Məhkəmə qərarları › İş №3(001)-4064/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4064/2021

22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4064/2021 22.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, Tələbkar X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyat olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5390/2020 saylı, 12.11.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 4799,81 manat məbləğində pul tutularaq X5 ödənilməlidir. Borclu bu günə qədər borcunu ödəməmişdir. Borclu icra vərəqələrində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən 22.11.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Hazırda borcu ödəməyə imkanı yoxdur. əvvəllər 2018-ci ilədək müxtəlif vaxtlarda işləməsinə baxmayaraq, artıq 3 ildir ki, günəmuzd çalışır. Gündəlik gəliri 10 manatdan artıq deyildir. Anasına məxsus evi satışa çıxarmışlar, mənzil satılan kimi borcu tam şəkildə ödəyəcəkdir. Ona bir həftə vaxt verilməsini xahiş etmiş, bu mümkün olmadıqda isə barədə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Tələbkar məhkəməyə verdiyi izahatında bildirmişdir ki, borclu ilə əvvəllər birlikdə işləmişdir, 2 ildir ki, borc ödənilmir, bundan 3-4 ay əvvəl isə borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5390/2020 saylı, 12.11.2020-ci il tarixli icra sənədi üzrə borcun hissəhissə ödənilməsinə imkanı olduğunu bildirmişdir. Məhkəmədən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tətbiqinin tətbiqini xahiş edir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmişdir. Borclu evi satıldıqdan sonra borcu ödəmək iqtidarında olduğunu bildirmişdir. Borclu barəsində inzibati tənbeh tədbirinin növünün seçilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-5390/2020 saylı, 12.11.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 4799.81 manat məbləğində pul tutularaq X5 ödənilməlidir. İcra məmuru tərəfindən 18.01.2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Belə ki, ağır inzibati tənbeh növünün seçilməsi borclunun icra sənədi üzrə borcunu ödəməsinə hər hansı bir müsbət təsir göstərməyəcəkdir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati təbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar