Məhkəmə qərarları › İş №3(001)-4054/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4054/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4054/2023 11.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə inspektoru, polis mayoru X6, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Bakı Şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İXM-nin 510-cu maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnın İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə inspektoru, polis mayoru X7 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs DİN 102 xidmətinə müraciət edərək özünü bank işçisi kimi təqdim edən şəxsin telefonda onun ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı şikayətinin olduğunu bildirmişdir. Araşdırma zamanı həmin bank işçisinin Şəxs olduğu müəyyən edilmişdir. Odur ki, sonuncu barəsində İXM-nin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, "xxxx" Lənkəran filialında çalışmaqdadır. Banka borcu olan bir şəxsin əlaqə nömrəsi kimi qoyduğu Lənkəran rayonundakı 5-44-06 saylı ev telefonuna zəng etmişdir ki, borclu şəxsin borcunu ödəməsi ilə bağlı məlumat versin. Telefonu sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs açmış və ona banka olan borc ilə əlaqədar zəng etdiyini bildirməsinə baxmayaraq həmin şəxs aqresiv şəkildə onu təhqir edərək söyüşlər söymüş, o da həmin şəxsə dediklərinin ona aid olmasını bildirmişdir. Ona verilmiş suallara cavab olaraq, çalışdığı "xxxx" Lənkəran ofisindən Lənkəran rayonunda yerləşən ev telefonu nömrəsinə zəng etdiyini, özünün Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, polis əməkdaşının zəng edərək barəsində şikayət olduğunu bildirdiyi üçün həmin şikayətlə bağlı Bakı şəhərinə gəldiyini, telefon danışıqlarının və hadisənin Lənkəran rayonunda baş verdiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, əslində ünvan 2 ünvanında yaşayır. Eyni zamanda Lənkəran rayonunda da evləri var. 2-3 aydan bir Lənkəranda yerləşən evlərinə gedirlər. Təxminən 2 ay qabaq Lənkərandakı evində olanda 5-44-06 saylı ev nömrəsinə zəng gəlmiş, banka borcla bağlı məlumat verilmiş və özü şəxsən zəng edən şəxsə bildirmişdir ki, onlar qeyd edilən borclu şəxsi tanımırlar. Bir də bu nömrəyə zəng edərək onun həyat yoldaşının adını çəkməsin. xx.xx.2023-cü il tarixdə yenə həmin Lənkəranda olan evlərində olduqları zaman ev telefonuna zəng gəlmiş və zəng edən şəxs onun həyat yoldaşını soruşmuşdur. Öz iradını bildirmiş və daha əvvəl xəbərdarlıq etdiyini qeyd etmiş, zəng edən şəxslə telefonda mübahisə yaşamışdır. Daha sonra özünü bank işçisi kimi təqdim edən Şəxs onun mobil telefonuna zəng vurmuş və onun və həyat yoldaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Ona verilmiş suallara cavab olaraq onun Lənkəran rayonundakı 5-44-06 saylı ev nömrəsinə zəng edildiyini, telefonda Şəxs onu nalayiq ifadələrlə təhqir edən zaman Lənkəran rayonunda olduğunu, bütün hadisələrin Lənkəran rayonunda baş verdiyini bildirmişdir. Məhkəmə icilasında barəsində inzibati icraat aparılan Şəxs dövlət hesabına təyin edilmiş, 11 saylı Vəkil Bürosunun vəkili X4 izahatında bildirmişdir ki, hazırkı inzibati xəta haqqında protokola baxmaq səlahiyyəti Binəqədi Rayon Məhkəməsinin deyil, Lənkəran Rayon Məhkəməsinin səlahiyyətindədir. Belə ki, hüquqlarını müdafiə etdiyi Şəxs "xxxx" ASC-nin Lənkəran filialında çalışır və o problemli kredit ilə bağlı Lənkəran rayonunda 5- 44-06 saylı ev nömrəsinə zəng etmişdir. Əslində telefonda mübahisə etməyə görə onun əməlində xırda xuliqanlıq inzibati xəta tərkibi yoxdur. Olmuş olsa belə ona baxmağa səlahiyyətli Məhkəmə Lənkəran Şəhər Məhkəməsidir. Çünki zəng edən də, zəng olunan da Lənkəran rayonunda olmuş, hadisələr də Lənkəran rayonunda baş vermişdir. Lakin polis əməkdaşı şəxsi Lənkəranda baş vermiş hadisəyə görə Lənkərandan Bakıya çağıraraq barəsində protokol tərtib etmişdir. Ona görə də məhkəmədən qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi hazırki inzibati xəta haqqında işə baxmaqda səlahiyyətli məkhəmə deyildir. Belə ki, tərəflərin izahatından da aydın şəkildə görünür ki, Şəxs X3 məxsus Lənkəran rayonunda yerləşən 5-44-06 saylı ev telefonuna zəng etmiş, telefondakı mübahisə də Lənkəran rayonunda baş vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən iş məhkəmənin icraatına götürükən X2 iş materiallarında olan izahatına əsasən onu yaşayış yerinin Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 12, mənzil 17 göstərildiyi üçün Binəqədi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, protokolda göstərilən hadisələr Lənkəran rayonunda baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İXM-nin 112.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılarkən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxsnın barəsində AR İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolda törədilməsi göstərilən inzibati xəta hadisəsi Lənkəran rayonunda baş verdiyindən aidiyyəti üzrə Lənkəran Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Lənkəran Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar