Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4085/2021 23.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş 13.09.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə olan 13.09.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 3(001)-3409/2021 nömrəli qərardadından müəyyən edilir ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş 13.09.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmış, lakin həmin qərardadda göstərilmiş nöqsanlar aradan qaldırılmadan eyni tarixli və nömrəli nöqsanlı inzibati xəta haqqında protokol baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş 13.09.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 13.09.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4085/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4085/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver