Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4048/2023 06.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X14 Olmayan kredit təşkilatı” MMC-nin vəkili X4 və etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X14 Olmayan kredit təşkilatı” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, e-2(001)- 8581/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun əmək haqqından tutma aparılmasına dair tələbi "xxxx" MMC tərəfindən yerinə yetirilməmişdir.Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar əmək haqqından tutma aparılmasına dair tələb verilmişdir."xxxx" MMC tərəfindən əmək haqqından tutma həyata keçirilməmişdir.Bununla da "xxxx" MMC barəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.Hal-hazırda, borclu MMC tərəfindən icra sənədinin icrası təmin olunmuşdur. Məhkəmə iclasında çıxış edən tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs bildirdi ki, "xxxx" MMC tərəfindən növbəlilik kobud şəkildə pozulmuş, X2 əmək haqqından "xxxx" MMC-nin xeyrinə tutulmalar aparılmalı olduğu halda müvafiq tutulmalar həyata keçirilməmiş və digər tələbkarın xeyrinə tutulmalar aparılmağa başlanılmışdır.Hal-hazırda borclu MMC tərəfindən icra sənədinin icrası təmin olunmuşdur. Məhkəmə iclasında çıxış edən borclu "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 bildirdi ki, qeyd olunan icra sənədinin MMC-yə çatdırılmasına imza atmış Həsənov adlı şəxs onların şirkətinin əməkdaşı olmamışdır. Ümumiyyətlə həmin dövrdə MMC-də məktubların qəbulunda çalışan Həsənov adlı şəxs olmamışdır.Belə ki, ümumiyyətlə MMC-yə aid icra sənədi qanunla müəyyən olunmuş qaydada icra olunması üçün göndərildiyi halda qanunun tələblərinə uyğun icrası təmin olunur.Hal-hazırda, borclu MMC tərəfindən icra sənədinin icrası təmin olunmuşdur.Buna görə də, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən borclu "xxxx" MMC-nin müdafiəçisi X7 borclu MMC tərəfindən icra sənədinin icrası təmin olunduğuna görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri və onların nümayəndə və vəkillərinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata icra sənədinin tam icra olması səbəbi ilə xitam verilməli və MMC inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Belə ki, qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur.Lakin məhkəmə baxışında müəyyən edilmişdir ki, e-2(001)- 8581/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun əmək haqqından tutma aparılmasına dair tələbi "xxxx" MMC-yə daxil olmamışdır.Bununla bağlı ərizə iş materiallarına əlavə edilmişdir.Həmçinin, məhkəmə baxışı zamanı icra məmuru bunun əksini sübut edə bilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə "xxxx" MMC tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan, həmçinin icra sənədi artıq tam icra olunduğundan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, "xxxx" MMC-yə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 6 saata görə 36 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin və MMC inzibati məsuliyyətdən azad edilsin. 3(001)-4048/2023 saylı inzibati işi üzrə müdafiəçi X7 məhkəmə baxışı zamanı 6 (altı) saat əmək haqqının məbləği 36 (otuz altı) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod- 200156,VÖEN-990003611,m/hAZ37NABZ ******************** .S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖEN**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4048/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4048/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver