Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4069/2024 24.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 17:49-da ona məxsus +99***-***-**-** saylı mobil telefon nömrəsinə ona məxsus **-CF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğdə cərimə edilməsi barədə tərtib olunmuş İXP6217540 nömrəli protokol barədə sms məlumatlandırma daxil olmuşdur. İnzibati xəta pozuntusu üzrə foto və video materiallarla tanış olmaq məqsədi ilə qeydiyyatdan keçdiyi "SMSRadar"a və "ASAN ödəniş"ə daxil olsa da məlumatların ora ötürülmədiyini müşahidə etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrədən daxil olan zənglə özünü Xətai Rayon Yol Polis İdarəsinin işçisi kimi təqdim edən şəxs ona xx.xx.2024-cü ildə Xətai rayonu, N.Rəfiyev küçəsində guya qoşa xəttin tələbinin iki dəfə pozduğunu, 300 manat cərimə edildiyini, pozuntunun "Təhlükəsizlik Şəhər" kameraları vasitəsi ilə qeydə alındığı, elə bu səbəbdən İdarəyə yaxınlaşmalı olduğu bildirmişdir. O, isə ona gələ bilməyəcəyini, həqiqətən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş və qeydə alınmışdırsa o zaman mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməli olduğunu izah etmişdir. Onların bu danışığından 2 gün sonra onaqeyd olunan sms daxil olmuşdur. Barəsində tərtib və tətbiq olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğdə cərimə edilməyi barədə "İXP6217540" nömrəli protokol əsassız və qanunsuzudur. Belə ki; Xüsusi texniki vasitələrin köməyi ilə "aşkar edilmiş" olan inzibati xətaya dair foto və ya video materiallar, elektron informasiya sisteminə bu günədək daxil edilməmiş və hətta aşkar edilsə belə inzibati xətanın üzərindən uzun müddət keçdiyindən barəsində inzibati məsuliyyəti istisna edilir. Habelə, foto və video materialların olmaması onda inzibati xəta törətmədiyi fikrini yaradır. xx.xx.2024-cü il tarixində inzibati tənbeh barədə SMS məlumatlandırma daxil olan kimi dərhal Azərbaycan Respublikası Daxili İşlər Naziri, cənab Vilayət Eyvazova və Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə şikayət ərizəsi ilə şikayət ünvanlamışdır. Lakin, şikayətinin üzərindən 1 (bir) ay keçsə də hələ də baxılmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixində daxil olan sms "DİN MƏLUMAT"da 3-13/1-D-371xx/xx/2024 nömrəli müraciətinin qeyd alındığı bildirilmişdir. Lakin bu günə qədər heç bir tədbir görülməmişdir. Odur ki, İXP6217540" nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək, barəsində tərtib inzibati xəta haqqında protokol xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilən inzibati xəta ilə bağlı olsa da elektron qərar real vaxt rejimində qəbul edilərək elektron kabinetinə yerləşdirilməmişdir. X2 Məcəlləsinin tələbləri pozulmuşdur. Odur ki, məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə “FORD FUSİON MİNİK” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X3 müraciətində inzibati xətanın xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edildiyini, lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozularaq elektron kabinetinə inzibati xəta ilə bağlı foto və ya video görüntü əlavə edilmədiyini, həmin elektron qərarın real vaxt rejimində qəbul edilmədiyini, həmin məsələ ilə bağlı müvafiq orqanlara müraciət etdiyini lakin hazırkı vaxtadək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı həqiqətən törətməsinə dair ona heç bir sübut təqdim edilmədiyini göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır və səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırmanın aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini istisna etmir. Digər tərəfdən səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4069/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4069/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver