Məhkəmə qərarları › İş №3(001)-4066/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4066/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4066/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X8 katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, barəsində qanunsuz olaraq Bakı şəhəri BPİ X11 idarəsi tərəfindən İXM-nin 327.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli TP ******* sayl qərar qəbul olunmuşdur. Bu barədə yuxarı orqana şikayət etmiş, Bakı şəhəri X11 idarəsi tərəfindən cavab olaraq bildirilmişdir ki, idarə etdiyi “Toyota” markalı, **-SZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Xətai rayonu, Rəfiyev küçəsində xx.xx.2024cü il tarixində qayda pozduğu sübuta yetirilmiş və buna görə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü madəsi ilə xx.xx.2024-cü il tarixdə protokol tərtib olunmuşdur. Həmçinin, hazırki vaxta qədər ona rəsmi qaydada qərar göndərilməmişdir. Lakin yuxarı orqana etdiyi şikayətə Bakı şəhəri X11 İdarəsi tərəfindən verilmiş N-40141 nömrəli cavab məktubundan görmüşdür ki, həmin məktub xx.xx.2024-cü il tarixdə tərtib olunmuş və ona elektron poçt vasitəsi ilə göndərilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhəri X11 İdarəsinə gedib protokolu tələb etsə də, protokol ona qeyri-rəsmi şəkildə təqdim edilmişdir. Bununla da yuxarı orqana etdiyi şikayətin nəticəsindən razı qalmadığı üçün şikayət müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ***- ***-**-** telefon nömrəsi ilə polis əməkdaşı zəng vurub ona xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Rəfiyev küçəsində yolun əks istiqamətində hərəkət etdiyi həmin ərazidə quraşdırılan kamera vasitəsi ilə aşkar edildiyini və buna görə Bakı şəhəri X11 İdarəsinin inzibati binasında 104 nömrəli otağa gəlməyini söyləmişlər. O, xx.xx.2024-cü il tarixdə iş günü olmadığı üçün gələ bilməyəcəyini, onu telefonla polis şöbəsinə çağırmağın qanunsuz olduğunu, barəsində “AsanPay” elektron portalında heç bir qayda pozuntusu olmadığını və xüsusi texniki vasitələrlə aşkarlanmış inzibati xətalar xətaların bir gün müddətində elektron kabinetdə yerləşdirilmədiyi təqdirdə, şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməyəcəyini bildirmişdir. Lakin onun iştirakı olmadan xx.xx.2024-cü il tarixdə barəsində qanunsuz olaraq İXP ******* saylı protokol tərtib edərək İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş qaydanı pozması barədə elektron kabinetə qərarı vurmuşlar. Barəsində xx.xx.2024 cü il tarixdə tərtib olunan İXP6240431 saylı protokolda Xətai rayonu, Rəfiyev küçəsində xx.xx.2024-cü il tarixində saat 08:22-də qayda pozması qeyd edilsə də, xətanın aşkarlanmasında hər hansı texniki vasitə və ya digər sübutlar qeyd edilməmişdir. Göründüyü kimi barəsində qərar qəbul edilərkən hərtərəfli araşdırma aparılmamış və İXM-nin 53.1.11-ci maddəsi də nəzərə alınmamışdır. Bundan başqa oxşar inzibati xəta ilə bağlı Nərimanov Rayon Məhkəməsinin 3(005)-1108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli qərarı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-985/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 avqust 2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X4 şikayətçi X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş, şəxs tərəfindən İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini sübut edən həmin videogörüntünün məhkəməyə təqdim edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X2 şifahi vəsatəti təmin edilmiş, sözügedən görüntünün məhkəməyə təqdim edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə iclası 06 avqust 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin 06 avqust 2024-cü il tarixə təxirə salınmış məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, qərarı qəbul etmiş inspektora müraciət etməsinə baxmayaraq, hadisənin üzərindən uzun müddət keçməsi səbəbindən ərazidə olan videokameradan görüntünü əldə etmək mümkün olmamışdır. Qeyd etdiyi xüsusatların nəzərə alınaraq, şikayətin təmin edilməməsini, Bakı şəhəri Baş Polis İdarəsi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə video görüntü təqdim edilmədiyindən inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə kifayətlənərək, onları şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Şikyətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, tərtib edilmiş protokolun qanunun tələbinin pozulması ilə tərtib edildiyini göstərmişdir. İnzibati orqan xətanın mövcudluğunun videogörüntü ilə təsdiq edildiyini iddia etmiş, lakin sözügedən görüntünün məhkəməyə təqdim edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınsa da, sözügedən görüntü məhkəməyə təqdim edilməmişdir. İş üzrə digər sübut olmamışdır. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X5 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar