Məhkəmə qərarları › İş №3(001)-4086/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4086/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4086/2024 22.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in direktoru X3 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin baş əmək müfəttişi X9 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 03 iyul 2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaş X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4086/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarı əsasında inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 03 iyul 2024-cü il tarixli İnzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1900/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı əsasında şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4086/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə təkrarən bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati xəta haqqında protokola Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-in direktoru X6 inzibati xəta haqqında protokolla razı olmayaraq bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC vətəndaş X2 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heç bir işin yerinə yetirilməsinə cəlb etməmişdir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydiyyatdan keçirilmiş şəxslərin hüquqi şəxslə əmək münasibətlərində olmalı olmasına dair hər hansı bir tələb də yoxdur. Sistem tərəfindən qeydiyyat zamanı əmək müqaviləsi və ya əmək müqaviləsi bildirişi tələb olunmamış, qeydiyyatdan keçirilən şəxslərə hər hansı bir məhdudiyyət qoyulmamışdır. Xidmət tərəfindən qeydiyyatdan keçən şəxslərin Cəmiyyətlə məhz əmək münasibətlərində olmasına dair hər hansı qanuna və ya normativ akta istinad etdiyi müşahidə olunmur. Bu səbəbdən, mövcud qaydalarda və qanunlarda bu barədə hər hansı tələbə və ya şərtə rast gəlinmədiyi üçün Xidmətin bu inzibati xəta barədə protokol tərtib etməsi əsassız olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, inzibati xəta dedikdə bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab edilməsi üçün onun bir sıra elementləri özündə əks etdirməsi zəruridir. İlk növbədə, əməlin inzibati xəta hesab edilməsi üçün mövcud ictimai münasibətləri pozmağa yönəlik əlamətləri özündə əks etdirməsi vacibdir. Yəni törədilən əməl nəticəsində müəyyən ictimai münasibət üçün əhəmiyyətli təhlükə yaranmalıdır. Digər bir məqam isə, məhz hüquqi və ya fiziki şəxsin ictimai münasibətləri pozmağa yönəlmiş niyyətinin olub-olmamasıdır. Niyyət o zaman mövcud olur ki, planlaşdırılmış şəkildə və israrlı olaraq hər hansı bir əməlin baş verilməsi üçün daimi olaraq aktiv və ya passiv bir hərəkət həyata keçirilir. Lakin yuxarıda göstərilən işin hallarından aydındır ki, Cəmiyyətin belə bir niyyəti, o cümlədən hərəkəti mövcud olmamışdır. Yuxarıda sadalananlara əsasən, Xidmət tərəfindən Cəmiyyət barəsində tərtib edilmiş Protokol əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4746/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs Şəxs MMC-in direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilmiş, həmin qərar ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2163/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 4746/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4746/2024 nömrəli xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış qərarından həmçinin görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti eyni məsələ ilə bağlı (vətəndaş X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlərin yerinə yetirilməsinə cəlb edilməsi) hüquqi şəxs Şəxs MMC barəsində 03 iyul 2024-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edib məhkəməyə göndərməklə yanaşı, cəmiyyətin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat cərimə edilməsinə dair qərar qəbul etmiş, həmin qərardan X3 verdiyi şikayətə məhkəmədə baxılarkən vətəndaş X5 şahid qismində dindirilmiş və verdiyi izahatında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Şəxs MMC-də işləmədiyini, həmin cəmiyyət üçün heç bir xidmət göstərmədiyini bildirmişdir. Göründüyü kimi vətəndaş X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək olan dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Şəxs MMC-də işləmədiyi və həmin cəmiyyət üçün heç bir xidmət göstərmədiyini təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;. İşdən görünür ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan sənədləri məhkəməyə göndərərkən inzibati xəta hadisəsi və inzibati xəta törətməkdə şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşə məhkəmədə baxılarkən inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradır. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən vətəndaş X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində adları qeyd olunan şəxslərlə bağlı iş icazəsinin alınmasına dair məlumatlar hüquqi şəxs Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas vermir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Başqa sözlə qanunda məsuliyyət iş icazəsi alınmış şəxslərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsinə görə deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə nəzərdə tutulmuşdur. Bu mənada vətəndaş X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi sübut olunmalıdır. Bununla bağlı icraat başlanarkən adı qeyd olunan şəxs Xidmətə dəvət edilməmiş, onun izahatı alınmamış, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi araşdırılmamışdır. Belə olan halda aydın olur ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan hüquqi şəxs Şəxs MMC-in əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaş X2 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlərin yerinə yetirilməsinə cəlb edildiyini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşin təsvir edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC ilə bağlı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 03 iyul 2024-cü il tarixli MN № ******* nömrəli İnzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar