Məhkəmə qərarları › İş №3(001)-4051/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4051/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4051/2023 06.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 nümayəndəsi X3 iştirakı ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 xx.xx.2021 il tarixdə 32200 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 15 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" X4 barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli protokolda "xxxx" X4 tərəfindən 32200 ABŞ dolları məbləğində pul vəsaitinin xaricə köçürüldüyü, lakin alınan malların ölkəyə idxal edilmədiyi, valyuta vəsaitinin geri qaytarılmadığı qeyd edilmişdir. Belarus Respublikasının “Zenit Belomo” şirkəti ilə "xxxx" X4 arasında mövcud əməkdaşlıq əsasında 2021-ci il ərzində müdafiə təyinatlı malların idxalını nəzərdə tutan müqavilələr imzalanmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şəxs MMC-nin "xxxx" X4 ilə Belarus Respublikasının “Zenit-Belomo” şirkəti arasında imzalanmış Qİ48-118-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin TE-650m nömrəli, xx.xx.2021-ci il tarixli Xüsusi İcazə sənədi əsasında mallar ölkəyə idxal olunmuşdur. Lakin malların rəsmiləşdirilməsi barədə bəyannamə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən "xxxx" X2 təqdim edilməmişdir. "xxxx" X4 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanan 24 oktyabr 2023-cü il tarixli, 47m nömrəli məktubla malların ölkəyə həqiqətən daxil olduğunu təsdiq edən sənədlərin təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "xxxx" X2 xx.xx.2023-cü il tarixli, 1000-06-685m nömrəli məktub göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 1000-06-685m nömrəli məktubu ilə Belarus Respublikasının “Zenit Belomo” şirkətindən idxal olunan, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində “VAİS-M” sistemində rəsmiləşdirilmiş yüklər barəsində məlumatlar əks etdirilmişdir. Qeyd olunmuşdur ki, "xxxx" X4 ilə Belarus Respublikasının “Zenit-Belomo” şirkəti arasında imzalanmış xx.xx.2021 tarixli, 148-118- 21 Müqaviləyə 1 №-li Əlavə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin TE-650 nömrəli, xx.xx.2021-ci il tarixli Xüsusi İcazə Sənədi əsasında, **********0538, **********0616, **********0681 nömrəli Gömrük Bəyannamələri ilə daxil olmuşdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, izahatında qeyd etdiyi gömrük bəyannamələri məxfi sənəd olduğu üçün həmin bəyannamələrin Mərkəzi Banka və məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 148-777-21 nömrəli müqavilədən görünür ki, Belarus Respublikasının “Zenit-Belomo” şirkəti ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 arasında ümumi dəyəri 259900 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli 777 nömrəli invoys sənədindən görünür “Zenit-Belomo” şirkəti tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 ünvanına ümumi dəyəri 259900 ABŞ dolları olan malların göndərilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli “Köçürmə ərizəsi”ndən görünür ki, xx.xx.2021-ci il tarixli 777 nömrəli invoys sənədi əsasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 tərəfindən "xxxx" ASC-də olan hesabdan 32200 ABŞ dolları məbləğində pul vəsaiti “Zenit- Belomo” şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan və qoşmadan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 tərəfindən 32200 ABŞ dolları məbləğində olan vəsait bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin banka malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim edilməmiş və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 32200 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2021 il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 32200 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Belə ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 nümayəndəsi X5 izahatında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 tərəfindən "xxxx" ASC-də olan hesabdan Zenit-Belomo” şirkətinin hesabına köçürülmüş 32200 ABŞ dolları məbləğində pul vəsaitinin hesabına alınmış malların Azərbaycan Respublikasına göndərildiyini, həmin mallara görə müvafiq gömrük bəyannamələrinin verildiyini bildirsə də, həmin bəyannamələr məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 tərəfindən "xxxx" ASC-də olan hesabdan Zenit-Belomo” şirkətinin hesabına köçürülmüş 32200 ABŞ dolları məbləğində pul vəsaitinin hesabına alınmış malların Azərbaycan Respublikasına göndərilməsi, bununla bağlı gömrük bəyannaməsinin verilməsi və ya qeyd edilən məbləğdə valyuta vəsaitinin geri qaytarılması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi X7 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 32200 (on iki min otuz səkkiz dollar qırx sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 25% (iyirmi beş faizi) miqdarında olan 8050 (səkkiz min əlli) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 13685 (on üç min altı yüz səksən beş) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar