Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4074/2023 17.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, Şəxs MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2 barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2 19550.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 19550.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şəxs MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" EİM-nin nümayəndəsi Nümayəndə2 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, "xxxx" X2 Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şəxs MMC-nin strukturuna daxil olan müəssisədir. "xxxx" EİM X3 əsasən ölkənin müdafiə qabiliyyətinin artırılması üçün müdafiə təyinatlı məmulatların yaradılması və istehsalını, həmçinin müdafiə təyinatlı müxtəlif növ xammal və ya məmulatların ölkəyə idxalını həyata keçirir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" X2 barədə tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli, EP №0141539 saylı Protokolda "xxxx" X2 tərəfindən 19550.00 ABŞ dolları məbləğində pul vəsaitinin xaricə köçürüldüyü, lakin alınan malların ölkəyə idxal edilmədiyi, valyuta vəsaitinin geri qaytarılmadığı qeyd edilmişdir. Belarusiya Respublikasının “Zenit Belomo” şirkəti ilə "xxxx" X2 arasında mövcud əməkdaşlıq əsasında 2021-ci il ərzində müdafiə təyinatlı malların idxalını nəzərdə tutan müqavilələr imzalanmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şəxs MMC-nin "xxxx" X2 ilə Belarusiya Respublikasının “Zenit- Belomo” şirkəti arasında imzalanmış №148-118-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin TE-650m nömrəli, xx.xx.2021-ci il tarixli Xüsusi İcazə sənədi əsasında mallar ölkəyə idxal olunmuşdur. Lakin malların rəsmiləşdirilməsi barədə bəyannamə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən "xxxx" X1 təqdim edilməmişdir. "xxxx" X2 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanan 24 oktyabr 2023-cü il tarixli, 47m nömrəli məktubla malların ölkəyə həqiqətən daxil olduğunu təsdiq edən sənədlərin təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "xxxx" X1 xx.xx.2023-cü il tarixli, №1000-06-685m nömrəli məktub göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, №1000-06-685m məktubu ilə Belarusiya Respublikasının “Zenit Belomo” şirkətindən idxal olunan, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində “VAİS-M" sistemində rəsmiləşdirilmiş yüklər barəsində məlumatlar əks etdirilmişdir. Qeyd olunmuşdur ki, "xxxx" X2 ilə Belarusiya Respublikasının “Zenit-Belomo” şirkəti arasında imzalanmış xx.xx.2021 tarixli, 148-118- 21 Müqaviləyə 1 №-li Əlavə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin TE-650 nömrəli, xx.xx.2021-ci il tarixli Xüsusi İcazə Sənədi əsasında, №**********0538, №**********0616, №**********0681 Gömrük Bəyannamələri ilə mallar ölkəyə daxil olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Banka bildiriş göndərilmişdir. Həmçinin, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin əlaqə nömrələrinə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in tərəfə çatmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişlər. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 148-118-21 nömrəli müqavilədən görünür ki, X4 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2 ilə “ZENİT BELOMO JOİNT STOCK COMPANY” şirkəti arasında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, X4 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2 tərəfindən "xxxx" ASC-də olan hesabdan 19550.00 ABŞ dolları məbləğində pul vəsaiti “ZENİT BELOMO JOİNT STOCK COMPANY” şirkətinin hesabına köçürülmüşdür, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2 tərəfindən 19550.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin həmin məbləğ hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Beləliklə, müəyyən edilmişdir ki, X4 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2 19550.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2021-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 19550.00 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X4 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2 tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs X4 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs X4 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN "xxxx" X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 19550.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 3910 (üç min doqquz yüz on) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1.7 manat) 6647 (altı min altı yüz qırx yeddi) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4074/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4074/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver