Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4087/2021 02.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi ilə, 05.10.1986-cı il tarixdə Masallı rayonunun Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXM-nin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X7 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə baş inspektoru polis mayoru Fuad Məmmədov tərəfindən 15.09.2021-ci il tarixli, İXP № ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Müəyyən olunur ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq “Mercedes C 220 CDİ minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Protokolu və ona əlavə edilmiş materialları araşdıraraq hesab edirəm ki, Şəxs İXMnin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 07.07.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 25.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş Şəxsnın barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, izahatı alınmış X2 göstərmişdir ki, 25 may 2021-ci il tarixdə təxminən saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə yolun hərəkət hissəsinin kənarı ilə piyada tək olaraq hərəkət edirmiş. Həmin vaxt dərman almaq məqsədilə yolun hərəkət hissəsinin kənarında yerləşən «Zəfəran» aptekə daxil olmaq qərarına gəlmişdir. Bu məqsədlə ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq məqsədilə istifadəsində olan mobil telefona baxan zaman anidən arxa tərəfindən nəyinsə zərblə dəyməsini hiss etmişdir. Birtəhər müvazinətini saxlayıb yıxılmamışdır. Bu zaman geriyə çöndükdə arxa tərəfindən dəyən predmetin gümüşü metallik rəngli «Mercedes Benz» markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını müəyyən etmişdir. Avtomobilin sürücüsü əvvəllər tanımadığı və görmədiyi, təxminən 35-40 yaşlarında olan orta yaşlı şəxs imiş. Müşahidə etdiyi qədəri ilə avtomobilin içərisində digər hər hansı bir şəxs yox imiş. Sürücü avtomobildən düşən kimi avtomobilin arxa tərəfində dayanmağına görə onu borclu çıxarıb hadisənin onun təqsiri ucbatından baş verməsini bildirmişdir. Daha sonra sürücüdən müayinə olunmağı üçün onu xəstəxanaya aparmasını xahiş etmişdir. Sürücü isə ona hər hansı bir xəsarətinin olmadığını bildirib həkim müayinəsinə ehtiyac olmadığını söyləmişdir. Sürücü özü haqqında ona hər hansı bir məlumat verməmişdir. O isə çanaq nahiyəsində ağrı olmasına görə narahat olub yaşadığı evə getmişdir. Sürücü isə avtomobillə biriikdə hadisə yerində qalmışdır. 26 may 2021-ci il tarixdə işdə olduğuna görə vaxt edib hadisə barədə polis orqanına müraciət edə bilməmişdir. Hadisədən sonra çanaq nahiyəsində ağrı olsa da bununla bağlı hər hansı bir tibb müəssisəsinə müraciət etməmişdir. Bu gün isə sürücünün laqeyd davranışına görə DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 50-ci maddəsinin İ bəndinə görə, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini, müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, təqdim olumuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq “Mercedes C 220 CDİ minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Həmçinin, zərərçəkmiş şəxslərə izah edilməlidir ki, ona dəymiş zərərin ödənilməsi tələbinə dair məhkəmədə ümumi qaydada iddia qaldıra bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə izah olunsun ki, onlara dəymiş zərərin ödənilməsi tələbinə dair məhkəmədə ümumi qaydada mülki iddia qaldıra bilərlər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-4087/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4087/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver