Məhkəmə qərarları › İş №3(001)-4052/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4052/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4052/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X2 nümayəndəsi X3 iştirakı ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi verdiyi izahatında və yazılı etirazında bildirmişdir ki, MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğundan iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokolda qeyd olunan gömrük bəyannamələri ilə mallar ölkəyə idxal olunmuşdur. O bildirmişdir ki, 148-118-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin TE-650m nömrəli xx.xx.2021-ci tarixli Xüsusi icazə sənədi əsasında mallar ölkəyə idxal olunmuşdur. Lakin malların rəsmiləşdirilməsi barədə bəyannamə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxsə təqdim edilməmişdir. Hüquqi şəxsin nümayəndəsi qeyd edilən halları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşı tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 115000 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 il müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal etməmişdir. Nəticədə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər ilə təsdiq edilir. Ona görə də, xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X2 təqsiri sübuta yetirilmiş, əməlində inzibati xəta tərkibi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan hüquqi şəxs 15000 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən qanunvericiliklə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X2 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 115000 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 23000 (iyirmi üç min) ABŞ dolları miqdarında, ödəniş günü Mərkəzi Bankın kursuna müvafiq olaraq manata olan məzənnə ilə hesablanmaqla inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar