyaya qarşı (2009) işində, Məhkəmə qət etdi ki, “Zorlamanın açıqca alçaldıcı xarakteri bu kontekstdə dövlətin prosedur öhdəliyini xüsusi vurğulayır” (bənd 91).Məhkəmə həmçinin qərar vermişdir ki, qadınlara qarşı çoxsaylı məişət zorakılığı hadisələrində də, milli səlahiyyətli qurumların belə zorakılığın qarşısını almaq üçün qoruyucu tədbirlər görmək üçün pozitiv öhdəlikləri vardır, belə ki, səlahiyyətli qurumlar “bilirdilər ki və ya bilməli idilər ki” Kontrova / Slovakiya (31 May 2007) və Hajduova /Slovakiya (30 Noyabr 2010) işlərində bir şəxsin həyatı və ya sağlamlığı üçün “real və birbaşa risk” mövcud olmuşdur. Potensial təcavüzkar tərəfindən təhdid hələ fiziki zorakılıq kimi reallaşmadıqda belə səlahiyyətli qurumlar müdaxilə etməli idi (Hacduova). Səlahiyyətli qurumlar, bəzən hətta qurbanın ifadə olunan istəklərinə (iradəsinə) qarşı, vəzifə səlahiyyətindən istifadə edərək tədbir görə bilərlər (Hajduova). Bəzi hallarda müvəqqəti təcili mühafizə tədbirləri alına bilər (Bevacqua və S. Bolqarıstana qarşı, 12 İyun 2008). Bütün istintaq və məhkəmə prosesi boyunca ərizəçinin şəxsi bütövlüyünə hörmət təmin edilməlidir. Qəbul edilməlidir ki, qurban qadınlar, xüsusən cinsi zorakılıq hallarında, cinayət prosesini tez-tez əlavə bir travma kimi qəbul edirlər. Bu, xüsusən zərərçəkmiş qadın özünün istəyinə zidd olaraq təcavüzkarla birbaşa üzləşməyə məcbur qaldıqda belə olur. (Y. Sloveniya, 2015). Halime Kiliç-Türkiyəyə qarşı 2016-cı il işinin nümayiş etdirdiyi istintaq zamanı /məhkəməyə qədərki dövrdə baş verən bir neçə uğursuzluğu, AİHM 14-cü maddə ilə birlikdə (ayrı-seçkiliyin qadağan edilməsi) 2-ci maddənin (yaşamaq hüququ) pozulması kimi müəyyən edir. Bu işdə, məişət zorakılığının qurbanı səlahiyyətli qurumlara dörd şikayət ünvanlamış və ərinə qarşı üç mühafizə orderi almışdır. 2008-ci ildə zərərçəkmiş şəxs birinci şikayəti vermiş və Ailə Məhkəməsi tərəfindən verilən mühafizə orderini istəmişdir. Prokuror cinayətkara qarşı ittiham irəli sürmüşdür. Zərərçəkən daha sonra ikinci bir şikayət verdikdə, məhkəmə daha iki mühafizə orderi vermişdir və prokuror müvəqqəti həbs tədbiri istəməklə təcavüzkarı məhkəməyə göndərmişdir və məhkəmə isə bundan imtina etmişdir. Zərərçəkən ərinin ölüm təhdidləri etdiyini iddia edərək prokurordan əlavə kömək istəmişdir. Dördüncü şikayət verildikdən sonra qurban əri tərəfindən öldürülmüşdür. AİHM, müdafiə orderlərinin verilməsi üçün vaxtın uzandığını (bir işdə 19 gün, ikinci işdə 8 həftə), prokurorun cinayətkarı həbsdə saxlamağı əmr etməsində gecikmələrin olduğunu, məhkəmə qurbanla əlaqəli riskləri düzgün qiymətləndirmədiyi və barəsində həbs qətimkan tədbiri seçilmədiyi, təcavüzkar heç vaxt mühafizə oderlərinin pozulmasına görə mühakimə olunmadığını və nə polisin, nə də prokurorun qurbana mövcud sığınacaqlar barədə məlumat verməməsini aşkarlamışdır. (Halime Kılıç / Türkiyə (müraciət nömrəsi. 63034/11) 28 iyun 2016-cı il tarixli Qərar.) A. Xorvatiyaya qarşı işdə, AİHM, məişət zorakılığı ilə bağlı AİHK-nın pozulduğunu aşkar etmişdir. A əri tərəfindən məişət zorakılığına məruz qaldıqdan sonra bir sıra məhkəmə işlərinə başlamışdır (üç cinayət işi və dörd kiçik cinayətə görə). Belə işlərin nəticəsi bir neçə mühafizə orderinin verilməsi, məhkəməyə qədərki həbs (müvəqqəti həbs), psixiatrik və psixo-sosial müalicə və həbs cəzası olmuşdur. Sanksiyaların bir qismi tətbiq olunsa da, təcavüzkar iki cinayətə görə həbs cəzası çəkməmişdir (bunlardan biri ərizəçini ölümlə təhdid etmək olmuşdur). AİHM, qeyd etmişdir ki, dövlət, eyni şəxs tərəfindən eyni qurbana qarşı törədilmiş bir sıra zorakılıq hərəkətləri ilə əlaqədar müxtəlif cinayət və kiçik cinayət işlərini nəzərə almamaqla, ərizəçinin hüquqlarını lazımi səviyyədə qoruya bilməmişdir və işin tarixçəsinə bütünlüklə baxa bilməmişdir. Bu iş, hüquq sistemi daxilində koordinasiyanın vacibliyini və müvafiq sanksiya təyin edərkən bütün zorakılıq tarixçəsini və cinayət tarixçəsini lazımi şəkildə nəzərə almağın vacibliyini göstərir. Məhkəmə hökmlərinin icra edilməsinin və cəzaların çəkilməsinin təmin edilməsində məhkəmə nəzarətinin roluna da diqqət çəkilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar