Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4059/2023 12.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci PB-nin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1981-ci il tarixdə Lənkəran rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, evli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan övladı olan, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 07.40 radələrində ünvan 2 ünvansız nalayiq ifadələr işlətməklə ictimai asayişi pozmaqla xırda xuliqanlıq etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ailəlidir, himayəsində yetkinlik yaşına çatmayan bir övladı vardır.O bildirmişdir, onun tərəfindən hər hansı bir qanun pozuntusu olmamışdır.Belə ki, hesab edir ki, bütün bunlar onun müxalifət partiyasının üzvü olması və sosial şəbəkədə ölkədə mövcud olan problemləri aktiv şəkildə tənqid etməsi ilə bağlıdır.Onun tərəfindən heç bir qanun pozuntusu olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis şöbəsinin sahə rəisi, polis kapitanı X5 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 07.40 radələrində ünvan 2 ünvansız nalayiq ifadələr işlətməklə ictimai asayişi pozmaqla xırda xuliqanlıq etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır.Buna görə də, yuxarıda göstərilənləri nəzərə alaraq həmin şəxsin inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 bildirmişdir ki, o, Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantıdır.O, xx.xx.2023-cü il tarixdə səhər saatlarında xidmətdə olan zamanı əvvəllər tanımadığı barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs səs-küyünü eşitmiş və ora digər polis əməkdaşı ilə birlikdə ona yaxınlaşmışlar. Onu sakit olmağa, ictimai qaydaları pozmamağa dəvət etmişlər.Lakin barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Belə olan halda, onu polis bölməsinə dəvət etmişlər, Şəxs bölməyə getməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, o, Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantıdır. O, xx.xx.2023-cü il tarixdə səhər saatlarında xidmətdə olan zamanı əvvəllər tanımadığı barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs səs-küyünü, ünvansız nalayiq ifadələr işlətdiyini eşitmişlər.Belə ki, digər polis əməkdaşı ilə birlikdə ona yaxınlaşıb sakit olmağa, ictimai qaydaları pozmamağa dəvət etmişlər.Lakin barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Belə olan halda, onu polis bölməsinə dəvət etmişlər, Şəxs bölməyə getməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini, müdafiəçinin çıxışını, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidləri dinləyərək, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hal kimi il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyi tam sübuta yetirilmişdir. Belə ki, tərəflərin izahatların və iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 07.40 radələrində ünvan 2 ünvansız nalayiq ifadələr işlətməklə ictimai asayişi pozmaqla xırda xuliqanlıq etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, onun İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Müdafiəçi Vəkil məhkəmə baxışı zamanı 5 (beş) saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBA Z2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rayev
Məhkəmə qərarları › İş №3(001)-4059/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4059/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver